Yovan Zmay (Serbiya)

 

Saat

 

Gəldi kiçik qardaşım,

Stol üstünə baxdı.

Gördü ki, saatımız

Çıqqıldayır havaxtdı.

 

Götürməkçün saatı

Tez irəli yeridi.

Bu dəfə əlində

"Tk-tak... tik-tak" deyirdi.

 

Kiçik qardaşım dedi:

-Yəqin süd istəyir bax.

Elə buna görə

"Tik-tak... tik-tak" - deyir bax.

 

Bir kasa süd gətirdi,

Saldı südə saatı.

-Gördün, səsini kəsdi,

Doyub deyə, yatır.

 

Tərcümə edən: Qəşəm İsabəyli

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 iyul.- S.29.