Conni Rodari (İtaliya)
Poçtalyon
- Ehey,
poçtalyon, nə olub, nədi?!
Hara qovursan velosipedi?
- Gərək
təcili ən son mənzilə -
Mən bu məktubu çatdıra biləm!
- Nə xəbərdi ki, yaxşı, yoxsa pis?
- Senyorun oğlun həps edib polis!
Tez bir təbaşir
tapıb bu ara:
"Sülh və
Azadlıq" yazdım
divara.
Hərçənd
yoxdu burda səhv-filan,
Məni polislər tutdular o an.
Aydın yazmışam axı bunu mən.
Hə...
nöqtə çıxıb
demə fikrimdən!
Sən bu
yazını tez oxuyarsan -
Sonra bir
yekə nöqtə qoyarsan!
Tərcümə edən: Qəşəm
İsabəyli
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.29.