Kitab sevgisi son həddə çatanda...
İraq türkmanlarının can dostu, Türkman toplumuzun gerçək sevdalısı əziz və qiymətli dostumuz Prof.Dr. Qəzənfər Paşayevin 2016-cı ildə Bakıda bir əsəri daha yayımlandı: "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" (Kitab 2018-ci ildə Ankarada da çap olunub - Red.). Qəzənfər xoca yayımladığı əsərlərini hər zaman bizlərə o saat ulaşdırmağa çalışır və bizləri sevindirir. Bu xüsusda onun nə qədər ciddi, özünə qarşı tələbkar olduğu da məlumdur. Nətəkim xocamız kitabı yayımlanır-yayımlanmaz həmən poçtayla göndərmiş. Poçtada isə maraqlı olanlar bu kitabları sevmiş olmalıdılar ki, əlimizə ulaşmaları mümkün olmurmuş. Bunu öyrənən Qəzənfər xoca kitablarını bizə ulaşdırmaq üzrə bəzi arxadaşlara vermiş, ancaq xocamızın kitablarını verdiyi arxadaşlarda da kitab sevgisi son həddə olduğu üçün əlimizə ulaşmaları mümkün olmamışdır. Məşhur məsəldir ki, birinə kitab vermək nə qədər böyük bir sadəlövhlüksə, kitabı geri qaytarmaq ondan daha artıq sadəlövhlükdür. Sözün qısası, Qəzənfər xocanın əsəri əlimizə keçmədiyi üçün bu tanıtma yazısı gecikmiş oldu.
Prof. Paşayevin kitabını borc olaraq əldə edən kimi onu tanıtma fırsatı bulmuş olduq. Kitabı bizə borc verən Kamal Bayatlı qardaşımıza burada təşəkkür edərkən, kitabı ona qaytarmaq qonusunda tərəddüdüm vardır. Çünki bu kitab hələlik Kərkük Vəqfinin arxivində yoxdur. Bu səbəbdən Kamal Bayatlı kitabı bizə bağışlar deyə ona əvvəlcədən təşəkkür edirəm.
264 səhifədən ibarət kitaba prof. Məhərrəm Qasımlı ön söz yazmışdır (s.5-8). "Birliyin-bütövlüyün ömür kitabı" adlanan ön sözdə alim Paşayevin İraq türkmanlarının folkloru, dili, ədəbiyyatı, gələnək və görənəkləri (adət-ənənəsi) haqqında yapdığı araşdırma və incələmələrini bir çox kitaba toplayaraq, bu sahədə nüfuzlu və mötəbər söz sahibi olduğuna işarə etmişdir.
Kitaba Dr.Mustafa
Ziya da rəy
(s.9-12) vermişdir. O, Əta
Tərzibaşının ömrünü
İraq türkmanlarının
kültür tarixini incələməyə vəqf
etdiyini (həsr etdiyini), dil və ədəbiyyat tarixi, folklor, musiqi, mətbuat, dil və xalqiyyat
(xalq bilgisi) üzərinə bir çox kitab və məqalə yazdığını, Türk
dünyasının da
İraq Türkman kültürü Tərzibaşının
əsərlərindən tanıdığını
ifadə etmişdir. Ayrıca Tərzibaşının bəzi
kitablarının Azərbaycanda
Prof.Dr. Qəzənfər Paşayev tərəfindən
bir neçə dəfə yayımladığını
xüsusi vurğulamışdır.
Qəzənfər xocanın kitabı
giriş (s.13-17) və
altı bölümdən
ibarətdir. Bu bölümlər
aşağıdakılardır:
I fəsil: "Əta Tərzibaşının həyatı
və ilk yaradıcılıq
illəri" (s.32-49).
II fəsil: "Xoyratlar və maanilər"
(s.50-112).
III fəsil: "Xalq havaları" (s.113-127), "Xalq
türküləri" (s.128-146).
IV fəsil: "Aşıqlar.
Aşıq havaları və
dastanlar" (s.147-156), "Arzu-Qənbər" dastanı
(s.157-167).
V fəsil: "Atalar sözləri və məsəllər" (s.168-196).
VI fəsil: "Əta Tərzibaşı və Azərbaycan-İraq türkman
ədəbi-elmi əlaqələri"
(s.197-221).
Kitabda
"Son
söz əvəzi"
adlı bölmə də var (s.222-228). Kitabın sonunda prof.Qəzənfər Paşayev
haqqında (s.229-233), prof.
