Yan Bjexva (Polşa)
Qarışqa
- Ey,
yoldaş Öküz, bir xahişim var-
Al bu stolu, məktəbə apar.
- Eh, belə
şeyçün həvəs gərəkdi!
Bəlkə də Ulağ boynuna çəkdi?!
Ulağ düşündü - "Artıq yükdü
bu!
Biz ki, məktəbə uşaq qoymuruq!
Yaxşısı budur tapım qoyunu.
Bu işi qoyum boynuna onun".
Qoyun
düşündü - "Yorğunam, deyə,
Bəlkə yalvarım dostum Keçiyə?"
- Yorma
özünü heç nahaq yerə -
Nə var ki, burda,
alıb gedərəm!
"Qoyuna bir bax, fikrinə əhsən!
Ağıllı çıxıb, ay sən
öləsən!"
Sonra da
Keçi Toplanı gəzdi:
- Dostum, bir iş
var, sən istəməzdin?
- Mə-ən... mə-ən... razıyam, cavab
cavabdı. -
Toplan da qaçıb, Pişiyi
tapdı.
- Ehey,
siçanbaz, tənbəlləşmisən!
Al bu stolu, məktəbə
ver sən!
Elmə həvəskar
balaların var,
Sonra məktəbə
qoy, oxusunlar.
Pişik
bığaltı astaca güldü:
- Baş üstə! - Deyib,
birdən götrüldü...
- Eyyy,
Siçancığ, səninlə varam,
Vallah, başına od
yağdıraram!
Səni
yeməyə olmasın səbəb -
Bax, bu stolu gözləyir
məktəb.
- Siz əmr eləyin, biz...
biz... nəçiyik?!
O da axtardı tez Hörümçəyi.
Kefsizdi,
deyə hörümçək kişi,
Tapıb Milçəyə tapşırdı
işi.
Milçək
də dedi: - Ey, Qarışqa can!
Lap ürəyincə bir iş var - asan.
Tətil
qurtarır, bax, bu stolu
Apar məktəbə,
yaxındır yolu.
Belə
işlərçün həvəsiniz var,
Dostlarının da könlü xoş olar.
Düzdü,
kiçikdi Qarışqa boydan,
İşdən yayınmaq bilməzdi
bir an!
Nə
kömək gəzib, nə minnət etdi,
Aldı stolu, məktəbə getdi.
Tərcümə edən: Qəşəm
İsabəyli
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.29.