Azərbaycan üçün

presedentsiz ensiklopediya

 

Bu yaxınlarda akademik Kamal Abdullanın baş redaktorluğu təşəbbüsü ilə ölkəmizdə presedenti olmayan çap hadisəsi baş vermişdir: Azərbaycan Dillər Universiteti "Azərbaycan Tərcümə Ensiklopediyası" işıq üzünə çıxarmışdır. Kitab elm mədəniyyət çevrələrində nüfuz qazanmış çox ciddi düşüncə adamlarının birgə məhsuludur. Bu ümumi giriş sözündən sonra onun önəmini açmaq üçün bəzi məqamlara toxunum.

 Azərbaycanlı mentalitetinin yaddaş problemi. Əslində, əski türklərdə belə bir problem olmayıb. Bir çox araşdırıcılar əldə olan qaynaqlara söykənərək göstərirlər ki, onlar lap qədimlərdən həm öz etnoslarının, həm dədə-babalarının şəcərəsini (soy ağacını) yazılarda ağızdan-ağıza ötürmələrdə saxlayaraq nəsildən-nəsilə verirdilər. Bu gələnək türklərdə güclü tarixçi ədəbiyyata, güclü arxiv mədəniyyətinə gətirməliydi. Teymurun vəsiyyətnaməsi, "Baburnamə" bu yöndə parlaq örnəklərdir. Azərbaycan məişətində həmin gələnəyin arxiv mədəniyyətinin güclü sonuclarını, ən azı, ötən son yüzildə görmək çətindir: adamlarımız zorla ulu babalarını tanıyırlar, tanıyanların çoxu isə internet bilgisayar dönəminin verdiyi imkanlardan istifadə edərək məlumatları gələcək nəsilləri üçün elektron araclarda arxivləşdirmirlər. Azərbaycan əslini-kökünü bilməyən, heç bunun əzabını da çəkməyən adamlarla doludur. Ailələrin çoxunda ata-baba ilə bağlı arxiv materialları yoxdur. Kimdir babasının gündəliyini, əgər o varsa, göz-bəbəyi kimi qoruyan, medallarını nəvə-nəticələri üçün saxlayan?! Bax, budur arxiv mədəniyyətinin çağdaş mentalitetimizdə zəifləməsi. Yaxşı ki dövlət əli ilə saxlanılan muzeylər, kitabxanalar var onlar Azərbaycan arxiv şüurunu ölməyə qoymurlar.

Mentalitetimizdə bu baxımdan baş vermiş böhran fonunda "Qarabağnamələr", Bakıxanovun "Gülüstan-i İrəm"i, Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı", Mir Möhsün Nəvvabın "Təzkireyi-Nəvvab", Məmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" kimi arxiv mentalitetinə tanıq verən parlaq əsərlər Azərbaycan anomaliyası kimi görünür. Bax, bu kontekstdə "Azərbaycan Tərcümə Ensiklopediyası" ilginc anışmalarda "nəyi davam etdi", " etdi", " doğurdu" soruları ilə bağlı düşüncələr yaradır.

Quzey Azərbaycan əhalicə böyük dərya kimi görünmür. Ancaq onun hətta yaxın tarixinə "kimlər edib" sorusundan itələnib baş vuranda sanki okeana düşürsən. "Azərbaycan Tərcümə Ensiklopediyası" da tərcüməçilərin adları eyləmləri ilə bu okean duyğusunu doğurur.

Mədəniyyətdə yaddaşsızlıq ayrıca adam üçün sanki ciddi problem yaratmır: adamlar doğulur, boya-başa çatır, muzeylərsiz, arxivsiz, öz şəcərələrini bilmədən baş girləyir, çax-çux edirlər. Ancaq, tutalım, Uluslararası meydançalarda, gənclər festivalında "sizdə var - bizdə var", "siz etmisiniz - biz etmişik" yarışında dillərə çevirmək, dillərdən çevirmək məsəlsi ortaya çıxanda kimin vəziyyəti pisdirsə, milli kompleksə düşür. Bax, belə hallar sillə kimi adama dəyərək qışqırır: "elə-belə" yaşamaq olmaz. Mən ümid edirəm ki, "Azərbaycan Tərcümə Ensiklopediyası"nın tezliklə İnternet variantı olacaq tərcümə məsələsində konfranslara gedənlərimiz üçün bu bilgi qaynağı çamadanda yox, dünya hörümçəyində yer alacaq. Sözsüz, ensiklopediya işin bir yönüdür. O biri yönümü Azərbaycan türkcəsindən o biri dillərə çevirmələri Dövlət proqramı səviyyəsinə qaldırmaqdır. Qrant proqramları ya başqa vasitələrlə Dövlət bizdəki bədii, elmi əsərləri ingiliscəyə, ispancaya, fransızcaya başqa dillərə tərcümə edilməsini stimullaşdırmalıdır. Bax, bu stimullaşdırmada "Azərbaycan Tərcümə Ensiklopediyası" tipində çapların böyük rolu var. Adamlar böyük qonorar almadan zəhmət çəkir, tərcümələr edir, adı kitablara düşür, di gəl çox keçmir unudulur, sanki okeanda bap-balaca balıqqulağına çevrilirlər. Bizdə hamının yüksək peşəkar saydığı Natiq Səfərov vardı, onun ruscadan çevirdikləri hamını razı salırdı. yaxşı ki, adı Vikipediyada var. Ancaq belə adamlar etdikləri işlərlə, xidmətləri ilə ictimai dövriyyədə olmalıdırlar. Mədəniyyət həmişə öz keçmişini yaşatmalıdır ki, əslini-kökünü bilməyən moltanıya çevrilməsin. Bu sözlərim tərcüməçilərin xidmətinə aiddir. Onlar görəndə ki, zəhmətləri unudulmur, ensiklopedik qaynaqda həkk olunur, dəyərləndirilməyən işlərlə məşğul olmaq bədbinliyindən qurtulurlar. "Azərbaycan Tərcümə Ensiklopediyası"nda əlifba sırası ilə verilmiş adlar xidmətlər bölümü bu baxımdan yüksək kültür funksiyası daşıyır.

Haqqında danışdığım ensiklopediyanın mövzu ilə bağlı tutumu çox genişdir. Öndə dövlət sənədləri, tərcümənin nəzəri praktiki prinsiplərini işıqlandıran yazılar gedir. Onların hamısının yazarları ciddi mütəxəssislərdir. Mən N.Nağısoylunu, L.Əliyevanı, R.Əliyevi, A.Rüstəmovanı, A.Ələkbərlini nəzərdə tuturam. Kamal Abdullanın nüfuzu ( sözsüz, yönəltmənliyi) ilə bu komanda ortaya çox dəyərli bir kitab çıxarmışdır. Sonda bir daha vurğulayım: tezliklə bu ensiklopediya internetə qoyulsa, onunla faydalanma məkanını birə on artar.

 

Niyazi Mehdi

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.3.