Nazim HİKMƏT
İnsan mənzərələri
Pirayə
xanıma
Əvvəli ötən
saylarımızda
Gecə
saat on birə
iyirmi
dörd
dəqiqə
qalırdı.
Anadolu
sürət qatarındakı
kupelərin
birində
iki
qadın söhbət edirdi.
Əlli yaşlarındaydılar.
Və
bu əlli
yaş
boylarına
biçilmişdi
sanki -
baxan
kimi bəlli olurdu...
Soldakı
professor
arvadı
idi,
uzunsov
üzü
ağlamaqdan
qızarmışdı.
Bretini
çıxarmışdı,
bürüşmüş əlləri ilə
almacıq
sümüyünün üstündəki
batığı ovuşdururdu.
Fasiləsiz
danışırdı
sağdakı
qadın:
- Hərifin
bu qədər
qəhrini
çəkdin,
bacım,
iki
uşaq doğdun ona,
boya-başa
çatdırdın,
maşallah,
indi
özü boydadılar.
Nə
deyib boşanacaq,
sənə
baxmağa borcludur.
Zəhmət çəksin baxsın.
Lap gedib
ikisini bir
yerdə tutsan da,
boşanıram demə,
qəti.
Boşanmaq onun Allahındandı.
Hərifi
rəzil et,
rəzil...
Gecə
saat on birə
iyirmi
dörd
dəqiqə
qalırdı.
Həmin vaqondaydı Nimət xanım.
Gəncdi,
bir idarədə
məmurdu.
İstiqanlıdır.
Qəribə
şeydi:
gözəl olmadığı üçün gözəldir.
Yaxınları
hər
zaman "xanım" deyə
müraciət
edirlər ona.
Bir məktub
vardı əlində -
çox
uzaqdakı
bir
adama yazmışdı,
Ankarada
poçt
qutusuna atacaqdı,
bəlkə də atmayacaqdı,
amma,
yox,
atacaqdı,
mütləq
atacaqdı.
Belə
başlayırdı məktub:
"Orxan,
dünən
sənə
təhqiramiz bir
məktub
yazırdım,
nədənsə,
fikrimi dəyişdim.
Dəyişdim
dəyişdim
də,
indi bunu
niyə deyirəm sənə,
Allah
bilir...
Yəqin qancıqlığım tutub.
Amma
mən onu
yaza
bilsəydim
axıra qədər,
sən
bir xeyli
əsəbiləşəcəkdin,
kim
bilir,
bəlkə
də,
sevinəcəkdin,
iştahlanacaqdın,
filan-filan
olacaqdın.
Bir
azını deyim:
dünən
ürəyim
dəhşətli dərəcədə
istədi səni,
həm
də,
elə-belə
yox,
xoruz
kimi!
baxmayaraq
ki,
aramızda
belə
şey olmayıb heç vaxt.
Əslində,
bir cismani
aclıq
yoxdu
məndə.
Böhrana
bənzər
bir
haldı -
gəldi,
keçdi.
Amma
mən
əminəm
ki, artıq
sən
yanımda olmadıqca,
bu
böhrana bənzər
hallar
baş
qaldıracaq...
Yenə
deyirəm:
bir
cismani aclıq
yoxdu məndə.
Və
dözə
bilmərəm
belə
bir şeyin
özünü büruzə verməsinə -
bu
olmamalıdı, sevdiyim!
Ağlım
ruhumu
məğlub
etməlidir
bu qovğada.
Amma
həyatda
elə məhrəm
bir an
olur ki,
ağlı ilə deyil,
yalnız
ruhu ilə
tək
qalır insan
və
yalnız bir
arzusu olur
o zaman -
lakin
sanma ki, hər
kişiylə -
yox,
o günə
düşmədim,
şükür...
Mən,
sadəcə,
səni
sevdim,
amma necə
sevdim -
qorxaq,
aciz,
yapyalnız
-
amma
mərhəmətə layiq.
