Azərbaycan və Qərb ədəbi əlaqələrinin izi ilə
Ədəbi proses-2017
Ədəbi
əlaqələr müxtəlif millətlər arasında
çoxcəhətli mədəni əlaqələrin meydana
gəlməsinə, milli və bəşəri dəyərlərin
qovuşaraq daha geniş məzmun kəsb etməsinə şərait
yaradan mühüm sahələrdən biridir. Bu baxımdan, Azərbaycanın
müxtəlif xalqlarla ədəbi əlaqələri ədəbiyyatlarımızın
qarşılıqlı şəkildə inkişafına
geniş zəmin yaratmışıdr. O cümlədən, Azərbaycanın
Avropa mədəniyyətinə inteqrasiyası milli-mənəvi
dəyərlərimizin daha da zənginləşməsinə,
bədii ədəbiyyatın geniş yaradıcılıq
imkanları qazanmasına yardım etmişdir. Bu səbəbdən
də ədəbiyyatların qarşılıqlı əlaqələr
zəminində inkişafının tədqiqi ədəbiyyatşünaslığın
qarşısındakı aktual
məsələlərindən biridir.
"Hər
bir xalqın ədəbiyyatı milli zəmində artıb
inkişaf edir, müəyyən ölkənin, müəyyən
xalqın daxili qanunauyğunluğu və tarixi həyatı ilə
şərtlənir, öz orijinal bədii ənənələrini
davam etdirir. Hər bir milli ədəbiyyat təcrid olunmuş
şəkildə deyil, digər ədəbiyyatlarla
yaradıcı əlaqədə və qarşılıqlı
hərəkətdə inkişaf edir, onlarla zənginləşir.
Həmin milli ədəbiyyatların başqa ədəbiyyatlarla
həqiqi qarşılıqlı əlaqələrini
araşdırmadan onun dəyərli keyfiyyətlərini, milli
xüsusiyyətlərini tam və dərindən dərk etmək
mümkün deyil" (Lomidze Q.M. Puti razvitiə sovetskoy
mnoqonaüionalğnoy literaturı. Moskva, 1967, 114).
Məruzəmizdə
ədəbi əlaqələr bir neçə istiqamətdən
nəzərdən keçirilmişdir:
1. Bədii
tərcümə (xarici dillərdən Azərbaycan dilinə
və Azərbaycan dilindən
xarici dillərə)
2.
Dissertasiya və elmi məqalələr
3. Beynəlxalq
konfranslar, simpoziumlar.
4. Elmi
müəssisələr, Birliklər arasında əlaqələr,
müqavilələr, birgə layihələr
5.
Yazıçı və şairlərlə, ədəbiyyatçılarla,
səfirlərlə gorüşlər
Müxtəlif xalqların ədəbiyyatlarının
qarşılıqlı təsirinin öyrənilməsində,
ədəbi əlaqələrin beynəlxalq ünsiyyət
formasına çevrilməsində bədii tərcümənin
mühüm rolu var. Tərcümə ədəbi əlaqələr
sisteminin tarixi keyfiyyətlərini bilavasitə ehtiva edir. Bədii tərcümə
müxtəlif millətlərin ədəbiyyatlarının
qarşılıqlı öyrənilməsində və ədəbi əlaqələrin
inkişafında xüsusi əhəmiyyətə malikdir.
Dilimizə çevrilən əsərlər içərisində
epik növün janrları çoxluq təşkil edir. Tərcümələrin
bir qismi müxtəlif qəzet, jurnal və toplularda oxuculara təqdim
olunmuşdur. Azərbaycan dilinə tərcümə edilən
əsərləri belə təsnif etmək olar:
a) Bədii
tərcümələr (nəsr və poeziya nümunələri)
b) Nobel
mükafatçıları haqqında yazılar
c)
Dünya yazıçılarının ədəb-nəzəri
görüşlərini ifadə edən məqalələri
d) Dahilərin
məktubları
e)
Dünya ədəbiyyatı haqqında ədəbi mozaika
Bədii tərcümə nümunələrinə
bu sahədə xüsusi çəkiyə malik olanARNK
yanında Tərcümə Mərkəzinin nəşrlərində,
habelə Mərkəzin "Xəzər"
jurnalında, "Aydınyol" qəzetində, Azərbaycan
Yazıçılar Birliyinin nəşrləri olan "Azərbaycan",
"Ulduz", "Dünya ədəbiyyatı"
jurnallarında və "Ədəbiyyat qəzeti"nin səhifələrində
təsadüf olunur. Həmçinin,
edebiyyatqazeti.az, aydinyol.az, literaz.com, sim-sim.az, avanqard.net,
manera.az, kult.az, kulis.az, axar.az saytlarında da Qərb ədəbiyyatı
nümayəndələrinin bədii əsərlərindən
tərcümələrə və bədii tərcümə
məsələlərinə dair yazılarına yer
ayrılmışdır.
ARNK
yanında Tərcümə Mərkəzinin nəşr etdiyi
kitab və topluları, xüsusilə də mərkəzin
"Azərbaycan ədəbiyyatı antologiyası"nı,
Azərbaycan ədəbiyyatı nümunələrini müxtəlif
dillərə tərcümə etməsi və dünyaya təqdim
etməsi, dünya ədəbiyyatının nümunələrini
ölkəmizdə işıqlandırması,
Yazıçılar Birliyinin Dünya Ədəbiyyatı
seriyasından olan nəşrləri və topluları,
"Parlaq imzalar" və "Qanun" nəşriyyatının
nəşrləri də xüsusi vurğulanmalıdır.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti
də diqqətələyiqdir. 2017-ci ildə Mərkəzin "Dünya ədəbiyyatı"
jurnalının birinci sayı İngiltərə, ikinci
sayı isə Moldova ədəbiyyatına həsr
edilmişdir. Hər iki nömrədə
bu ölkələri təmsil edən ədiblərin olduqca
maraqlı əsərləri yer almışdır.
İngiltərə ədəbiyyatına həsr
edilmiş dərgidə poeziya, proza və dramaturgiya nümunələrinin
tərcümələri ilə yanaşı, ingilis ədibi,
Nobel mükafatçısı Tomas Sternz Eliotun ədəbi
yaradıcılıq barədə yazıları və Nobel
nitqi də yer almışdır. Bundan əlavə, bu
ildə Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzində İngiltərənin görkəmli
yazıçısı Culian Barnsın "Aqibət
duyğusu" romanı (tərc. S.Hüseynli)
nəşr edilmişdir.
Moldova ədəbiyyatına
həsr edilmiş dərgidə yer alan
"Azərbaycan-Moldova ədəbi əlaqələrində
yeni səhifə" başlıqlı material ölkələrimiz
arasındakı bugunki ədəbi əməkdaşlıq əlaqələrinə
həsr edilmişdir. Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzində
Moldovanın görkəmli şairi Arkadie Suçevyanunun
"Qağayı ilə göndərilən məktub"
bilinqva (ikidilli) şeirlər toplusu (tərc. S. Babullaoğlu və Qismət) və
tanınmış yazıçı İqor Volnitskinin "Mənə
ölməyi öyrət" (tərc.A. Yaşar)
romanı nəşr edilmişdir. Həmçinin,
Moldovada Azərbaycan nəsri antologiyası çapa
hazırlanır. Kitaba akademik İsa Həbibbəyli
"Ön söz" yazmışdır.
Eyni zamanda qeyd olunmalıdır ki, Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzində
"Nabokovun mühazirələri" və "Ədəbiyyatsız
dünya" (tərc. Qismət) nəşr edilmişdir. 2017-ci ildə "ATV kitab" layihəsi çərçivəsində
kitabların çap olunmasında Bədii Tərcümə vəƏdəbi
Əlaqələr Mərkəzi yaxından iştirak
etmişdir.
2. Dissertasiyalar və elmi məqalələr
2017-ci ildə Azərbaycan-Qərb ədəbi əlaqələri
həm də dissertasiya və elmi məqalələr səviyyəsində
də tədqiq olunmuşdur. Sədaqət Səlimova "Fransiz
dilçiliyi tarixində türkologiya məsələlərinin
tədqiqi", Gülnarə Əliyeva "F.M.Dostoyevski və
H.Cavid yaradıcılığında humanizm problemi", Ləman
Pənahova "XX əsr Böyük Britaniya postkolonial ədəbiyyatında
multikulturalizm", Aqşin Əliyev "Valter Skott və XX əsrin
I yarısı Azərbaycan tarixi romanı", Röya
Mürşüdova "Çağdaş Azərbaycan və
alman ədəbiyyatında roman janri (1980-2005-ci illər)",
Aliyə Əhmədova "Toni Morrisonun poetikasi", Gilə
Hüseynli
"Çağdaş Amerika bədii ədəbiyyatında
postmodernizmin inikas xüsusiyyətləri (Don Delillo və Pol
Oster yaradıcılığı əsasında)",
Günel Cənnətova "Ingilisdilli yəhudi ədəbiyyati
II Dünya müharibəsindən sonraki Amerika ədəbiyyati
kontekstində", Natiq Adilov "İngilis-amerikan ədəbiyyatinda
Hun mövzusu" filologiya üzrə fəlsəfə
doktorluğu; Sevinc Rzayeva "Reseptiv estetika və XX əsr
almandilli ədəbiyyat", Həmidə Əliyeva "Qərbi
Avropa ədəbiyyatında yaxın Şərq mövzusu
(Epik poeziya materialları əsasında)" Leyla İmaməliyeva
"Rus və Azərbaycan ədəbiyyatlarında hekayə
janrının tipologiyası (XIX əsrin sonu - XX əsrin əvvəlləri)"
filolgiya üzrə elmlər doktorluğu üzrə
dissertasiya yazmışlar.
Azərbaycan-Qərb
ədəbi əlaqələrinin inkişafında AMEA Nizami adına Ədəbiyyat İnstitutunun da xidmətləri
çox olmuşdur. Ədəbiyyat
İnstitutunun "Ədəbi əlaqələr", "Ədəbiyyat
məcmuəsi", "Poetika.izm" toplularında Qərb ədəbiyyatına,
ədəbiyyatşünaslıq məsələlərinə
həsr olunmuş elmi məqalələr dərc olunmuşdur.
3. Beynəlxalq konfranslar, simpoziumlar.
Beynəlxalq
filoloji konfrans və simpoziumların da ədəbi əlaqələrin
inkişafında xüsusi rolu var. Bu baxımdan Ədəbiyyat
İnstitutunun əməkdaşlarının 2017-cı ildə
istər Azərbaycanda, istərsə də xarici ölkələrdə
(Türkiyə, Qazaxıstan, Türkmənistan, Tatarıstan,
Özbəkistan, Macarıstan, Bosniya, Hersoqovina, Belçika,
Çin, İran, İordaniya, