Cabbarlı yadigarı
Qüdrətli söz ustası Cəfər Cabbarlının sevimli qızı, Prezident təqaüdçüsü, muzey
işi sahəsində
millətimiz qarşısında
xüsusi xidmətləri
olan Gülarə xanım Cabbarlı uzun sürən ağır xəstəlikdən
sonra fevral ayının 12-də dünyasını
dəyişmişdir.
Vəfatından bir gün əvvəl
ad günü münasibətilə
Gülarə xanıma
zəng etmişdim. Evdən
qızı Qəmər
xanım telefona cavab verərək ad günü ilə bağlı təbrikimi çatdıracağını bildirdi... İki-üç gün əvvəl
C.Cabbarlı muzeyində
oldum. Gülarə
xanımla görüşmək
istədiyimi xatırladanda,
indi halsız olduğunu deyib sonraya saxladılar...
Gülarə xanımla
hər görüşəndə:
- Ay Asif müəllim, atamın yazılarından təzə
nə tapmısınız?
- deyərdi. Sonra davam edərdi:
- Balam, kişi
az yaşasa da, gecə-gündüz işləyib, zəngin ədəbi-bədii irs qoyub gedib də...
O, hələ körpə ikən Cəfər Cabbarlının
ərəb əlifbası
ilə yazdığı
iki bəndlik şeirini çərçivəyə
salıb ad günlərinin
birində Gülarə
xanıma hədiyyə
etdim. Bu nədi
ay Asif müəllim?
Dedim ki, bəs siz anadan
olanda atanız bu şeirlə sizi oxşayıb, əzizləyib. Görün
Cəfər Cabbarlı
sizə nə yazıb?!:
"Şu al-əlvan tacı bən,
Dörd yanından düzərim.
Beşiyin hər tərəfin,
Güllər ilən bəzərim.
Uyğusundan oyanıb,
Görəcək al çiçəkli.
Sevinib əylənəçək,
Olacaq şad ürəkli."
Gülarə xanım
atasının bu poetik məktubundan, bu bənzərsiz nənnisindən, laylasından
o qədər təsirlənmişdi,
kövrəlmişdi ki...
Gülarə xanım saf ürəkli, xeyirxah, istiqanlı, səmimi insan idi. O, bir vaxtlar (1924-1927-ci illər)
atası Cəfər Cabbarlının daxil olduğu və yarımçıq qoyduğu
təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində
davam etdirmiş, oranı yüksək qiymətlərlə bitirmişdi.
1968-ci ildə atasının
adını daşıyan
Cəfər Cabbarlı
adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi
kimi fəaliyyətə
başlamışdır. Gülarə
xanım 11 il sonra - 1979-cu ildə C.Cabbarlının ev-muzeyinə
direktor vəzifəsinə
təyin olunmuş,
1982-ci ildə bu mədəniyyət ocağının
açılışında ümummilli lider Heydər Əliyevi qarşılamış, muzeydə
görülən işlərlə
bağlı ölkə
başçısına məlumat
vermişdir.
Yaxşı yadımdadır,
böyük dramaturq Cəfər Cabbarlının
90 illik yubileyi 1991-ci il martın
22-də M.F.Axundzadə adına
Azərbaycan Dövlət
Opera və Balet Teatrında çox sönük keçirdi. Hətta salonun orta hissələrində
yerlərin xeyli hissəsi boş idi. Cabbarlı ailəsi Heydər
Əliyevin Bakıda olduğunu bildiyi üçün onu yubiley tədbirinə dəvət etmişdi.
Tədbirin rəsmi hissəsi
başlandıqdan xeyli
sonra Heydər Əliyev zala daxil oldu. Heydər Əliyev böyük sənətkarın qızı
Gülarə Cabbarlı
ilə çox mehribanlıqla görüşdü,
həmin anlardan xatirə olaraq şəkil çəkdirdik.
1994-cü il dekabrın 28-də Cəlil
Məmmədquluzadənin ev
muzeyinin açılışında
Gülarə xanım
həmin şəkli dövlət başçısı
Heydər Əliyevə
təqdim etdi. Prezident şəklə baxdı və o ağır günləri yada salaraq müdrikanə
söylədi: "O vaxt
sizin vəziyyətiniz
mənimkindən yaxşı
idi".
Görkəmli yazıçı-dramaturq
Cəfər Cabbarlının
həyat və yaradıcılığının tədqiqi və təbliğində, habelə
muzeydə mütəmadi
keçirilən ədəbi-bədii
gecələrin, elmi seminarların təşkilində,
respublikanın tanınmış
ədəbiyyat, elm və
incəsənət xadimlərinin
xatirə günlərinin,
yubileylərinin qeyd olunmasında Gülarə
xanımın çoxsaylı
təşəbbüsləri və böyük zəhməti danılmazdır.
Muzeyin respublikamızın
seçilən və
sevilən mədəniyyət
mərkəzlərindən birinə çevrilməsi,
qarşıya qoyulan məsələlərin uğurla
başa çatdırılması,
bir sıra layihələrin ictimaiyyət
tərəfindən maraqla
qarşılanması məhz
Gülarə Cabbarlının
gərgin əməyi
və kollektivlə yaratdığı səmimi
ünsiyyət, mehriban
əməkdaşlıq sayəsində
əldə olunmuşdur.
Fəaliyyəti dövründə
onun muzeydə gerçəkləşdirdiyi layihələr
sırasında yazıçının
100 illik yubileyi münasibətilə təsis
olunmuş "Cəfər
Cabbarlı mükafatı"nı,
yazıçının əsərlərinin
toplandığı "Mənim
tanrım - gözəllik",
"XX əsr Azərbaycan
incəsənətinin inkişafında
Cəfər Cabbarlının
rolu" kitablarını,
həmçinin ədibin
öz sözlərinə
özünün bəstələdiyi
mahnılardan və şeirlərdən ibarət
"Azad bir quşdum"
adlı musiqi albomunu göstərmək
olar. 2001-ci ildən Gülarə xanım eyni zamanda "C.Cabbarlı adına
mədəniyyət, elm və
təhsilin inkişafına
yardım İctimai Birliyi"nin rəhbəri,
"Cəfər Cabbarlı
mükafatı" komissiyasının
sədri idi. Yaşının ahıl çağında
olmasına baxmayaraq, atası ilə bağlı bütün kitabları, məqalələri,
məlumatları oxuyurdu.
Gülarə xanım böyük
sənətkarımız Cəfər
Cabbarlının yeganə
qızı və sonbeşiyi idi.
Təzə Pir məscidindən haqqın
dərgahına yola salınan Gülarə xanım Cəfər qızı Cabbarlı onu sevənlərin xatirəsində, yaddaşında
yaşayacaqdır... Məkanı
cənnət olsun!
Asif Rüstəmli
Azərbaycan Yazıçılar Birliyi
Cəfər Cabbarlı
Komissiyasının sədri
Ədəbiyyat qəzeti.-
2018.- 17 fevral.- S.31.