Frantişek Qrubin (Çexiya)
Ay
- Nədən belə qəmlənmisən,
Ay gümüşü Ay, nədən?
- Gecə salıb bir ulduzu
İtirdim meşədə mən.
- Nahaq yerə dərd eləmə,
Tək deyilsən,
mən varam.
Sübh
səhər gedib meşəyə,
O ulduzu taparam.
Tərcümə edən: Qəşəm
İsabəyli
Ədəbiyyat qəzeti.- 2018.- 7
iyul.- S.29.