Azərbaycan və türk
ədəbi əlaqələri
Keçən il ilə müqayisədə
ədəbi-mədəni əlaqələrin
inkişafında bir az da sürətlənmə
müşahidə edilir. Xüsusən, türk, özbək,
türkmən, qırğız, qazax ədəbi əlaqələrinin
inkişafı olduqca yüksəkdir. Amma təəssüflər
olsun ki, digər türk xalqları arasında (noğay, kumuk və
s) ədəbi-mədəni əlaqələr ötən illərdə
olduğu kimi 2017-ci ildə də olduqca zəifdir.
Azərbaycan və türk
xalqları arasındakı ədəbi-mədəni
əlaqələr son vaxtlar daha da sürətlə inkişaf
edir. Xüsusən, Türk, özbək, qazax, türkmən,
qırğız və s. türk xalqları arasındakı
ədəbi əlaqələrin
inkişafı ürəkaçandır.
Bu səpkidə elmi-nəzəri konfranslar,
görüşlər keçirilmiş, dissertasiya, monoqrafiya
və məqalələr dərc olunmuşdur. Ədəbi
əlaqələrin inkişafında
akademik İ.Həbibbəyli, professorlardan Q.Paşayev, M.Əliyev,
Ə.Rəsulov, R.Əskər,
A.A.Aydın, E.Quliyev, M.Hacıyeva, A.Babayev, T.Məlikli,
N.Araslı, J.Əliyeva, N.Tağısoy, F.Bayat, fil.e.d
A.Ülvi, Y.Qasımbəyli, R.Əhmədov, filologiya üzrə
fəlsəfə doktorlarından E.Babayeva, İ.Osmanlı, X.Hümmətova,
F.Vəliyeva, A.Turan, S.Sadiyev, T.Teymurov, M.Həsənov, E.Məmmədova,
X.Qafqazlı, S.Qasımlı, R.Quliyev, S.Gündoğdu,
B.Osmanova, X.N.Əskər, A.Xəndan, N.Mustafayeva, F.Dursunova, K.Nəcəfova,
Q.Şəhriyar və başqaları xidmət göstərmiş,
xeyli sayda analitik məqalə və tədqiqatlarla
çıxış etmişlər.
2017-ci ildə də
Azərbaycan-Türkiyə arasında
ədəbi-mədəni əlaqələr olduqca sıx
olmuşdur. Bu səpkidə çoxlu məqalələr
yazılmış, beynəlxalq elmi-nəzəri konfranslarda məruzələr
dinlənilmişdir. Görkəmli
türkoloq professor Ə.Rəsulovun "Yeni türk
edebiyatında nesir kavramı" ("Türk
filologiyası"), "Türkü türkə tanıdan
türkoloq" (T.Məlikov. Əsərləri, 3 cilddə)
və s. kimi məqalələri olduqca maraq doğurur.
Ədəbi əlaqələrimizin inkişafında misilsiz
xidmətləri olan professor A.Abıyevin 2017-ci ildə "Tanınmış
şair və filosof Rza
Tofiq" adlı məqaləsi nəşr olunmuşdur. Məqalədə,
Türkiyənin tanınmış şairi və filosofu Rza
Tofiqin ədəbi fəlsəfi
yaradıcılığından söhbət edilir, şeirləri
təhlil edilir, Rza Tofiq yaradıcılığı haqqında
fikir və mülahizələr yürüdülür.
Ədəbi əlaqələrimizin inkişafında
xüsusi yeri olan alimlərimizdən biri də
Ramiz Əskərdir. 2017-ci ildə ildə, R.Əskərin
"Yusuf Balasaguni ve Kutadgu Bilig Bibliyografyası.
(Bakı: BXQR, 336 s.), "Qutadğu Bilig hikmətləri" ( Bakı: 2017, BXQR, 136 s.) və s. kitabları,
10-dan yuxarı məqaləsi dərc olunmuşdur.
