Edmund Spenserin
sonet dünyası
XVI əsrin ikinci yarısında Britaniyada yaşayıb-yaradan, yaradıcılığı
ilə dünya ədəbiyyatı məkanında
Edmund Spenser (Edmund Spenser, 1552-1599) adını
yüzilliklərin yaddaşına
yazan ingilis şairlərindən biridir.
Onu da qeyd edim
ki, o, yalnız şair kimi deyil, həm də Qərb-Şərq ictimai-tarixi və mədəni əlaqələrinin
unudulmayan alimi kimi ədəbiyyat tarixində xatırlanır.
Onun
1596-cı ildə yazdığı
təxminən yüz
səhifədən ibarət
olan "Müasir İrlandiyanın tarixinə
nəzər" adlı
nəsrlə yazdığı
dialoqu ölümündən
sonra - 1633-cü ildə
nəşr olunmuşdur.
Bu ədəbi dialoqunda Edmund Spenser şotland
və irland etnogenezində türk-iskit
tayfalarının müstəsna
yerini müəyyənləşdirməyə
çalışmış və sonralar müstəqil ölkə
kimi tanınan Şotlandiya və İrlandiyanın keçmiş
tarixinin və mənşəyinin böyük
bir qolunun Şərq ölkələri
tayfalarının adı
ilə bağlılığı
haqqında tarixi və ədəbi sübutlarının şərhini
təqdim etmişdir.
Lakin Britaniya ədəbiyyatında
və poeziyasında
Edmund Spenserin ikinci dəfə ailə həyatı qurduqdan sonra - həyat yoldaşı, irland qızı Yelizaveta Boyla yazdığı sonetləri ilə şöhrət qazanmışdır.
İndi ədəbiyyatı və
poeziyanı öyrənənlər
Şekspir sonetləri
ilə yanaşı,
Spenser sonetlərini də
sevə-sevə mütaliə
edirlər. Xanəhməd Novruzov uzun illərdir
ki, Britaniya şairlərinin, xüsusilə
şotland əsilli
Robert Börnzün şeir
və nəğmələrini
sevə-sevə dilimizə
tərcümə edərək
gözəl poetik tərcümə nümunələrini
yaratmışdır. Bu günlərdə onun
Edmund Spenserin sonetlərindən
bir neçəsinin poetik tərcüməsi ilə tanış
olanda, onun hələ tələbəlik
illərindən müşahidə
etdiyim poeziyaya olan hədsiz maraq və sevgisinin
qığılcımlarının alovlandığını gördüm.
Ümid edirəm ki, Xanəhməd müəllimin bundan sonra da orijinaldan
etdiyi tərcümələri
oxucuların xoşuna
gələcək, zövqünü
oxşayacaqdır
Şahin Xəlilli
Ədəbiyyat qəzeti.- 2018.-
21 iyul.- S.23.