Qəzənfər Paşayevin
basılmış kitabları
(s.234-235), tərtib edərək
ön sözlə basdırdığı kitabların
siyahısı (s.236-238), tərcümə
etdiyi kitablar
(s.239-240), Azərbaycan, Türkiyə,
İraq və İranda Azərbaycan, türk, türkman, ərəb, rus, ingilis dillərində basılmış kitablarının
üz qapaqları (s.241-254),
tərcümə etdiyi
kitablar (s.255-256) ilə
prof. Qəzənfər
Paşayev haqqında basılmış kitabların
üz qapağı
(s.257-260) kimi əlavələr
də verilmişdir.
Çox
çalışqan və
verimli bir insan olan Paşayevin
İraq türkman folkloru ilə ədəbiyyatına yapdığı
xidmətlər, türkman
eli bölgəsində
yaşayan və Azərbaycan xalqının
özbəöz parçası
olan Kərkük, Ərbil, Tuz Xurmatu və Teləfər kimi böyük şəhərlərdə,
Məndəli, Xanəğin,
Qaratəpə, Tavuq, Kifri, Əmirli və Bastamlı kimi yerlərdəki Bayat köyləri, Bəşir, Tirkalan, Yayçı, Kümhətlər,
Altınkörpü, Ekənni,
Şeyx İbrahim, Qarayatağ, Mahlebi və Rəşidiyyə kimi Mosul çevrəsindəki
irili-xırdalı türkman
köy, qəsəbə
və nahiyələrindəki
xalqın folkloru, ləhcəsi və ədəbiyyatı ilə
ilgilənmiş vəfalı
bir türkmanşünasdır.
Paşayev, sadəcə gözəl və şad günlərində deyil, qara günlərində belə türkmanların yanında olmuşdur. Hələ
onun çox sevdiyi bu Kərkük
mani dördlüyü
(bayatı) heç vaxt dilindən düşməmişdir:
Bağdad
yolu Gəncədi,
Gülü pəncə-pəncədi.
Demə
sizdən irağam
Bu sevda ölüncədi.
Ayrıca Qəzənfər Paşayevə
həsr olunan, prof. Xatirə Bəşirova və Sədaqət Hüseynova tərəfindən hazırlanan
kitaba bu dördlükdən ilhamlanaraq
"Bu sevda ölüncədi"
(Bakı, 2001, 376 səh.)
adını vermişdir.
Tanıtmış olduğumuz bu əsərində Paşayev
böyük bir qədirşünaslıq edərək
türkman toplumunun böyük alimi, folklor və ədəbiyyat araşdırmaları
ilə türkman xalqını dünyaya tanıdan türkman elinin qiymətli övladı rəhmətlik
Əta Tərzibaşını
elmi yönlərilə
dilə gətirmişdir. Özəlliklə kitabın II fəslində
qələmə aldığı
"Xoyratlar və manilər" (s.50-112) qonusunda
Paşayev elmi və ədəbi yöndən xoyrat-bayatı
çeşidini çox
ustalıqla tədqiq etmiş və qonunun dərinliyinə enmişdir. Ayrıca bu vadidə
Tərzibaşının dərinliyindən
yararlanmışdır. Bu bölümə verdiyi əməkdən dolayı, özəlliklə
Paşayevi təbrik etmək boynumuzun borcudur.
Şəxsini ürəkdən alqışlayarkən
uzun və sağlıqlı bir ömür keçirməsini
diləyirəm.
Bu tanıtma yazısının
gec qaldığına
görə üzrhaxlığımızı
qəbul etməsini təmənna edirəm.
Əziz
və qiymətli dostumuz Paşayevə son olaraq burada Kərkükün
usta xoyrat oxuyucusu, rəhmətlik Siddik Bəndə Qafurdan dərlədiyim (prof. Paşayevin əsərlərindən görünür
ki, Siddik Bəndə Əhməd Cavadın "Çırpınırdı
Qara dəniz" şeirinə bəstələnmiş
mahnını oxuduğuna
görə başı
çox bəlalar çəkmiş, zindan həyatı keçirmişdir
- Red.) bu dördlüyü
ithaf edirəm:
Kərkük verilməz yada,
Nə qul olduq, nə gəda.
Xudama çox yalvarram
Ömrün olsun ziyada.
"Qardaşlıq"
dərgisi, ¹78, İstanbul,
aprel-iyun 2018, s.12-13
Prof.Dr.Süphi Saatçı
Ədəbiyyat qəzeti.- 2018.-
21 iyul.- S.7.