İnstitutun Türk xalqları şöbəsinin əməkdaşı,
professor N.Tağısoy müxtəlif qəzet və jurnallarda
ədəbi əlaqələr mövzusunda məqalələr
dərc etmişdir. Bunlardan, "Azərbaycan ədəbiyyatının digər
türk xalqları ədəbiyyatı ilə əlaqələri"
("Ədəbi proses-2016", s.92-432) "Qazax ədəbiyyatı"
("Kaspi" qəz., 14 yanvar, s.9), "Üç qazax
akınının yaradıcılığından
yarpaqlar" ("Kaspi" qəz., 1 aprel, s.21), "Son
dövrlər Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin
mənzərəsi" ("Kaspi" qəz., 1 iyul, s.12),
"Azərbaycan-qazax ədəbi əlaqələri"
("Xalq cəhbəsi", 7 sentyabr, s.14), "Qaraçay ədəbiyyatında
poema janrı" ("Xalq cəhbəsi", 30 sentyabr, s.4) və
s. adlarını qeyd edə bilərik. Bu məqalələrin
arasında təkcə türk, qazax, özbək deyil, eyni zamanda Azərbaycan-Qaraçay
ədəbi əlaqələrinə də həsr olunmuş
tədqiqatlar geniş yer tutur. Məsələn,
Tağısoylu "Abrek həyatı Qorxmaz Qorxmazovun
"Qisas qılıncı" roman dilogiyasında"
("Xalq cəhbəsi", 28 sent., s.14)
adlı məqaləsində Qaraçay nəsrinin inkişaf
xüsusiyyətlərinə nəzər salaraq "Qisas
qılıncı" romanını tədqiqat obyektinə
çevirir. "H.Bayramukovanın və O.Xubiyevin nəsr
yaradıcılığında maarifçilik və ziyalı
problemi" ("Ədalət", 16 sent.,
s.14) adlı məqaləsində Qaraçay ədəbi-nəsrindən
bəhs edir. Qeyd edək ki, N.Tağısoylu ilk
dəfə olaraq qazax xalq qəhrəmanlıq dastanı olan
"Koblandı-batır"ı azərbaycan dilinə tərcümə
edərək nəşr etmişdir.
Türk xalqları ədəbiyyatı
şöbəsinin əməkdaşı,
fil.ü.f.d.
T.Teymurovun "Muxtar Auezovun "Abay" romanında obraz
yaradıcılığında bədii təfərrüatın
rolu" adlı məqaləsində
("Ağamusa Axundov və Azərbaycan filologiyası"
Beynəlxalq konfransın materialları, 24-25 aprel) M.Auezovun "Abay"
romanında obrazlar sistemi, bədii təfərrüat və bədii
detal problemi tədqiq edilir.
Fil.ü.f.d. X.Hümmətovanın
da ədəbi əlaqələrin inkişafı istiqamətində
bir sıra məqalələri dərc olunmuşdur. Bunlardan, "Hacı Bayram Vəli
Şeirlərində Özünüdərkin Struktur
Troyektoriyası" (Akademik Tarih ve Düşünce dergisi, c.
4, S:12, s.37-53), "Bayramiliyin ideya
qaynağında səfəviyyə təriqəti" (Uluslararasi Haci Bayram Veli sempozyumu,
03-04 may), "Qazax adət-ənənəsi
Muxtar Auezovun yaradıcılığında" (Azərbaycan
Dövlət və Mədəniyyət Universiteti. Müqayisəli ədəbiyyatşünaslığın
aktual problemləri. Respublika elmi-nəzəri
konfransı. 4 aprel 2017), "Mir Həmzə Seyid Nigari
yaradıcılığında Qarabağ həqiqətlərinin
poetik əksi" ( III Beynəlxalq Həmzə
Nigari Türk Dünyası Mədəni İrsi Sempozyumu. 17-18
mart 2017) və s. adlarını qeyd edə bilərik. Hümmətovanın diqqəti cəlb
edən məqalələrindən biri də "Məhdimqulu
Fəraqi şeirində təlvin: psixoloji və arifanə haldəyişmələri"
(Görkəmli Türkmən şairi Məhdimqulu Fəraqinin
yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında.
Elmi -tədqiqi məqalələr. Bakı: Elm və təhsil, 2017) adlanır.
Fil.ü.f.d. F.Vəliyevanın "Quş dili bilən Süleyman
obrazı XIII əsr anadilli türk poeziyasında" (Ədəbiyyat
Məcmuəsi, s.211-217), "Fərhad və Şirin:
İnvariant və yazılı ədəbiyyat" (Poetika.izm,
s.120-127) və s. kimi məqalələri nəşr olunmuşdur.
Müəllifin də Azərbaycan-Türkiyə
ədəbi əlaqələri istiqamətində
məqalələri dərc olunmuşdur. Bunlardan "Nəcib Fazil
Qisakürəyin "Aynadakı yalan" romanında sufi-fəlsəfi
ideyalar" (Ədəbi əlaqələr, s.128-134),
"Necip Fazıl Kısakürek`in eserlerinde estetik ve metafizik
derinlik" (Mevsimler, e-dergi, kasım-aralık, S:12, s.1-4.),
"X.Ə.Adıvarın "Sinəkli baqqal romanında
doğu-batı sentezi" (I İnternational Scientific of the
Turkic Peoples in the Changing Vorld,
Kazan,12-15 aprel, s.73-75), "Mevlananın Necip Fazıl
üzerine etkisi" (The Program Of The International
Scientific-Practical Conference "East And West: Literature And Artistic
Culture" 19-21 October, s.34-40), "Salxım söyüdlərin
kölgəsində romanında Axıska-Türkləri "
(Uluslararası Ahiska türkleri sempozyumu, Erzincan Universitesi,
11-13 mayıs, s. 75-81), "Intellectual Trends In The Tatar Prose At
The- The Beginning Of The XX Century: The Peculiarities Of The Creativity Of
Zulfat Hakim" və s. adlarını qeyd edə bilərik.
Türk
xalqlarına töhfə
olan əsərlərdən biri də
professor Elman Quliyevin "Türk xalqları ədəbiyyatı"
( Bakı, 2017, 632 səh.) dərsliyidir. Kitabda bütün türk xalqlarının əsas
nümayəndələri və mərhələləri
öz əksini tapmışdır. E.Quliyevin
bu səpkidə xaricdə bir çox məqalələri dərc
olunmuşdur. Qeyd edək ki, o, ədəbi
əlaqələrimizin və Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərə görə
TÜRKSOY-un "Xas Hacib" (16 fevral) və "Molla Pənah
Vaqif" medalları (7 dekabr) ilə təltif edilmişdir.
2017-ci ildə ədəbi
əlaqələrimizə həsr
olunan araşdırmalardan
fil.ü.f.d. Azər Turanın da əsərləri
diqqətimizi cəlb edir.
A.Turanın "Ədəbiyyat qəzeti"ndə dərc
olunan "Söylə, ey Tanrı, dizlərin nerədə..."
başlıqlı məqaləsi Cənab Şəhabəddin
yaradıcılığına həsr olunmuşdur. Bu araşdırmada türk poeziyasında simvolizm və
dekadantizmin təzahürləri məsələləri tədqiq
olunmuşdur. Onun Əhməd Haşim barədə "Batan ayın kənarında
sətirlər..." məqaləsində isə türk
poeziyasında impressionizm məsələləri
araşdırılmışdır. "Rəqs edən dilin
şairi - Yahya Kemal Bayatlı", Türk poeziyasında
modernizm dalğası (Nəcib Fazil Kısakürəyin
yaradıcılığı əsasında "Zaman gecədir...
Məkan küçədir", "Dünya
poeziyasının türk şahzadəsi" və s. məqalələri də
diqqəti cəlb edir. Bunlardan başqa, tədqiqatçının
Orxan Vəli poeziyasına həsr olunmuş "Bir qəribə
şair - Orxan Vəli ", Edip Cansevərdən bəhs edən
"Fazla şiirden öldü Edip Cansever", Cahit
Sıtkı Tarancı haqqında "Orhan gibi vaktinde gitmek
varken…", Cemal Süreya barədə "Laləlidən
dünyaya gedən bir tramvaydayız". Fuad
Köprülü barədə "Professor", Çingiz
Dağçı yaradıcılığına həsr
olunmuş "Sən dəniz qoxuyursan, Çingiz
Dağçı", eləcə də "Çingiz
Aytmatovun ağ buludu" və
b. məqalələri də dərc olunmuşdur. Qeyd edək ki, fil.ü.f.d.A.Turanın
2017-ci ildə nəşr
olunan "XX əsr - fəryadın metafizikası"
kitabında da türk və Avropa ədəbiyyatı nümunələrinin
müqayisəli təhlilləri ilə yanaşı Mahmud
Kaşqarlının "Divanü luğat it-türk" əsəri
barədə "Hz. Yusifə bənzədilən kitab", Əlişir
Nəvai barədə "Sultanın süd qardaşı
şair", repressiya qurbanı, türkoloq Xalid Səid Xocayev
barədə "Şəhid türkşünas"
yazıları yer almışdır. Onun "Alp Ər Tonqa"
yazısı isə xüsusi ilə diqqəti cəlb edir.
Fil.ü.f.d, dos. N.Mustafayevanın "Azərbaycan
ədəbi prosesində F.Köprülü",
""Qardaş köməyi" Türkiyə
araşdırmalarında", "Nəsimi
yaradıcılığı Türkiyə araşdırmalarında",
"Ə.Ağaoğlunun yaradıcılığı
Türkiyə elmi düşüncəsində",
"Axundzadə yaradıcılığı türk ədəbiyyatşünaslığında",
"B.Vahabzadə yaradıcılığı Türkiyə ədəbiyyatşünaslığında", "İsmayıl Hikmet
araşdırmalarında Azərbaycan ədəbiyyatı
tarixi və ədəbiyyat tarix bilimi məsələləri"və
s. kimi məqalələri nəşr olunmuşdur. Bu məqalələrdə Azərbaycanın görkəmli
şair və yazıçılarının türk ədəbi-nəzəri
fikrində yeri məsələsi tədqiq olunmuşdur.
