Su daşı
Anamdan yadigar su daşımız var,
Ağlayır, qurumur gözünün yaşı.
Qolunun gücünü verib tişəyə,
Ustanın əliylə daş oyulubdur.
Məəttəl qalmışam daş
gözəlliyə,
Su daşı ehramdır,
Tərs qoyulubdur.
Sərin
suyunun da hərarəti var,
O da su içəndə
boylanır göyə.
Daşın ki bir belə səxavəti var,
Kiməsə daş ürək deyirlər niyə?!
Süzür damla-damla saflıq
yükünü,
Susuz qalsa belə su içmir
özü.
Yazıq
"Bulaq-1"in "Bulaq-2"nin,
Mən varam deməyə gəlməyir
üzü.
Böyüklük eyləyir salmayır
səsə-
Paylayır səssizcə büllur varını.
Nadan daşa baxsa, ibrət götürsə,
Gedib göldən
sökər qarğılarını.
Ölçülü yaşanır duru ömürlə,
İşini-gücünü damlalar ölçür.
Havayı
demirlər, əbəs
demirlər,
Əsl kişi sözü daşdan
da keçir.
Buludlar damlanı göydən süzür ki,
Bulaq duruluğu
yağışdan keçir.
Baxıb
"Su Daşı"na
ağlım kəsir ki,
Ağıl başdan keçir,
Su daşdan keçir.
Miqrant
İnsan
anlamadı, səhv etdi nədə,
Tutalım anladı,
Nə mənası
var.
Dəmir
qılınc olub kəsdi,
İndi
də
Dağıtmaq, yox etmək təmənnası var.
Ölümlər dayanır qan kandarında,
Həqiqət çoxalır, nağıl
azalır.
Qara avtomatın dükanlarında
Əcəl güllələri basabas salır.
Heç
nədən çəkinmir
daha analar,
Yaman əzizlənir
qorxunun xətri.
Uşaq
qundaqlamır zaha analar,
Tüfəng qundaqlanır onlardan ötrü.
Minalar içinə qısır
səsini,
Uzaqdan tuş gələn izləri sayır.
Yüyürək maşınların üzəngisini
Zabit çəkmələri
yeyir, doymayır.
Aşsüzən səbrlər hələ
döz deyir,
Üzdəki hərislik enir dərinə.
Əsgərlər başında meşə
gəzdirir,
Gizli yer rahlayır etdiklərinə.
Qalmaqal sıxıbdı qaya, daşları,
Yer yoxdur səngərin naxışlarında.
Darısqallıq edir gözün
yaşları,
Ürəyi sıxılır yağışların
da.
İnsan
insanlığın kəsir
dilini,
Gördüyü işinə məəttəl
qalır...
Bahalı
bombanın, ucuz ölümü,
Ölümün özünü qiymətdən
salır.
Kimlər
yiyə çıxmaq
istəyir bizə,
Aləmi yesə də, acgöz ac qalar.
Hər əlin üstündə bir əl bitərsə,
Dünyanı dördəlli tutmaq
da olar...
Evlər
uralanır ev
sırasından,
İanə verirlər, qrant deyirlər.
Hörmətdən hörmətsiz qovulur
insan,
Adına "hörmətlə" miqrant
deyirlər.
Təqaüdə çıxanda
Soyuq hopur canına,
İsti yağış yağanda.
Yığılırsan qınına,
Qayğı səni yığanda.
Dar şalvarın genəlir,
Pencək, köynək gen gəlir.
Yerişinin ləngəri,
Gülüş olur çoxunda.
Alaçiy gəlmir dişə,
Yaxşı da yatmır döşə.
Tələsirsən sən işə
Saatına baxanda.
Hər gün istirahətdəsən,
Pula qənaətdəsən,
Ömrünü qarətdəsən,
Su sozalır arxında.
Dinməz
dilin deyinir,
Qəlbin heçdən dəyinir.
Bəzən ağrı döyünür
Sinəaltı yaxanda.
Köhnə gedir iş-gücə,
Tapırsan təzə peşə.
Evdə
girirsən işə
Təqaüdə çıxanda.
Tənəlilər söz deyir,
Səbr sənə döz deyir.
Bilirsən nə gözləyir
Səni uzaq-yaxında?!
Coğrafiya müəllimi
Aqilə müəlliməyə
Yoxuydu qəlbində ayrı bir seçim,
Çubuqla okean yaran gəmiydi.
Şagirdlərdən ötrü, uşaqlar üçün
Sinifdə beşinci cəhət kimiydi.
Deyərdi ölkə var işləri düyün,
Axtarır tapammır öz qiymətini.
Sibirdə üşüyüb əlləri göyün,
Əlindən salıbdır var-dövlətini.
Kimsə
dizlərini girinc eyləyib,
Yollara dolaşan
iz çıxarırdı.
Mən məftil deyiləm,
Sərhəddəm deyib
Məftillər sakitcə göz çıxarırdı.
Hərdən cavabına sual da qatır-
Hansı yarımada su pələngidir?!
Xəritə bir rəssam politrasıdır,
Ya da ki, siyasi kələk
rəngidir.
Keçdi dağlarından çənlər,
dumanlar,
Deyərdi, saf ömrü bulaqlardan al.