Gülməlidirmi?
Bax,
mənim
bütün qorxularım
bundan
başlayır.
Mənim
üçün
dua et, sevdiyim,
madam ki,
yanımda yoxsan.
Dünən
hirsimdən
bir
fincanı
qırdım əlimdə -
isterik
bir hal...
Niyə
bu qədər
uzaqdasan?
Fəqət
gəlmə,
sakın,
zatən,
gələ də bilməzsən,
istəmirəm,
getdiyin
yerdə
lap yüz il qal...
Məktubu
zərfin
içinə qoydu
Nimət
xanım.
Başını
pəncərənin
şüşəsinə
söykədi,
başladı
bayırı
seyr eləməyə.
Bir kəndin
yanından
keçirdi
Anadolu sürət qatarı.
Və
gecə
saat on birə
iyirmi
dörd dəqiqə
qalırdı...
Bir
qadın
uzanmışdı
kənddə
kərpic
bir evin
üst
qatındakı
qaranlıq otaqda,
yorğan-döşəkdə.
Sanki
evin düz
içindən
gəlib
keçdi qatar.
Dinlədi
təkərlərin
taqqıltısını
Xədicə
xanım.
Abraş
öküz
aşağıda
- tövlədə böyürdü,
yəqin
qorxdu.
Sol böyrü üstündən
sağ
böyrü üstə
çevrildi
Xədicə xanımın əri.
Xədicə
xanım
həm
bicdi,
həm
bəxtiyar,
düşündü:
"Ərim
bu
xırmanın sonunda
Çopur
Əkrəmin
qızını
alacaq,
imam
nikahı kəsəcək,
qız
qoca
olmağına qocadı,
aman
varlıdı,
oktyabra
qədər
gəlinlik
edər,
sonra
işə-gücə
başlayar,
hələ
bir gəlsin,
görək
nə gətirir…
Xədicə
xanım
ağrıyan
ayaqlarını
ovuşdurdu
yorğanın altında,
halsız
olmasına rəğmən
xoşbəxtdi
və
sevincindən
çatlayacaqmış kimi
çarpdı qəlbi,
bir diş
ağrısından
əbədiyyən
qurtulmuş kimi…
Gecə
saat on birə
iyirmi
dörd
dəqiqə
qalırdı.
Xədicə
xanımın kəndindən
on
kilometrlərlə uzaqda
qəhvəxanaları
hələ
bağlanmamışdı
qəsəbənin.
Qəhvəxanalardan
birindən
qramofon
səsi gəlirdi,
birindən isə radio.
Və
sobayabaxan
Haqqı usta
bir az əvvəl
bağladığı qapının
arxasında
yumşaq
aliminiumdan
düzəldilmiş
bir
borunu cilalayırdı,
sanki
almas
cilalayırmış kimi -
həm
çox diqqətlə,
həm
çox ehtiyatla…
Və
Haqqı usta,
eyni
zamanda,
aliminium
borunu
cilalaya-cilalaya
ağlından keçənlərin
arxasınca
düşüb gedirdi…
Ağlından
keçənlər
yumyumşaq
üzündə
gah
özünü büruzə
verirdi,
gah qeyb
olurdu -
dörd
il əvvəl
boşamışdı
arvadını
Haqqı
usta,
arvad
naəlac
qalıb,
çəkməçi
Rifətə
ərə getmişdi.
Fəqət
indi Haqqı usta
təzədən
istəyirdi
köhnə
arvadını -
bir ay
bundan əvvəl
yuxusuna
girmişdi
və
Haqqı usta dəli-divanə
olmuşdu…
Nəhayət,
sözləşdilər.
Bir gecə
yatağında
kəndirlə boğub,
quyuya
atacaqdılar
çəkməçi Rifəti
və
çıxıb
gedəcəkdilər
Balıkəsir
tərəflərə.