Fil.ü.f.d. Səriyyə
Gündoğdunun xeyli sayda məqalə və tezisləri nəşr
olunmuşdur.
Tədqiqatçının "XX əsrin birinci
yarısında dilin milliləşmə məsələsi
("Türk Yurdu" dərgisi əsasında)" başlıqlı
məqaləsində XX əsrin
birinci yarısında,
xüsusilə Türkiyədə
Cumhuriyyət qurulduqdan sonra türk dilinin
sadələşməsi və milliləşməsi məsələlərinə
toxunulmuşdur. "İctimai-ədəbi
düşüncənin başlıca mətbuat
orqanları" adlı məqalədə isə II Məşrutiyyət
dönəmində əldə edilən istiqlalla bərabər
geniş demokratik hərəkatın güclənməsiylə
yeni mətbu orqanlarının yaranmasından və onların
ideoloji fəaliyyətinin ədəbi əsərlərdə əks
olunmasından bəhs edilir. Xüsusən də,
"Tanin", "İqdam", "Sebilür Rəşad",
"Türk Yurdu" və s. kimi mətbu orqanlar
araşdırmanın tədqiqat obyektinə çevrilir.
Fil.ü.f.d. Rəşid Quliyevin 2017-ci ildə nəşr olunan
"Əhməd Həmdi Tanpınarın bədii
publisistikası", " O həm
də şair idi...", "Əhməd
Hamdi Tanpınarın epik nəsri" məqalələrində
isə XX əsr türk ədəbiyyatının görkəmli
nümayəndələrindən biri olan Ə.H.Tanpınar
yaradıcılığı tədqiq edilir.
Fil.ü.f..d. Barat Osmanovanın "Mühiddin və
onun türk ədəbiyyatı haqqında düşüncələri",
Rza Tofiq yaradıcılığına
həsr olunmuş
"XX əsrin filosof
türk şairi" və "İsmayıl bəy
Qaspıralı -böyük ictimai xadim" adlı məqalələri
nəşr olunmuşdur. Tədqiqatçının
"Mühiddin və onun türk ədəbiyyatı
haqqında düşüncələri" adlı məqaləsi
xüsusi ilə diqqəti cəlb edir.
Bunlardan
başqa, Emiliya Xəlilovanın "1900-1910-cu illərdə
Azərbaycan dövrü mətbuatında türk
folologiyası", Xanım Abdullayevanın "Klassik türk
nəsrinin spesifik xüsusiyyətləri", "N.Kamalın "Cəzmi"
romanında Şərq tarixinin bədii inikası" və
s. kimi məqalələri nəşr olunmuşdur.
Ötən ildə olduğu kimi Azərbaycan-özbək ədəbi əlaqələri
2017-ci ildə də sürətlə inkişaf etmişdir. Bu səpkidə "Əlişir
Nəvai və Azərbaycan ədəbiyyatı" adlı
beynəlxalq elmi konfransın materialları (Elmi redaktoru:
akademik İsa Həbibbəyli, məsul redaktoru və nəşrə
hazırlayanı f.e.d. A.Ülvi //
Bakı, "Elm və təhsil", 2017, 72 səh.), "Səməd Vurğun
və türk dünyası" (AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun və
Səməd Vurğun ev-muzeyinin birgə keçirdikləri "Səməd Vurğun və
türk dünyası" adlı elmi-praktik konfransın
materialları (Elmi redaktoru: İsa Həbibbəyli, məsul
redaktoru və nəşrə hazırlayanı f.e.d.
A.Ülvi) // Bakı,
"Avropa" nəşriyyatı, 2017, 94 səh.)),
"Prof.dr. M.Fuad Köprülü. Əlişir Nəvai
(risalə)" (Tərc.edən və redaktoru: A.Ülvi,
fil.e.d. (Elmi redaktoru: İsa Həbibbəyli) // Bakı,
"Elm", 2017, 26 səh.) və s. kimi
kitablar nəşr olunmuşdur. Bunlardan başqa, f.e.d.