Tez köçdü,
Paralel, meridianlar,
Üzünə köçməyə tapmadı
macal.
Ən uzun yol verdi qəlbində çata,
Ən qısa
ömürdə bu nə yürüşdü?
Etibar etmədi bu kainata,
Özü qlobusu əylədi, düşdü.
Sakitcə dad verdi dadlı sözünə,
Susan zarafatı ayrı
biçimdə.
O, paytaxt göstərdi qəbri özünə,
Yüz dənə,
min dənə paytaxt içində.
Şəxsiyyət vəsiqəsi
Vəsiqə alanda inandın,
yazıq!
Düşündün, açıqdır yolun hər yerə.
Başından bağlandın,
Azı,
ən azı-
Xaricə, daxili idarələrə.
Onsuz işin keçməz, keçməyir söz də,
Vəsiqəsiz adam gücsüz, təhərsiz.
Xəbərçi gizlənib ciblərimizdə,
Bizi öyrənirlər
bizdən xəbərsiz.
Qarğalar qışqırar bülbüllər
ötsə,
Şəxsiyyətəm deyə hər yerdə bitmə!
Vəsiqən cibini darısqal
etsə,
Sən özün
dünyanı darısqal
etmə.
Səsimiz bir dünya, özümüz azıq,
Adam təklənəndə çoxluğa dözmür.
Əlində lampası, Diogen
yazıq,
Bir adam axtarır,
vəsiqə gəzmir.
Döyüş nərəsiylə, qılınc
səsiylə,
Ordu da möhtacdır bir şəxsiyyətə.
Əsl şəxsiyyətdir-
Vəsiqəsiylə
Şəxsiyyət güc gəlsə şəxsi niyyətə.
Qardaş,
insanlığın uzun-eni
var,
İnsan da adamın törəməsidir.
Əsl şəxsiyyətin əsli-geni
var,
Sonradan yığılan
yan-yörəsidir.
Sən dünən yox idin, bugünü varsan,
Şux saxla, ən azı küncünü əzmə -
Şəxsiyyət vəsiqən itsə,
taparsan,
Şəxsiyyətin itsə havayı gəzmə.
Hələlik
Sağ ol, a kənd, gedər oldum, qadası,
Qəlbi
dolu, əliboşam, hələlik!
Bu nisgil də o gözəlin xatası
Bahar yolu qarlı qışam, hələlik!
Şəlaləsi yüz qulacdı
bu kəndin,
Duman gəldi,
rəngi qaçdı
bu kəndin.
Şimşəkləri oyun açdı bu kəndin,
Yağan
dolu, mən yağışam, hələlik!
Qar qızları baxışımı
yanıdı,
Yarpızları həsrətimin tamıdır.
Məni
o yad doqqazların tanıdı,
Dəli-dolu bir tanışam
hələlik!
Görünür
Rəna xanıma
Kəndə getdin, zaman dondu,
Bir anım
da yüz görünür.
Ocağımız alovlandı,
Otağımız buz görünür.
Bəddi
halın hal-əhvalı,
Boz görünür
xalça-xalı.
Taxta-tuxtamız bahalı,
Ucuzdan ucuz görünür.
Elə budu pis günüm
də,
Toz geyinib boz kilim də.
Heydən
düşən nisgilim
də
İndi canı saz görünür.
P.S.
Sən gedəndən artdı pulum,
Nə aldımsa
çatdı pulum.
Yatırımda yatdı pulum ,
Lüt Məzahir
tuz görünür.
Qeyri-mümkündür
Gön-dərilər qızacaqdı
Deyirlər, qeyri mümkündür.
Yüz ölçənlər dərin
baxdı,
Seyrlər qeyri- mümkündür.
Qumral quzu şişə gəldi,
Qarğa - quzğun leşə gəldi.
Kim deyirki, ta, düzəldi
Əyrilər, qeyri-mümkündür.
Köpəklikdir köpək tutan,
Ələ qaçır ətək tutan.
Ömrü boyu imək tutan,
Yeriyər, qeyri-mümkündür.
Azlar çoxa girişdilər,
Naçar qalıb gülüşdülər.
Yalmananlar
yal içdilər,
Qeyrilər, qeyri-mümkündür.
Başlayır
Barmaqların iş bölgüsü
Səhər, o başdan başlayır.
Hörgüçünün ağ
hörgüsü
Qapqara daşdan
başlayır.
Doğan
ulduz göyü güllər,
Düşən damla suyu güllər.
Qırışlanar sığal göllər,
Qırış yağışdan başlayır.
Bulud tutar yerdəkini,
Daldalayar göydə günü.
Gerçəkliyin qara günü,
Yalan-yalnışdan başlayır.
Çaxan şimşək mətəl
baxır,
Axı yerdə
şimşək çaxır.
Göydə tez-tez ulduz axır,
Ölüm bir ucdan başlayır.
Az görmədik çox işləri,
Qanlı dəyiş-düyüşləri.
İri mərmi döyüşləri
Xırda savaşdan başlayır.
Məzahir HÜSEYNZADƏ
Ədəbiyyat qəzeti.- 2018.-
21 iyul.- S.9.