"Azərbaycan Tərcümə
Ensiklopediyası"nın
hazırlanmasında əməyi
olan hər
kəs dərin minnətdarlığa
layiqdir"
Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı
ilə "Azərbaycan
Tərcümə Ensiklopediyası"
işıq üzü
görüb. Kitabın ideya müəllifi
ADU-nun rektoru, AMEA-nın
həqiqi üzvü Kamal Abdulladır. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini
ehtiva edir, elmi işlər üçün son dərəcə
ciddi həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. Nəşrdə
tərcüməçilər və bu sahə
ilə maraqlananlar, eyni zamanda, yazarlar,
filoloqlar, gənc ədəbiyyatşünaslar üçün
faydalı məlumatlar
yer alıb.
"Ədəbiyyat
qəzeti" ensiklopediya ilə
bağlı ensiklopediyada
adları və tərcümə etdikləri
əsərlərin siyahısı
yer alan tanınmış tərcüməçilərin,
ədəbiyyat adamlarının
fikirlərini öyrənib.
Cavabları təqdim edirik:
Məmməd Oruc: "Azərbaycan
Tərcümə Ensiklopediyası"nın çapını
çox yüksək
qiymətləndirirəm. Çoxdan görülməli
olan işin nəhayət reallaşmasına
görə sevinirəm.
Ensiklopediyanın işıq üzü
görməsində əməyi
olan hər bir kəsə təşəkkür edirəm.
Kitabın ideya müəllifinə xüsusi
minnətdarlıq..."
Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin sədri
Səlim Babullaoğlu:
"Azərbaycan Tərcümə
Ensiklopediyasının nəşrini
ədəbiyyatımız, elmimiz,
tərcümə mədəniyyətimiz və
bütövlükdə mədəniyyətimiz
üçün ciddi
hadisə hesab edirəm. Müstəqillik illərinin ciddi
humanitar-mədəni hadisəsidir
bu kitab. Kamal Abdulla yenə bir tarixi
işə imza atdı, həm onu, həm ensiklopediya
üzərində çalışmış
bütün insanları,
zəhməti keçən
hər bir kəsi ürəkdən təbrik edirəm".
Cavanşir Yusifli: "Bu ensiklopediya ilə vaxtilə BSU-da tanış olmuşdum, oxumuşdum, orda çox maraqlı və elmi baxımdan dəyərli yazılar var, şübhəsiz ki, ensiklopediya vaxtaşırı olaraq
"update" olacaq, yeni
məlumatlarla zənginləşəcək
və təbii ki, müəyyən boşluqlar dolacaqdır. Bir sözlə, yaxşı,
gərəkli bir ideyanın gerçəkləşməsi
özündən sonra
yeni qayğılar yaradır, kitab ildən-ilə olmasa da, müəyyən intervallarla zənginləışməlidir.
Yeni məqalələr əlavə
edilməlidir və sair".
Kamran Nəzirli: "Azərbaycan
Tərcümə Ensiklopediyası"nın çapı çox gözəl, böyük bir işdir. Kitabın ideya müəllifinə,
kitabın ərsəyə
gəlməsində zəhməti
olanlara təşəkkür
edirəm".
Səfər Alışarlı: "Mən
ədəbiyyata təmənnasız,
qeyri-konyunktur xidmət
edən bütün ideyaları yüksək qiymətləndirirəm. Hətta bu
ideyaların reallaşdırılmasında
müəyyən çatışmazlıqlar
olsa belə, düşünürəm ki,
sonradan onları aradan qaldırmaq, nəşri təkmilləşdirmək
mümkündür".
Nəriman Əbdülrəhmanlı: "Bu ideyanın
Kamal müəllimdə
hələ BSU-ya və tərcümə laboratoriyasına rəhbərlik
edəndə yarandığından
xəbərim var. Bu çətin,
amma çox gərəkli işi gerçəkləşdirmək üçün çox əmək sərf etdi. Bu ensiklopediya
mədəniyyətimizə böyük töhfədi,
əminəm ki, layiqli dəyərini alacaq, həm də çox faydalı bir vəsaitə çevriləcək".
Qəşəm Nəcəfzadə: "Ümumiyyətlə
tərcümə istiqaməti
ilə bağlı görülən bütün
işləri yüksək
qiymətləndirirəm.