A.Ülvinin "Azərbaycan klassikləri Ə.Caminin
"Baharıstan" təzkirəsində (Azərbaycan MEA Xəbərləri,
Bakı, "Elm", ¹1, 2017, səh.09-14.), "Camal Kamal: Dünya
60-cılarının görkəmli özbək nümayəndəsi"
(AMEA Nizami adına Ədəbiyyat İnstitutu "Ədəbi
əlaqələr", 2017, ¹XI, səh.107-114), "Əbdürrəhman
Cami: ədəbi irsindən iki təzkirəsi haqqında -
"Nəfahət ül-üns" və
"Baharıstan"" ("Elm və həyat" dərgisi,
¹2, 2017, səh.46-55) və s. məqalələri özbək-Azərbaycan
ədəbi əlaqələrinə həsr olunmuşdur. Məqalələrin
böyük əksəriyyəti Əlişir Nəvai irsinə
həsr olunmuşdur. "Təzkirələr
işığında və ya ilk təzkirələrçilər
haqqında bəzi qeydlər (Əbu Mənsur əs-Saolibi,
Nizami Aruzi Səmərqəndi , Buxaralı Məhəmməd
Ovfi, Şeyx Əhməd ibn Xudayət Tərazi)" adlı tədqiqatda
ilk dəfə olaraq sistemli şəkildə Ə.Nəvainin
"Məcalis ün nəfais"
təzkirəsindən bəhs edilir. Məqalədə
təzkirəçilik tarixi izlənir, ədəbi faktlar elmi
ictimaiyyətimizə təqdim olunur. A.Ülvinin
"Əlişir Nəvainin ədəbi şəxsiyyəti
və irsi" adlı məqaləsində isə dahi mütəfəkkirin
yaradıcılıq yolu tədqiq edilir. Məqalədə
diqqəti cəlb edən nüanslardan biri də, Nəvainin əsərlərindən
Nizami, Nəsimi və s. Azərbaycan klassikləri haqqında
olan hissələrin seçilərək şərhlərlə
təqdim olunmasıdır. A.Ülvinin
Qaraqalpakıstanda "Tamaddun nuri" jurnalında nəşr
olunan "Müstəqillik illərində Azərbaycan-özbək
ədəbi əlaqələri" adlı məqaləsində
iki qardaş xalqın ədəbi əlaqələrinə
yeni məfkurə işığında nəzər
salınmışdır. A.Ülvi,
yalnız Nəvai yaradıcılığında Azərbaycan
klassiklərini tədqiq etmir, eyni zamanda bir çox klassiklərin
yaradıcılığında da Nəvai izlərini
axtarır. Onun "Z.M.Baburun "Baburnamə"
əsərinin Bakı nüsxəsinin təsviri və əsərdə
Əlişir Nəvai haqqında" adlı məqaləsi bu
baxımdan diqqəti cəlb edir.
Özbək-Azərbaycan ədəbi əlaqələrinin
inkişafında rolu olan alimlərimizdən
biri də fil.e.d. Y.Qasımbəylidir. O, il ərzində müxtəlif
jurnal və qəzetlərdə (Rəsul Rza və
altmışıncılar // "525-ci qəzet", may,
"Şairin sevgi və əbədiyyət dastanı."
"Azərbaycan" jurnalı, ¹7-8, 2017.Vətənin tən
yarısı // "Kaspi" qəzeti, 13 may, "Vətəni köksünə
sıxana alqış" //
"Azad Azərbaycan",
8 fevral, "Rəsul Rza və Vladimir Mayakovski",
"525-ci qəzet", "Azərbaycan ruhunun və dilinin nəğməkarı"
// "Bütöv Azərbaycan" qəzeti, 15-16 sentyabr və
s.) elmi publisistik məqalələrlə
çıxış etmişdir.
Tədqiqatçı, "Camal Kamalın
poeziyasında lirik lövhələr" adlı məruzəsində
isə böyük özbək şairi Camal Kamal
yaradıcılığına nəzər yetirərək,
poeziyasının spesifik xüsusiyyətlərindən bəhs
etmişdir.
