Türk xalqına açıq məktub
Türkiyə Cümhuriyyəti bütün
Avropanın əvəzinə
terrora qarşı müharibə apardığı
halda, xaricdə də, öz daxilində də bəzi ağzıgöyçəklərin
qınaq hədəfi
olsa da, yenə də haqq yolundan dönmür. Eşq olsun qəhrəman məhmədçiklərə! Eşq olsun sağlam Türk xalqına. Sağ ol
Türk xalqının
qəhrəman oğlu
Rəcəb Tayyib Ərdoğan!
Azərbaycan göytürklərindən
Fikrət Qoca Göyüş oğlu
Mən türkəm
Türkəm bu yer üzündə
Neçə yol köç etmişəm.
Şərqdən Qərbə getmişəm.
Səhrada, daş
içində,
Cücərmişəm, bitmişəm,
Batmaz, yanmaz, alınmaz
Adayam mən, bir ada.
Hər bir Türkün dünyada
Nəfəsi Türkiyədir.
Durduğu yeri vətən,
Qibləsi Türkiyədir.
Qəzəblənib qalxanda
Mən Attila olmuşam,
Mən Çingiz xan olmuşam.
Evlər yıxan
olmadım,
Bütlər yıxan olmuşam.
Arzumu hara əksəm
O torpaqda dən tutur.
Bir əlim qalxan olur,
Bir əlim əldən tutur.
Türkün işi bütövdür,
Türkün bütöv sözü
var.
Boynunun dalında
da
Türkün görən gözü
var.
Didərgin övladların
Lələsi Türkiyədir,
Dünyada hər bir türkün
Qibləsi Türkiyədir.
Göyüş oğlu
Fikrətəm,
Zaman kimi qocayam.
Nə böyüyəm,
nə kiçik,
Elə öz boyumcayam.
Dünyanın hər yerində
Azəri türkiyəm mən.
Millətimin düşmənə
Göz dağı, görküyəm
mən.
Başım üstəki
səma
Türkün asimanıdı.
Yer üzünün
oğluyam,
Qanım türkün qanıdı.
Türklük piramidadır,
Qülləsi Türkiyədir.
Dünyada hər bir türkün
Qibləsi Türkiyədir.
Bakı
Fikrət QOCA
Ədəbiyyat qəzeti.- 2018.- 24 fevral.- S.2.