Qərb Universitetində Cavid günü

 

"Qərb" Universitetində Cavidşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanla olan görüş…

 

"Əzməyi də, əzilməyi də eyni dərəcədə xəta adlandıran, insanlığı haqqı sevib, haqsızı dəf etməyə atəşin bir qəlblə sövq edən böyük şairimiz Hüseyn Cavid Nuhun Tufanının bitdiyi, bəşəriyyətin salamata qovuşduğu torpaqda dünyaya gəldi. Yafəsdən əvvəlcə Tursonra isə bir Cavid törədi, davam etdi" etirafı, qənaəti yenidən dil ucuna gəldiUnudulmaz Xəlil Rza Ulutürkün sonsuz sayğılarla söylədiyi fikirlər birər-birər xatırlandı: "Hüseyn Cavid üç böyük mədəniyyətin - türk, fars ərəb uyğarlığının qaynağından yetişmiş klassikdir, sözün gözəl dərin mənasında böyük müsəlman şairidir, onun dürüst həryönlü qiymətini verə bilmək üçün islam mədəniyyətinin dərin qatlarını, xüsusilə "Quran"ı bilmək vacibdir".

Elə bu vacibliyin araya-ərsəyə gətirdiyi idi "Qərb" Universitetində cavidşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanla olan görüşİyulun 4-də…

Cavid əfəndinin nakam ciyərparası Ərtoğrol həmin günün bir ay əvvəlini - iyunun 3-dən 4-ə keçən gecəni soyuq sisli gecə kimi xatırlayırdı. Xatıralyırdı ki, babam həmin o uğursuz gecədə son dəfə qapıdan çıxar ikən (daha doğrusu, onu apararkən) axırıncı sözü "Sağlıqla" oldu. Xatırlayırdı ki, bu "uğursuz gecə bana yalnız bir şey öyrətdi; həyat nəşələrlə gülümsər ələmli göz yaşlarından sunulmuş bir badədir".

Bu da bir ruh doğmalığıdı ki, Azər Turan da Cavid əfəndi ilə bağlı söhbətinə məhz o "uğursuz gecə"dən keçən bir aylıq zaman məsafəsindən başladı: "Cavid əfəndi məhz bu gün, iyulun dördündə Bakıdan Maqadana sürgün edilibCavid ailəsinin o günlərindəki yaşantılarını ədibin sevimli həyat yoldaşı Mişkinaz xanımın, nakam ciyərparası Ərtoğrolun özü yazıb. Əlavə sözə ehtiyac yoxdur. Çünki heç əlavə sözə yer qalmayıb. Hər şeyi yazıblar. Başlıcası, kimdənsə oxuduqlarını, eşitdiklərini deyil, yaşadıqlarını yazıblar. Öz talelərinin yazıçılığını da özləri ediblərHüseyn Cavidin son yadigarı Turan xanımın son nəfəsində unudulmaz atası ilə bağlı son sözlərini mənə söyləməsini, o anı heç unutduğum olmadıSöylədi bir neçə dəqiqə sonra əbədi qapanacaq gözlərilə Cavid əfəndinin divardan asılmış şəklinə baxdı, baxdı…"

Əhatəli məruzəsində H.Cavidin şərəfli ömür yolu yaradıcılığının müxtəlif məqamlarını incələyən Azər Turan qeyd etdi ki, Cavid əfəndi 1906-cı ilin 20 aprelində sübh tezdən Boğazdan keçərək Türkiyəyə Rəsizadə kimi qədəm basdı, doğma vətəninə isə Cavidləşib qaytıdı. İstanbulda təhsil aldığı illərdə onun istifadə etdiyi "Qamusi-türki" kitabında Şəmsəddin Sami "cavid, cavidani" sözlərini əbədi həyat mənasında şərh edirdi"…

Cavidin Türkiyəyə xüsusi missiya ilə getdiyini, eyni zamanda dünyagörüşünün formalaşmasında Rza Tofiqin, Tofiq Fikrətin, Məhməd Akifin, Əbdülhəq Hamidin, Xalid Ziya Uşaqgilin, Cənab Şəhabəddin başqalarının əvəzsiz rolu olmasından tutarlı dəlillər əsasında bəhs edən Azər Turan, eyni zamanda Cavid yaradıcılığının ədəbi, fəlsəfi, tarixi, məfkurəvi teoloji qaynaqlarından söz açdı.

Tanınmış şair Vaqif Bəhmənlinin aparıcılığı ilə gerçəkləşən görüşdə Azər Turan universitet tələbələrinin Cavid yaradıcılığı ilə bağlı ona ünvanladıqları sualları tutarlı dəlillərlə cavablandırdı.

Bildirdi ki, Cavid əfəndi ilə bağlı apardığı tədqiqat işləri onun mənəvi dünyasında geniş zəngin üfüqlər açıb, fikir tariximizin çox ünlü şəxsiyyətlərinin tale yaşantılarından halı olmasına vəsilə olub. Cavid yaradıcılığı düşüncələrdə böyük təkamül yaşadır. Onun "Peyğəmbər"i Azərbaycan romantizminin peyğəmbərlik sistemilə ilk XX əsr milli ədəbiyyatımızın Hz.Məhəmmədlə son təmasıydı… O, ortaq türk dilinin ixtiraçısı yaradıcısı idi. Cavidin dili, milli şüurumuzun alt yapısında bərqərar olan turançılıq konsepsiyasını öz ifadə imkanlarının sayəsində məzahür etdirmişdir…"

Sonda A.Turan "Cavidnamə" kitabını onun tərtibçiliyi ilə H.Cavidin Türkiyədə nəşr edilmiş "Seçilmiş əsərləri"ni universitetin kitabxanasına hədiyyə etdi.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.25.