Professor Nizami Tağısoyun da "Müasir dövr Azərbaycan-özbək
ədəbi əlaqələri" ("Ədalət" qəz., 24 iyun, s.12-13) mövzusunda
yazdığı məqalə ədəbi əlaqələrimizin
inkişafı, problemləri və bugünkü durumu
baxımından maraq doğurur. Fil.ü.f.d.,
dos. Təranə Həşimova da,
"20.yüzyılın başlarında Rusya
İşğalı döneminde Türkiye edebiyatının
etkisinde Azerbaycan ve Özbek edebiyatında akımlar" (VII
Uluslararası Karadeniz sempozyumu, s.231-236), "XX əsrin
60-cı illərində Azərbaycan və Özbək
şeirində ortaq inkişaf xüsusiyyətləri"
(Şərq filologiyası məsələləri, s. 386-401),
"Çağdaş Azerbaycan ve özbek şiirinde ortak
gelişme enlemleri: Dil konusu (60`lı yıllar)"
("Karadeniz" dergisi, S:34, s.11-22)
və s. 10-a yaxın məqalələri dərc
etmişdir. T.Həşimovanın "Müstəqillik
dövründə Azərbaycan və Özbək şeirində
səsləşmə və paralellər" adlı məqaləsində
Müstəqillik dövründə Azərbaycan və Özbək
poetik əlaqələrindən, poeziyada mövzu və ideya
paralellərindən bəhs olunur. Azərbaycan
və Özbək şeirində eyni ictimai-siyasi vəziyyətin
şərtləndirdiyi milli, ictimai-siyasi mövzulu şeirlər
tədqiqata cəlb olunur. Müasir özbək şairləri
Həlimə Xudaverdiyeva, Azim Süyün, Siracəddin Səyyid
sənəti ilə Hüseyn Cavid, Xəlil
Rza Ulutürk şeiriyyətində səsləşmələr
poetik nümunələrin
müqayisəsində təqdim
olunur. Tədqiqatçının
"Özbək şairi Tahir Qəhhar
yaradıcılığının bədii xüsusiyyətləri;
bədii tərcümədə millilik" məqaləsində
isə müasir Özbək şairi Tahir Qəhharın
yaradıcılığının bədii xüsusiyyətləri,
Azərbaycan şerindən tərcümələri tədqiq
olunur.
Azərbaycan-türkmən ədəbi əlaqələri
istiqamətində də mühüm
işlər görülmüşdür. "Görkəmli Türkmən
şairi Məhtimqulu Fəraqinin yaradıcılığı
Azərbaycan ədəbiyyatşünaslığında"
(Bakı:Elm və Təhsil, 2017, s. 312)
mövzusunda məqalələr toplusundan ibarət kitab nəşr
olunmuşdur (toplayan və nəşrə hazırlayanı
İsmixan Osmanlı). Töhfə
Talıbovanın Azərbaycan-Türkmən ədəbi əlaqələrinə
həsr edilmiş "Müstəqillik dövrü Azərbaycan-Türkmənistan
ədəbi əlaqələri" adlı dissertasiyası
uğurla müzakirə olunmuşdur. Bundan başqa, prof.M.Əliyev,
X.Hümmətova, İ.Osmanlı, T.Talıbovanın və s.
məqalələri (Görkəmli türkmən şairi Məhtimqulu
Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında.
Elmi tədqiqi məqalələr. Bakı: Elm və təhsil, 2017) dərc
olunmuşdur. Bu sahədə diqqəti cəlb edən məqalələrdən
biri də professor Məmməd Əliyevin "Məhtumqulu
şeirinin qafiyə zənginliyi" ("AMEA-nın xəbərləri",
¹1, s.96-107), "Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi
poeziyasının özəllikləri" ("Ədəbiyyat"
qəzeti,18 noyabr) və s. kimi məqalələridir.
Ədəbi əlaqələrimizin inkişafına
töhfə olan tədqiqatlardan biri də
fil.ü.f.d.N.Əskərin "Batı Versiyonu
İçerisinde Antep
ve Maraş Ağzı Köroğlu Destanı" (Uluslararası
Gaziantep Tarihi Sempozyumu
(Milli Mücadele Döneminde Gaziantep). Özetler Kitabı. -
Gaziantep, 2017, s.184-186.) mövzusunda məqaləsidir.
Tədqiqatda "Koroğlu" dastanının
şərq və qərb versiyaları haqqında məlumat
verilmiş, qərb versiyasına aid olan Anadolu variantlarından
bəhs olunmuşdur. N.Əskər "Doğudan
Batıya bir Avrasya destanı: Köroğlu" (Xoca Əhməd
Yəsəvi Beynəlxalq Türk-Qazax Üniversiteti
"Uluslararası Sosyal Bilimler Kongresi: Türkistan Forumu III.
Küreselleşme Sürecinde Türk Dünyasının
Geleceği, Fırsatlar ve Tehditler". 26-28 aprel 2017-ci il, Qazaxıstan) adlı məqaləsində isə
türk dünyasının bütün yerlərində
aşıq repertuarında olan "Koroğlu"
dastanının yaranma, yayılma arealından, ortaq və fərqli
motivlərindən bəhs etmişdir.
2017-ci ildə Azərbaycan
- türk xalqları arasında ədəbi
əlaqələrə aid bir sıra dissertasiya işləri
yazılmışdır.
