Edmund Spenser

 

1

 

Sevgilim, üçün zalımsan belə,

Sənin baxışında ölüm gücü var.

Tanrı rəhm edəndir, sən rəhm elə,

Bil,  qurmaq pozmaqdan çox güclü olar.

 

Eşqimə həmdəm ol, çataq vüsala,

Göstər qüdrətini, çat fəryadıma.

Lakin dosta deyil, göstər gücünü

Sənin sevmədiyin öz düşmanına.

 

Qoy duysun zülmünün qüdrətini o,

Sənin baxışların öldürər onu.

Yalnız  dərk etdikdə həsrətini o

Sənin xoş baxışın güldürər onu.

 

Bu dünya cənnətə dönər rəhminlə,

Biz xoşbəxt yaşarıq onda səninlə.

 

2

 

De vaxt bitəcək bu dərd, bu kədər,

Yoxsa, taleyimə yazılıb zülüm.

Gülüm, həsrətinə dözüm qədər? -

İnan, bu həsrətdən yaxşıdır ölüm.

 

Mənim bəxt evimi qəm-qüssə alıb,

Yoxsa, taleyimlə barışmalıyam?

Onun qəddarlığı durmadan artıb,

Bəlkə bu kədərə alışmalıyam?

 

qədər etsən zülüm, bir düşün,

Qazancın çox deyil sənin zülmündən.

Mənə nifrət etdin, baxma ki, bir gün

Sənin şan-şöhrətin getməz könlümdən.

 

Göz yaşı içində salaraq yada,

İtirib-taparsan məni dünyada.

 

3

 

Saxta gülüşlərə gəl sən inanma,

Əvvəlcə sına sən, sonra da inan.

Onlar bir tilovdur çatmaz dadına,

Tora düşənləri aldadılmış san.

 

Saxtalıq, vədlərlə zəif qəlbləri

Daima çaşdırıb üzər, aldadar.

Yalandan yoğrulub çox əməlləri,

Onda rişxənd edib, gülmək gücü var.

 

Qanlı əlləriylə öldürür, ancaq

Gözəl gözləriylə gülüş bəxş edir.

Bu zalım oyundan sevdalanaraq,

Beləcə əzabdan qurtulub gedir.

 

Unutma, gözəllik aldadıcıdır,

Saxta məhəbbətin sonu acıdır.

 

İngilis dilindən tərcümə edəni:

Xanəhməd Novruzov

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 iyul.- S.23