Haqqı
usta
baxdı
qəhvəxananın
rəflərinə,
orda,
kəndirin
yanında
bir
zəngli saatda
vardı
və
artıq
gecə on
birə
iyirmi
dörd dəqiqə qalırdı.
Və
eynən
gecə on
birə
iyirmi
dörd dəqiqə qalırdı
əlli
kilometr uzaqda
Fərid
bəyin qol saatında.
Yaşılçamın
nahiyə
müdiri
Fərid
bəy
Jandarma
Seyfi çavuş ilə
Şəriflər
kəndinin
həndəvərinə
gəlmişdilər.
Çöməlmişdilər
və
gizlətmişdilər
siqaretlərini
ovuclarının
içində.
Qaranlıqda
kənddən
gələn
iyləri
ayırd etmək istəyirdilər -
nə
yanmış odun,
nə
yaş torpaq
qoxusu duyulurdu -
halbuki
yağış
yağmışdı
yarım saat əvvəl
və
su içindəydi
torpaq…
Nə
işıqlı
bir pəncərə,
nə hərəkət
edən -
qımıldayan
bir şey vardı,
insanlar
və
heyvanlar
kəndi
tərk etmişdilər
sanki.
Küləkdən
başqa
heç
nəyin səsi gəlmirdi.
Seyfi
çavuş
sol əlinin
şəhadət
barmağını
palçığa soxdu
dibinə
qədər.
Nəhayət,
Fərid bəy
pıçıltıyla dedi:
- Boş
yerə gözləyirik,
gəlməyəcək…
- Gələcək,
gözləyir
uşaqları
uyusun,
sonra…
- Necə
uşağı var?
-
Üç.
Susdular.
Aradan yarım saat keçdi.
Barmağı
hələ
də
palçığın
içindəydi
Seyfi çavuşun.
Seyfi
çavuş
əslən
- dədə-baba kəndlidi,
çöməlib,
səbr etməyi
bacaran
bir
nəsildəndi,
gözlə desən,
günlərlə,
beləcə,
dinib-danışmadan
gözləyəcək.
Nəhayət,
Fərid bəy dözmədi:
- Daha
gözləməyəcəyəm,
mən
gedirəm, çavuş.
-
Özün bilərsən.
- Bəs
sən?
- Mən
gözləyəcəyəm,
madam ki,
gəldim…
Susdular.
Bu
sözdən sonra
Fərid bəy də
getmədi,
amma
qorxdu:
- Demək,
sənin
qərərgahına
nə
vaxt istəsə,
necə
istəsə,
gəlir?
- Hə.
Məndən
əvvəlki çavuş
onu belə
öyrədib…
Bir dəfə
bir gecədə
bütün
qərargah
keçdi
üstündən,
durun
demədi.
Səhər
açılanda
corablarımızı
belə yamadı.
Adambaşına
beş quruş verdik.
Qaraşındı Seyfi çavuş.
Qaraşındı
Fərid bəy də,
kül
rəngində
bir əlbisə
geyinib.
Bir
köpək hürdü
kəndin içində.
Seyfi
çavuş
çıxartdı
barmağını
palçığın
içindən.
Və
nə etdiyini
düşünmədən
düzəltdi
qalstukunu.
Əminə
idi gələn,
dolu
və
uzun boylu Əminə.
Qorxmadan,
çəkinmədən
gəlirdi
qaranlığı
yara-yara.
Yaxınlaşmasını
gözlədi
Seyfi çavuş,
sonra dikəldi,
qalxdı.
Fərid
bəy
sıxıla-sıxıla
baxdı
qadına -
gözləri çılpaqdı,
çılpaqdı,
hər
halda, ayaqları da.
Fəqət
Fərid bəy bilirdi ki,
kənd
qadınlarında
ayağın
çılpaq olmasının
bir
əlaqəsi
yoxdur
çılpaqlıqla.
Bir
keçə vardı
qoltuğunda
Əminənin.
Fərid
bəy kəkələdi:
- Mən
çəkilirəm,
mən
heç bir şey istəmirəm.