Bunlardan Mehman Həsənovun
"Çingiz Aytmatov
və Azərbaycan ədəbiyyatı" (25 aprel
2017-ci il), İnci
Qasımlının "Əlaəddin Çələbinin
"Kitabi-taci-ədəb" əsərinin tekstoloji tədqiqi
və müqayisəli mətni" (15.09.2017), Ofeliya
Babayevanın "Müasir Türkiyə türk
poeziyasında ənənə və novatorluq (Sezai Karakoç
yaradıcılığı əsasında)" (4.10.2017),
Gülüstan Həsənovanın "XX əsrin 40-cı
illəri türk poeziyasında yeni mərhələ kimi"
(29 noyabr 2017) və s. dissertasiyaların adlarını qeyd edə
bilərik.
Ədəbi əlaqələrin inkişafında
keçirilən beynəlxalq elmi
konfransların, bağlanılan müqavilələrin
mühüm əhəmiyyəti vardır. Belə ki, aprel ayında
İLESAM-la (Türkiyə Elm və Ədəbi Əsər
Sahibləri Birliyi) - Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu arasında əməkdaşlıq
müqaviləsi, may ayında isə Türkiyənin
Mövlana Mübadilə Proqramının Protokolu
imzalanmışdır. Bunlardan başqa, AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, Əlişir
Nəvai adına Daşkənd Dövlət Özbək Dili və
Ədəbiyyatı Universiteti və Azərbaycanın Özbəkistandakı
Heydər Əliyev adına Mədəniyyət Mərkəzi
arasında qarşılıqlı anlaşma haqqında
üçtərəfli memorandum imzalanmışdır.
30 may
2017-ci ildə isə
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun və Azərbaycan Respublikasının Özbəkistandakı
Səfirliyi yanında Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı
ilə Özbəkistanın xalq şairi Camal Kamalın anadan
olmasının 80 illiyi münasibətilə "Camal Kamal və
Azərbaycan ədəbiyyatı" mövzusunda Beynəlxalq
Elmi Konfrans keçirilmişdir. Elmi Konfransı
giriş sözü ilə akademik İsa Həbibbəyli
açmış, millət vəkili Qənirə Paşayeva
Camal Kamal haqqında çıxış etmişdir.
Konfransda "Azərbaycan - Türkmənistan - Özbəkistan
ədəbi əlaqələri" şöbəsinin
müdiri, f.e.d. Almaz Ülvi "Ədəbiyyatın
60-cılar nəslinin görkəmli özbək nümayəndəsi
Camal Kamal", Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin
həmsədri, Əlişir Nəvai adına Daşkənd
Özbək Dili və Ədəbiyyatı Universitetinin baş
müəllimi, fil.ü.f.d., dosent Gülbahor Aşurova
"Camal Kamalın həyat və
yaradıcılığı haqqında", Əlişir Nəvai
adına Daşkənd Özbək Dili və Ədəbiyyatı
Universitetinin baş müəllimi, pedaqoji elmlər doktoru,
prof. Roza Niyozmetova "Ədəbiyyat tədrisinin aktual məsələləri
haqqında", f.e.d. Yaşar Qasımbəyli "Camal
Kamalın poeziyasında lirik lövhələr", Nizami
adına Ədəbiyyat İnstitutunun dissertantı Sənubər
Səmədova "Camal Kamal yaradıcılığında
Azərbaycan izləri", Özbəkistanın xalq şairi,
tədqiqatçı alim Camal Kamal "Nizami Gəncəvinin
"Xəmsə"si haqqında" adlı məruzələrlə
çıxış etmişlər.
Bundan
başqa, İnstitutda, "Əzəli dostluq riştələri:Azərbaycan-Özbəkistan mədəni-ədəbi
əlaqələri" adlı nəzəri konfrans da
keçirilmişdir (8 dekabr, 2017). Giriş
sözü ilə konfransı akademik İsa Həbibbəyli və
Özbəkistan Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Şerzod
Fayziyev açmışdır. Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Samir Abbasov "Azərbaycan-Özbəkistan
mədəni-ədəbi əlaqələri: həyata
keçirilən layihələr, perspektivlər", filologiya
elmləri doktoru Almaz Ülvi Binnətova "Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
layihəsi ilə son 2 ildə Daşkənddə özbək
dilində çap olunan kitablar haqqında" adlı məruzələr
etmişlər.
Digər qurumlarda da beynəlxalq
elmi konfranslar, dəyirmi masalar keçirilmişdir. Azərbaycan Dövlət
Pedoqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və
Kastamonu Universiteti ilə birlikdə "Azərbaycan-Türkiyə
münasibətlərinə həsr olunmuş I Beynəlxalq
elmi konfrans keçirmişdir (12-14 oktyabr).
Ədəbi əlaqələrin inkişafında
tərcümələrin də rolu
misilsizdir. 2017-ci ildə müxtəlif türk xalqlarından tərcümələr
edilmiş, antologiyalar hazırlanmışdır. Fatma
Barbarosoğlunun "Külək ovu" (Minə Candan),
"Son 15 dəqiqə" (Arzu Həsənli), Ç.Aytmatov
"Dəniz kənarı ilə qaçan alabaş"
(Xeyrulla Əliyev), Ahmet Efe "Anadolu nağılları"
(Nərmin Dadaşova) və s. əsərləri tərcümə
edilərək Azərbaycan oxucusuna təqdim edilmişdir. "Türk ədəbiyyatı"
(nəsr) antologiyası da Q.Alxanova, K.Ələkbərova və
S.Nağıyev tərəfindən tərcümə edilərək
nəşr edilmişdir. XIX-XXI əsr
Türk ədəbiyyatının mənzərəsini ilk dəfə
küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda
50-dən yuxarı tanınmış Türkiyə ədibinin
əsərləri yer almışdır. Yeri gəlmişkən,
tərcümə sahəsində "Qanun" nəşriyyatı
və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin xidmətini xüsusi qeyd etməyi məqsədəuyğun
hesab edirik. Mərkəzin direktoru Afaq Məsud
ədəbi əlaqələrin inkişafındakı
uğurlu fəaliyyətinə görə TÜRKSOY-un
medalına da layiq görülmüşdür (05.06.2017).
Ədəbi əlaqələrin inkişafında
Dünya Gənc Türk Yazarlar Birliyinin də
xidmətləri böyükdür. Birliyin "Türk Dünyası gənc
yazarlarının (əsərlərindən ibarət
antologiyanın nəşri və s.) Bakı
Toplantısının keçirilməsi" adlı layihə
çərçivəsində bir sıra türksoylu ölkə
və topluluqlarla silsilə tədbirləri həyata
keçirilmişdir. Bunlardan biri də
"Şeir çələngi" antalogiyasının
çap olunmasıdır. Gənc yazarlardan Şəfa Vəli,
Nofəl Ümid, Gülnar Səma, Rübabə Sahib və Sərvər
Kamranlının tərtibçisi olduğu, "Ön
söz"ünü millət vəkili Cavanşir Feyziyevin
yazdığı "Şeir çələngi"ndə
iştirakçıların III Bakı Toplantısında
öz ölkələrindəki ədəbi mühit, ədəbi
gələnəklər və perspektivlərlə
bağlı layihə çərçivəsində
keçirilmiş toplantı və konfranslarda etdiyi məruzələrin
mətni, eləcə də gənc şairlərin şeirləri
yer almışdır. Antologiya Əkbər
Qoşalının redaktorluğu ilə nəşr
olunmuşdur. Ötən il birliyin "Yeni Qazax şeiri
antologiyası" (Ə.Qoşalının baş
redaktorluğu ilə) da nəşr olunmuşdur. Antologiyaya daxil olan şeirlər Qazaxıstanlı
yazıçılar Dr. Gülnaz Faizulla, Gülnaz Satbay, Azərbaycanlı
yazıçılar Rəsmiyyə Sabir, Təranə Turan (Rəhimli),
Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər
Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı,
İntiqam Yaşar və Ruslan Dost Əli tərəfindən
tərcümə edilmişdir.
Bunlardan
başqa onu da xüsusi ilə vurğulayaq ki, "Ədəbiyyat
qəzeti", "525-ci qəzet", "Azərbaycan"
jurnalı və s. mətbuat orqanları, eyni zamanda internet
portallarında da mütəmadi olaraq ədəbi əlaqələrimizə
həsr olunmuş məqalələr nəşr olunmuşdur.
Türkiyədə dərc edilən "Mövsümlər",
"Təlmih" və s. aylıq sənət-ədəbiyyat
jurnallarının da adlarını qeyd etməyi məqsədəuyğun
hesab edirik.
Qeyd edək ki, keçən
il ilə müqayisədə ədəbi-mədəni
əlaqələrin inkişafında bir az da sürətlənmə
müşahidə edilir. Xüsusən, türk,
özbək, türkmən, qırğız, qazax ədəbi
əlaqələrinin inkişafı olduqca yüksəkdir.
Amma təəssüflər olsun ki, digər
türk xalqları arasında (noğay, kumuk və s) ədəbi-mədəni
əlaqələr ötən illərdə olduğu kimi
2017-ci ildə də olduqca zəifdir.
Eşqanə Babayeva
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.20-21.