“Manas”dan
Anara vəfa
Elazığda Anara həsr olunmuş tədbirlər
Xalq yazıçısı Anarın
80 illiyilə bağlı
Türkiyədə bir
sıra etginliklər
(tədbirlər) nəzərdə
tutulub. Bu tədbirlərin
ilki fevral ayında Elazığ şəhərində keçirilib.
"Firat" qəzetində
"Azərbaycan Yazarlar
Birliyi Başqanı Anar Rzayevin doğumunun
80 yılı dolayısıyla
elimizdə də çeşidli etkinliklər
düzənləndi" başlıqlı
yazıda qeyd olunur: "Anar Rzayevin 2006 ilində Azərbaycandan gələrək
açılışını yapdığı Elazığdakı
kültür evi "Manas" doğumunun 80 ilində Anar" proqramı ilə vəfanın daha bir gözəl örnəyini kültür
tarixinə yazdı. Proqram iki ölkənin qardaşlığını simgələyən
(təmsil edən)
2012 ilində Anarın
da qatılımıyla
açılışı yapılan Azərbaycan parkında başladı.
Etginliyin
ikinci bölümü
Kültür evi "Manas"da gerçəkləşdirildi.
Yazar Bəlrəddin Kələştemirin
sunuculuğunda (aparıcılığında)
gerçəkləşdirilən proqram yönəticiliyini
(rejissorluğunu) Şener
Bulutun yapdığı,
ssenaryosunu İmdat Avşarın yazdığı
"Anarın ömür
yolu" bəlgəsəliylə
(sənədli filmiylə)
başladı. Bəlgəsəlin ardından Bakıdan telefonla Anar proqrama qatıldı.
Minnətdarlığını və mutluluğunu
ifadə edən sözlərlə onun üçün düzənlənən
bu proqrama qatılan şair və yazarları salamladı. Anardan sonra
"525-ci qəzet"in redaktoru
Rəşad Məcid və prorfessor, doktor Asif Rüstəmli
ilə telefonla bağlantı quruldu.
Hər iki bilim adamı
Anarın xidmət və başarılarından
bəhs edərək ona uzun ömür
dilədilər. Telefon konuşmalarının
ardından sənətçi
Fəthi Açıqgöz
və oğlu Oğuz Açıqgöz
Azərbaycan türkülərindən
bir dəmət sundular (təqdim etdilər)."
Sonrakı məlumatda
proqrama qatılan Firat Universiteti Türk dili və ədəbiyyatı
bölüm başqanı
professsor, doktor Əhməd Buranın, Şükrü Qacarın,
Təhsin Öztürkün
və otuza qədər başqa şair və yazıçının adları
verilir. Proqram - iştirakçıların birilkdə oxuduqları
"Çırpınırdı Qara dəniz" mahnısıyla tamalanıb.
Tədbirlər haqqında eyni məlumatı dərc edən "Hakimiyyət"
qəzeti qeyd edir ki, Elazığ
Bələdiyyə başqanı
Mücahit Yanılmaz Anarı kültür və sənət həyatımıza yapmış
olduğu xidmətlərindən
dolayı kutladı (təbrik etdi). Tədbirlər haqqında məlumat daha geniş şəkildə və çoxlu şəkillərlə
"Gün işığı"
qəzetində də
dərc edilib. "Gün işığı"
qəzetinin başqa sayında isə Bədrəddin Kələştemirin
Anar haqqında bir səhifəlik geniş yazısı dərc edilib. Xalq yazıçısının
tərcümeyi-halı haqqında
Azərbaycan oxucularına
yaxşı məlum olan faktları gətirən müəllif
yazısını belə
başlayır: "Anar
üçün nə
yapılsa azdır"
diyoruz. Üzeyir Hacıbəyli "Bəziləri
sadəcə kendisi (özü) üçün
deyil, bir millət, bir xalq üçün doğulur" - deyir. İştə Anar böylə bir şəxsiyyətdir... Məhəmməd
Əmin Rəsulzadə,
Füzuli, Nuru paşa, "Çırpınırdı
Qara dəniz", Almas İldırım,
Bəxtiyar Vahabzadə
və Anar bizləri birləşdirən
dəyərlərdir.
"Xəzər"
şeir axşamlarının
memarı Şener Bulut deyir: "Anar Xəzər axşamlarının hamısında
iştirak edən və qiymətli fikirlərindən yararlandığımız
vəfalı bir dostdur".
Daha sonra Bədrəddin Kələştemir
Anarın Elazığla
bağlılığından söz açır: "Manas" yayınçılığının
4-6 mayıs 2006 tarixindəki
açılışında Anar bizləri yalqız buraxmadı, o tarixi günlərdə
"Çağdaş Azərbaycan
ədəbiyyatı" konulu
(mövzusunda) bir konfrans verdi. 11-13 nisan 2007 tarixində
elimizdə gerçəkləşdirilən
"Doğumunun 100 ilində
Almas İldırım"
etginliyinə qatıldı.
"Elazığ Çələngi" kitabı
tanıtım toplantısını
Anar dəstəklədi,
bütün bu xidmətləri dolayısıyla
Firat Universitesi tərəfindən Fəxri
doktor adıyla təltif edildi.
Anar "Azərbaycan"
parkının açılışında
deyirdi: "Gərək
Çanaqqalada, gərəksə
1918-ci ildə Bakının
qurtuluşunda Türkiyə
ilə birlikdə hərəkət edən Azərbaycan bağımsızlığına
qovuşduğu Ocaq
1991-də Türkiyəni yanında
gördü. Biz Azərbaycan türkləri
Türkiyəyə minnətdarıq.
Əziz gözəl
Elazığ,
səni görməyənlərə,
nə yazıq,
nə yazıq".
Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.7.