Güldü
Seyfi çavuş:
-
Keçədənmi iyrəndin,
ipək
döşəkmi keçir könlündən?
Elə isə,
geri dur…
Fərid
bəy
qaranlıqda
qeyb oldu.
Əl elədi
Seyfi çavuş,
bir az da
yaxına
gəldi Əminə,
əyildi
və
çocuğuna
döşək
sərirmiş
kimi
qoltuğundakı keçəni
islaq
torpağa sərdi,
uzandı
üstünə,
kirimişcə baxdı
başıüstə
dayanan
Seyfi çavuşa…
Sonra
ağaclıqdan
çıxdılar
öndə
Seyfi çavuşla Fərid bəy,
arxalarınca Əminə…
Bir
döngədə
sola
buruldu Əminə
və
tutdu Şəriflər
kəndinin
yolunu,
qoltuğunda keçəsi…
Bir qatar
səsi
gəldi
uzaqdan.
- Sürət
qatarıdır, -
dedi Fərid
bəy,
indi
vaqon-restoranda
otursaydıq
rahat-rahat…
Mızıldandı
Seyfi çavuş:
- Sürət
qatarıdırsa,
deməli,
on ikini
keçir saat…
Anadolu
sürət
qatarında
saat
birə on dəqiqə
işləmişdi.
İçəridə
üç kişiydilər:
Baş
qarson,
qarson
Mustafa,
və
Baş aşpaz
Mahmud Aşər.
Birinci masada əyləşmişdilər,
orda
böyük
adam
əyləşmişdi
bir
saat əvvəl.
Masaların
ağ
örtükləri
yığışdırılmışdı.
Qırmızı
abajurlu
lampalar
söndürülmüşdü
və
qarson Mustafa
əlindəki
dastanı oxuyurdu:
- 1922-ci
ilin avqust ayı
və
"Hekayəti-qadınlarımız"
və
"Altı avqust əmri"
və
"Hekayəti-bir alətlə
bir insan…"
Soruşdu
Baş aşpaz Mahmud Aşər:
- Burdamı
qalmışdıq,
yavrum?
- Bəli.
"Hekayəti-Mustafa
Sübhi
və
arkadaşları"nı oxuduq
ən sonda,
arxasınca da bu gəlir.
- Nə
deyirəm,
elədirsə,
onda
oxu.
- Oxuyuram:
"Ay
işığında arabalar gedirdi -
Akşəhər
üstündən
Afyona doğru.
Torpaq elə
ucsuz-bucaqsız,
dağlar
elə uzaqdı ki,
sanki
gedənlər
heç bir zaman
mənzilə
yetişməyəcəkdilər…
Arabaların
təkərləri ağacdandı,
öküzlər
başqa
və çox kiçik
bir
dünyadan gəliblərmiş kimi
balaca və
arıqdılar -
məşum parıltılar vardı
qırıq
buynuzlarında
və
hər yan -
ayaqlarının
altından qaçan
torpaq,
torpaq,
torpaqdı…
Gecə
həm
aydınlıq,
həm istidi
və
arabalarda
taxta
yataqlarında
tünd
mavi humbaralar
çırılçılpaqdı.
Və
qadınlar
Ay işığında
oğrun-oğrun
baxırdılar
keçmiş
qafilələrdən
qalmış
qırıq təkərlərə
və
öküz cəsədlərinə.
Və
qadınlar
bizim
qadınlarımız:
qorxunc
və
mübarək əlləri,
incə,
kiçik
çənələri,
iri gözlərilə
anamız,
bacımız,
sevgilimiz
və
sanki heç
yaşamamış
kimi ölən,
və
süfrəmizdəki
yeri
öküzümüzdən
sonra gələn
və
dağlara
qaçırıb,
uğrunda həbsxanalarda
yatdığımız
bu
qadınlar
bizim
qadınlarımız…
Ardı var...
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.16-17.