Günəş gözlərinin
dərinliyində qeyb
olub,
Günəş gözlərinin
dərinliyində qeyb
olub,
az qalır
ki, Tanrı məni qucaqlasın…
Yoxluğun hökm
edir göz yaşlarıma
Hər gün bu evdə geri
dönməyin
gözləntisiylə neçə
ümid göz açdı.
"Bəlkə
də heç dönməyəcək birini
gözləməkdir səninkisi" - dedim qəlbimə.
"Qəhərlənmə,
qəzəblənmə" - dedi...
Yenə olsa, yenə sevərdi...
Bu gün yol kənarındakı
çiçəksatan da səni sordu.
Yoxluğun kimi təzə,
sənin kimi eşq qoxan gülləri varmış.
Danışdı güllərə
necə düşkün
olduğundan,
Xəbərsiz baharın
payızdan əvvəl
solduğundan.
Hər yerdə
sən varsan sanki...
Ona görə də
baxdığım bütün
üzlərdə,
endiyim ən qaranlıq gözlərdə
belə səni axtardım,
sənə pərəstiş
etdim!
Bəlkə də
ən çox
sənə yaradım...
Hər gün bir məktub yazdım,
dənizlərə atdım,
rəsmləri yandırdım
Bircə xatirələrmiş
səni yaşadan,
Xatirələr!..
Sənsizliyi bağırır
göy üzünə...
Buludlar da ağlayır-
Damla-damla səssiz-səssiz
Necəsən- deyə
sormuşsan:
"Sənsizliklə
sərxoş sənli
sənsiz".
...Yoxluğun - kor quyu,
kor qaranlıq
Acıyır yaralarım...
Yalnızlığıma sinmiş qoxun.
Əslində səndən
daha çox sevdi məni yalnızlıq...
İndi həsrət
qədəhinin dibində
qəlbim sərxoş.
Sordular: - Öldürülən
hisslərinin matəmində
nədir belə
gözəlliyin?
Dedim ki: - Üzüm ondan,
qəlbim ondan xatirə.
Ən gözəl
eşqsə mənimkisi...
Qovuşa bilmədiyim
hər gün üçün
sən mənim
Tanrıya duayla açdığım ovcumun
çiçəyisən...
Sənsizliyin kölgəsində
bir şam yandıracam.
Sevgini unutduran
məsafələr deyilmiş,
qəlblərin darısqallığı
imiş...
Hıçqırıqlarıma son ver!
***
Səninlə olacaq sabah üçün
Bu günün təqvimini öldürürəm,
Gecə xəyalıma
qovuşacağın üçün
günəşi söndürürəm.
...Sənsizliyin
son baharında
ümidlərimin yarpaqlarını
kədərimlə öldürdün.
Gecələrim gündüzlər
qədər
qaranlıq deyil...
Günəşi gözlərinlə
aydınladırsan,
Ayı mənə
hədiyyə et!
...Küləkləri,
gözlərinin yağmuruyla
güldürdün
Həsrət kölgəsi sənsizliyin
bələdçisidir.
Günlərim gödəkcəm
kimi daralmış,
Hər gecə yuxuda əllərim qucağını
geyinir.
Yalnız olduğuma
inanma!
Sənsizlik yalnızlığıma
yaxın olmuş
Heç kəsin
qəlbində dərd
daşıyarkən
Hüznlərə qərq
olub
əskiklə yaşayarkən
yalnız olduğuna
inanma!
Eşq küçəsində
addımladım...
Daha eşqin halı dəyişib
Yalnızlığa öyrəşir.
...indi kor olmuş pəncərələr və
mən!
Yenə seyr edirəm gözlərində
sıxılan buludları...
İsladır yoxluğunu,
qəlbimin tərk
edilmiş xarabasında
yalnızlıq damır
hər küncünə...
Ayşən RƏHİM
Ədəbiyyat qəzeti.-
2018.- 17 fevral.- S.10.