Coys haqqında essesi

 

"Dante... Bruno... Viko... Coys..." essesindən

 

ƏDƏBİYYAT ÜZRƏ 1969-CU İLİN NOBEL MÜKAFATÇISI: Samuel BEKKET

İrlandiya

 

Dünya şöhrətli irland yazıçısı, şairi dramaturqu Samuel Bekket 13 aprel 1906-cı ildə Dublində (Birləşmiş Krallıq, İrlandiya) anadan olub. S.Bekket dünya ədəbiyyatı tarixində daha çox absurd teatrının yaradıcısı kimi (Ejen İonesku ilə birgə) yaşayır. Ona ən böyük şöhrəti gətirən əsəri isə dünya dramaturgiyasının incilərindən biri olan  "Qodonun intizarında" pyesidir. Dramaturqun "Xoşbəxt günlər", "Endşpil", "Kül", "Kreppin son lent yazısı", "Bütün yıxılanlar haqqında" s. pyesləri dünya teatrlarının səhnələrində tamaşaya qoyulub, televiziya radio dalğalarında səsləndirilib.

S.Bekket 1969-cu ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Mükafat dramaturqa "nəsr poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə" verilib. Müəllif əsərlərini əsasən, ingilis fransız dillərində yazıb. Dünya şöhrətli yazıçı 1989-cu ildə Fransanın paytaxtı Parisdə vəfat edib.

Ötən əsrin iyirminci illərində Bekket Parisdə Coysla tanış olmuş bu tanışlıqdan sonra ədəbi katibi olaraq, "Finneqanın xeyratı" mətni üzərində işləməkdə ona kömək etmişdi.

Burada forma - məzmun, məzmun isə - formadır. Mətn ingilis dilində yazıldığı üçün ondan şikayət edənlər çoxdur. Amma o, ümumiyyətlə, yazılmayıb. Onu, oxumaq lazım deyil, daha dəqiq desək, onu yalnız oxumaq lazımdır. Onu görmək eşitmək lazımdır. Onun nəsri nəsə bir şeyə həsr olunmayıb, onun özü hər şeydir... Hiss yatırsa, söz gözünü yumur. Hiss rəqs edirsə, söz dövrə vurur. Bu da Şon pastoralının yekun abzası:

- Gənclik eşqini fışqırtmaq üçün, şampan şərabı ilə dolu qədəhin kənarını sıxıram; onun hələ ki, mənimlə gizlənqaç oynayan oynaq, şirin bihuşdarısı qar kimi , sərt mirvari dənələrini xatırladan gerçək müdriklik tutmamı şişirdir, and içirəm - elə sizinlə bir yerdə - ələkeçməz, dişsiz, girdə gündəyməzimə and olsun ki, son anıma qədər sənə sadiq olacağam (alqışlar!) düz bağırsaqlarım çürüyənə qədər səni sevəcəyəm. Dolu.

Sözlərin özü qazlıdır. Onlar həm rəqs edir, həm köpüklənir. Bu olmadan nəsə bir işlə məşğul olmaq, hissləri tələyə salmaq, hər zaman gözü yuxarılarda olan formanı, formanın özü olan bu ayıq estetik dəqiqliyi necə təyin etmək olar?..

Bir şeyi bütün aydınlığı ilə söyləmək lazımdır: "Finneqanın xeyratı"nın gözəlliyi təkcə onun məkan ölçüsü ilə bitmir; onu qəbul etmək qulağın gözün bərabər ölçüsündən asılıdır. "Xeyrat"da zaman məkan bir tam kimi qəbul edilir. Coys dilin sadəliyini geri qaytardı. Bu, həm ingilis dili olmayan müdrik bir dil üçün daha vacib amildir. İngilis dili ölümünə abstraktdırTəbii ki, Coys sözün sadəcə, simvollardan ibarət olmadığını dərk edən ilk yazıçı deyil. Belə yerdə Şekspir çürüklüyü təsvir etmək üçün daha yağlı, daha sürüşkən sözlər tapırdı:

Sən yay fəslində, sahildəki körpüdə bitən

alaq otunun çürük kökləri qədər axmaqsan.

Temzanın "Böyük gözləntilər"dəki dikkensonsayağı təsvirində suların ahəngdar şappıltısını eşidirsən. Bu sayaq yazıçı manerası - kvintessensiya, dilin paxırı, rəngi, hərəkəti, heroqrafik lakonizm olamadan mənasızlığı  - kiməsə qaranlıq qarışıq görünə bilər. Burada söz mətbəə rəngi ilə əmələ gəlmir. Onlar - canlıdır. Onlar kağız üzərində özlərinə cırmaqlaşa-cırmaqlaşa yol açırlar, bişirlər, yanırlar, qızışırlar, uçurlar.

Dilin kortəbii daxili enerjisi "səhvlik" formanın özünü doyumsuz edirSonsuz sayda söz tumurcuqlaması, dəyməsi, çürüməsi baş verir, bir silsilə digərini əvəz edir. Fikrin ifadə sadəliyinə uyğun gəlməyi, lakonizm bu sadə elementlərin vahid kütlə halında qovuşması ilə bağlı müvafiq məlumatlar - Cambattist Viko məktəbiƏgər ingilis dili Orta əsrlərdə mahiyyətinə görə qaçılmaz olan latın dilinin başına gələnlərlə üzləşsəydi, indi heç kəs hazırkı avropa dilləri ilə müqayisədə ingilis dilinin - məsələn, Orta əsrlərdəki italyan latın dialekti kimi - birinciliyi haqqında düşünməzdi. Dante küçə danışığından sadəcə, patriotluq alqışı qazanmaq danışıq dialekti üçün darıxdığını ifadə etmək üçün istifadə etməmişdiDantenin  gəldiyi nəticə odur ki, dialektlərin korroziyasının qarşısını almaq mümkün olmadığı üçün onlardan yalnız birinin üzərində qalmaq olmaz, bu səbəbdən küçə dilində yazan adam hər bir dialektin ən təmiz elementlərini seçməli, onları sintetik dildə birləşdirməlidir, yəni, ən azından onu əyalət çərçivəsindən çıxarmalıdır. Dante məhz elə etmişdi. Onun dilinə florensiyalı, neapolitanlı dili demək olmaz. O, hər bir ideal italiyalının danışa bildiyi dildə yazırdı İtaliyanın hər dialektində olan yaxşı vardısa, onu öz dilinə tətbiq etmişdi, lakin elə bir ideal italyan dili mövcud deyildi.

Dante ilə Coysun dilə münasibətdə yaxınlığını inkar edərək, Dantenin küçə dilində yazdığını deyib, onun "Finneqanın xeyratı" dilində danışmadığını deyənlərOnun latın estetikasının yeniliklərinə olan nifrəti öz yerində, amma unutmaq olmaz ki, Dante latın dilini gözəl bilirdi "İlahi komediya"nın gözə, qulağa nüfuz etdiyindən xəbərdar idi

nəhayət, günahkarlar haqqındaDantenin günahkarları -  konikdir, hər zaman yüksəkliyə can atırlar. Coysda onlar - yuvarlaqdır, yüksəkliyə uçuşa ehtiyacları yoxdur. Birincidə - yüksəliş var: real ilkin-günahkardan yerdəki ideal Cənnətə qədər. İkincidə - heç bir inkişafa ideala meyil yoxdur. Dantedə - irəliyə doğru qeyd-şərtsiz hərəkət sona doğru ondan da az olmayan qeyd-şərtsiz dartınma, Coysda isə - sıçrayışla hərəkət, haradasa yekunu əks etdirən geriyə meyillilik. "İlahi komediya"da hərəkət məqsədlidir, irəli addım atmaq, gerçək mənada irəliləməkdir. "Finneqanın xeyratı"nda hərkət istiqamətdən məhrumdur, ya da müxtəlif istiqamətlərə meyillidir irəli addım atmaq, gerçəkdə, geri addımlamaqdır. Dantenin Cənnəti yerə aiddir - bu, yerdən kənar Cənnəti ötüb keçməkdir; Coysun yerdəki Cənnəti - sahildəki tacirləri ötüb keçməkdir. Günah - konusun zirvəsinə doğru hərəkət etməyə maneədir, eyni zamanda kürə ətrafında hərəkət etmək üçün şərtdir. Bəs Günahkarla nisbətdə Coysun yaradıcılığı hansı mənanı kəsb edir? Mütləqin mütləqliyi xaricində hər şey. Cəhənnəm cansıxıcılıqla əhatə olunmuş statik həyatdankənarlıqdır. Günahkarlıq - iki güc arasında yaranan hərəkətin enerjinin özüdür. Günahkarlıqda, yəni qüsurlu halqada, bir sözlə, insanın var olduğu yerdə fasiləsiz davam edir, qapanır bu qapanma əsasən, iki elementin üstünlüyündən asılı olur. Heç bir müqavimət, heç bir partlayış yoxdur bu sakitlik yalnız cənnətə cəhənnəmə xasdır, yəni bircə orada müqavimət partlayış yoxdur onların sadəliyinə ehtiyac duyulmur. Yerdə isə - günahkarlıq var; Xeyir Şər var onlar insan varlığına o qədər təzad bəxş edir ki, onları vaxtaşırı üsyankarlıq ruhu ilə yumağa ehtiyac yaranır. Bu da bir-birinə Xeyrin Şərin qabığı ilə bağlıdır, - partlayış ardınca partalyış davamlı müqavimət. Başqa heç ; heç bir mükafat cəza; sadəcə, öz quyruğundan yapışmağa çalışan pişiyin yeni kələkləri.     

 

Tərcümə edən: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2018.- 17 fevral.- S.32.