"Azərbaycan Tərcümə
Ensiklopediyası"nın nəşri isə bir ilkdir. Bu kitabın çap olunmasında xüsusi əməyi olan Kamal Abdullaya təşəkkür edirəm".
Əlisəmid Kür: "Kitabla tam tanış olmasam da, ümumilikdə bu addımı çox yüksək qiymətləndirirəm. Əslində bu işi çoxdan
görmək lazım
idi. Yəni, ensiklopediyanın nəşrinə ciddi ehtiyac vardı. Şükür ki bu iş görüldü.
Kitabın ərsəyə gəlməsi üçün
zəhmət çəkənlərin
hamısına təşəkkür
düşür".
Azad Yaşar: "Azərbaycan
Tərcümə Ensiklopediyası"
kitabının çapı
dünyanın ən çətin sənətlərindən
sayılan, sözə
zərgər dəqiqliyi
ilə yanaşmağı
tələb edən və çox vaxt haqq etdiyi
dəyəri yetərincə
almayan tərcümə
sənətinə ölkəmizdə
göstərilən böyük
diqqət və qayğını sübut
edir. Müstəqillik
dövrü ədəbiyyatımızın
görkəmli nümayəndələrindən
biri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu bu kitab istər bu sahə ilə
bağlı nəzəri-praktik
bilgilər, istərsə
də tərcümə
işinin ayrı-ayrı
cəfakeşləri barədə
təqdim olunan məlumatlar baxımından
danılmaz yerə və əhəmiyyətə
malikdir. Bu ensiklopediyanın
hazırlanması barədə
Kamal müəllim hələ Bakı Slavyan Universitetinin rektoru olduğu dövrdə bir söhbət əsnasında
fikirlərini gənc yazarlara açıqlamışdı.
Düz on il
sürən gərgin
əməyin, araşdırmaların
yekununda belə bir irihəcmli əsərin və ya dərs vəsaitinin
araya-ərsəyə gəlməsinə
görə, illər boyu tərcümənin ən müxtəlif sahələrində görülən
işlərə həm
elmi, həm də ictimai səviyyədə yüksək
qiymət verilməsinə
görə "Azərbaycan
tərcümə ensiklopediyası"nın
hazırlanmasında əməyi
olan hər kəs yalnız və yalnız dərin minnətdarlığa
layiqdir".
Maarif Soltan: "Hər bir KİTABA sevinmək lazımdır. Təəssüf
ki, indiki "kitab" bolluğu kitabı da gözdən salıb və bolluqda KİTABA çox az rast
gəlinir. Tərcümə-ədəbiyyatımızın ən ağrıyan
yerlərindədir. Tərcümə
ensiklopediyasının ərsəyə
gəlməsi bu baxımdan çox vacib bir məsələdir , məncə. Bilirəm ki, belə nəşrlər gərgin
kollektiv əməyin bəhrəsi olur, buna görə də bütün yaradıcı kollektivi təbrik edirəm və onlara təşəkkür edirəm.
İnanıram ki, bu nəşr yuxarıda qeyd etdiyim KİTABLARDAN olacaq".
Cəlil Cavanşir: "Azərbaycan
Dillər Univeritetinin nəşr etdirdiyi "Azərbaycan Tərcümə
Ensiklopediyası"nın nəşrini tərcüməçi
kimi çox yüksək qiymətləndirirəm.
Eyni zamanda sevinirəm ki, belə bir mötəbər
nəşrin hazırlanmasında
az da
olsa mənim zəhmətim var. Bu məsuliyyətli
işdə əməyi
olan hər kəsə minnətdarlığımı
bildirirəm. Hesab edirəm
ki, bu ensiklopediya
ədəbiyyatşünaslar, tərcüməçilər və
tələbələr üçün
əvəzsiz bir mənbədir.
Uzun illər ərzində
hazırlanmış bu
kitab tərcümə
sənətinə, tərcümə
elminə böyük
töhfədir. Tərcümə tarixinə maraq göstərənlər, Azərbaycanda
bu sahədə əziyyəti olan insanları tanımaq istəyənlər üçün
bu kitab əvəzsizdir".
Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.3.