Sürrealizmin manifesti
Bədii əsər fövqəlreal gerçəkliyi yaratmalıdır. Poeziya yalnız bundan ibarətdir. \ İ.Q.
Reallıq - istənilən
böyük sənətin əsasını
təşkil edir. Onsuz nə həyat var, nə də
substansiya. Gerçəklik ayağımızın altındakı torpaq, başımızın üstündəki
göydür. İstənilən bədii yaradıcılığın
mənbəyi təbiətdir.
Kubistlər özlərinin ilk əsərlərində ən
sadə, miskin əşyalara tapınaraq
o yerə qədər
gəldilər ki, rənglənmiş kağızları,
oyun kartlarını və ya kibrit
qutularının etiketlərini
heç dəyişiklik
etmədən kətan
üzərinə yapışdırdılar.
Gerçəkliyin bu cür daha yüksək bədii səviyyəyə
köçürülməsindən sürrealizm meydana gəldi.
Sürrealizm Qiyom Apolloner tərəfindən irəli
sürülümüş bir konsepsiyadır. Onun yaradıcılığına
müraciət etsək,
orada ilk kubistlərin əsərlərində rast
gəldiyimiz elementlərlə
qarşılaşırıq. Gündəlik həyatdakı sözlər
özündə qəribə
bir magiya gizləyir - o bunlarla, dilin ilkin materiyası
ilə işləyirdi.
Maks Jakobs danışır ki, bir dəfə
Apolloner küçədə
eşitdiyi cümlələri
və sözləri yazıya alaraq onlardan şeir düzəltmişdi. Yalnız bu
elementar materialla o, poetik obrazlar yaratmışdı. Bu gün obraz yaxşı poeziyanın məhək daşıdır.
İlk və son təəssürat
arasında obrazın ifadəsinin assosiasiya tezliyi onun keyfiyyətini
müəyyənləşdirir.
Yer üzünün ilk şairi
bunu müəyyənləşdirib:
"Göy mavidir".
Daha sonra başqası kəşf edib: "Sənin gözlərin göy kimi mavidir". Çox-çox illər sonra isə bunu deməyə cəsarət ediblər:
"Göy sənin gözlərindədir". Müasir
şair isə belə deyərdi: "Göy sənin gözlərindir!" Ən yaxşı
obrazlar gerçəkliyin
bir-birindən uzaqda yerləşən elementlərini
ən kəsə və sürətli yolla bir araya
gətirənlərdir. Beləliklə, obraz müasir poeziyanın sevilən atributlarından
birinə çevrilib...
XX əsrin əvvəllərinə qədər
şeirin keyfiyyətini
eşitmə müəyyənləşdirirdi:
ritm, səslənmə,
intonasiya, ölçü
- bunun hamısı eşitmək üçün
idi. 20-ci illərdən
görmə zəfər
çaldı. Biz kino əsrində yaşayırıq. Get-gedə daha çox vizual işarələrlə anlaşırıq.
Bu gün keyfiyyəti
sürət müəyyən
edir. Sənət - həyatı və
insan təbiətini içinə alır.
Onun səciyyəvi simptomları
bizim zəmanəmizin
ifadəsi kimi sürrealizmə xasdır.
Sürrealizm özünü
birbaşa, intensiv ifadə edir, ikinci əldən alınmış abstrakt anlayışlara: məntiqə,
estetikaya, qrammatik effektlərə, söz oyunlarına əsaslanan vasitələri rədd edir. Sürrealizm hər hansı bir ölkədə hər hansı bir qrupun ifadə
vasitəsi olmağa qane deyil: o, beynəlmiləldir. Bizim hamımızı,
Avropanı parçalayanları
özünə çəkir,
hər birimizdən ən mühüm elementləri alır.
Sürrealizm bizim zəmanənin uzağa gedən hərəkətidir. O, sağalma deməkdir və yaradıcı prosesin getdiyi hər yanda özünü
göstərən dağıntı
və xəstəlik təmayüllərinin hamısını
əks etdirəcək.
Əyləncə sənəti, əsəbləri
qıdıqlayan yüngül
balet və müzikl, rəsm sənəti eqoistik sənətdir, müharibədən
sonra yadırğama axtaran nəsli sərbəst və dekadentcəsinə əyləndirməkdən
tezliklə qalacaq.
Bir sıra keçmiş dadaistlər
tərəfindən bürqerləri
çaşdırmaq üçün
sürrealizm adına
uydurulmuş saxtakarlıq
isə üfüqlərdən
çəkiləcək. Saxtakarlıq "yuxunun hökmranlığını"
elan edir və Freydi yeni muza adlandırır.
Guya Freydin təlimini poeziya dünyasına gətirmək
mümkün imiş!
Bu, psixiatriyanı incəsənətlə qarışıq
salmaq deyilmi? Psixiatriyanın yuxuya əsaslanan
və fikirlərin oyununa laqeyd olan psixi mexanizmi
bizim psixi orqanizmimizi heç vaxt dağıda bilməz. Ona görə ki,
psixi orqanizm bizə gerçəkliyin
həmişə düz
olduğunu, həyatın
fikirdən daha gerçək olduğunu öyrədir. Bizim sürrealizm təbiəti,
insanın ilkin duyğularını yenidən
kəşf edir və onu yeni
bədii materialın köməyi ilə yaratmağa can atır.
1924
İvan Qoll
Ədəbiyyat qəzeti.- 2018.- 3 fevral.- S.3.