Con Çiardi
(ABŞ)
Şlyapasız adam
Yol ayrıcından keçib,
Yeriyirdim aramla.
Bir adamla qarşılaşdım,
Qəribə bir adamla.
Gördüm qısıb boynunu,
Şlyapası da yoxdu.
Dedim:
- Niyə başaçıq...
Hava ki, bərk soyuqdu?!
- Şlyapanı neylirəm?
- Niyə, axı, qardaşım?!
- Görmürsən, çiynim
üstə
Mənim
heç yoxdur başım!
- Niyə yoxdur, nə üçün,
Necə olub bu, necə?
O, qəmli-qəmli dindi:
- Dostum, axı mən gicəm!
Tərcümə edən: Qəşəm
İsabəyli
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.29.