Gənc nəsil, dünya
da bilməlidir ki...
Xalqımız öz tarixinin və taleyinin ən ağır, acı faciələrindən birinin- erməni vandallarının Xocalıda əliyalın, mülkü vətəndaşlara qarşı törətdiyi dəhşətli cinayətin 26-cı ildönümünü dərin hüznlə qeyd edir. Bildiyiniz kimi, Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilmiş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Erməni vəhşiliyinə xas kütləvi qırğın zamanı 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirmişdir. Erməni qəsbkarları körpələri, südəmər uşaqları, hətta ana bətnində olan yavruları təsadüfən hədəfə almırdılar. Erməni qatillər bu cinayəti planlı şəkildə, bilərəkdən törədirdilər. Bu cinayət əsas məqsədi silah və terror gücü ilə dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq hərəkatından, ermənilərin müxtəlif təmayüllü partiyalarınınideologiyasından vəproqramlarından, qaynaqlanır və dövlət səviyyəsində törədilir. Hər zaman deyirik ki, uşaqlar bizim sabahımızdır, deməli, ermənilərin niyyəti yalnız təkcə torpaqlarımızı işğal etmək yox, həm də xalqımızın gələcəyini məhv etməkdir.
Erməni quldurları son ikiəsrdir ki, havadarlarının yardımı ilə bu siyasəti həyata keçirməkdədirlər.Yüz il bundan əvvəl- 1918-ci- ildə erməni vəhşilərinin Bakıda törətdiyi qırğınları öz gözləri ilə görən Polşalı diplomat xatirələrində yazır ki, erməni əsgərlər müsəlman məhəllələrinə girib əhalini öldürür, qılıncla parçalayır, süngülərlə dəli-deşik edir, uşaqları odun içərisinə ataraq diri-diri yandırır, 3-4 günlük südəmər körpələri isə süngülərinə taxırdılar. Həmin hadisə zamanı çəkdiyi fotoları isə belə şərh edir: Mələk qədər sevimli bir azərbaycanlı körpə İçərişəhərin divarına mıxlanmışdır. Mıx uşağın düz ürəyinin üstündən vurulmuşdur.; bir yığın qızlı- oğlanlı uşaq ölüləri, onları çoban köpəkləri gəmirir; çılpaq bir qadın ölü vəziyyətində yerə sərilmiş, bu ölü vücudun qurumuş döşlərini bir yavru əmməkdədir. Dediklərimiz yazıçı, publisist təxəyyülünün məhsulu deyil, əcnəbi diplomatın çəkdiyi fotolara öz əli ilə yazdığı xatirədir, tarixi sənəddir.
Ermənilərin xalqımıza, uşaqlara qarşı törətdiyi bu qəbildən olan ağlasığmaz, amansız cinayətləri çoxdur. Atəşkəs dövründə 34 azyaşlı uşaq erməni gülləsinə tuş gəlmiş, onlardan 14-ü həlak olmuşdur. Mərminləri dinc sakinlərin həyətinə yağdıran, minaatanı 18 aylıq körpə Zəhraya tuşlayan erməni əsgərinin şərəfsiz və alçaq hərəkətini sözlə də ifadə etmək mümkün deyildir. Bizim xalq humanist və dözümlüdür. Hər zaman sülh, əmin-amanlıq şəraitində yaşamağa üstünlük vermişik. Lakin bizim səbrimizi sınağa çəkən düşmən bilməlidir ki, törədilən bütün cinayətlərə görə gec-tez cəzasını çəkəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir.
Ermənilərin Xocalı şəhərində
törətdikləri vəhşiliklər insanlığa qarşı
bəşəri cinayətdir. Lakin təəssüf
ki, erməni quldurları tərəfindən tarix boyu xalqımıza qarşı törədilən
soyqırımı aktları, o cümlədən
Xocalı soyqırımı beynəlxalq aləmdə hələ
də öz hüquqi-siyasi
qiymətini almayıb, bu cinayəti təşkil
edənlər və törədənlər məsuliyyətə
cəlb edilməyib, onlara layiq
olduqları cəzalar verilməyib və bu
məqsədlə hər hansı bir tədbir
görülməyib. Odur ki,
bu istiqamətdə daha
fəal və genişmiqyaslı fəaliyyət göstərməli,
Xocalı qətliamının dünya
dövlətləri tərəfindən
genosid aktı kimi
tanınmasına nail
olmalıyıq.Bununla da kifayətlənməməliyik.
Azərbaycan Respublikasının ayrılmaz tərkib
hissəsi olan Dağlıq
Qarabağın və yeddi ətraf rayonun işğaldan azad olunmasına, BMT Təhlükəsizlik
Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı qətnamələrinin
qey-şətsiz yerinə yetirilməsinə, qaçqın və
məcburi köçkün soydaşlarımızın pozulmuş
hüquqlarının bərpa edilməsinə, onların öz doğma
yurdlarına qayıtmasına, günahsız, dinc
insanları qətlə yetirən cinayətkarların ədalət
məhkəməsi qarşısında cavab
verməsinə və cəzalandırılmasına nail olmalıyıq. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu
sözlərini hər kəs yadında saxlamalı və özü üçün
milli fəaliyyət proqramı kimi qəbul etməlidir:“Biz tarixi
torpaqlarımızı da
unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz
üçün istiqamət
olmalıdır, necə ki, biz bu gün
də bu istiqamətdə iş
görürük. Bizim
tarixi torpaqlarımız İrəvan
xanlığıdır, Zəngəzur, Göyçə
mahallarıdır. Bunu gənc nəsil də,
dünya da bilməlidir”.
Abid Tahirli
Ədəbiyyat qəzeti.- 2018.-
24 fevral.- S.13.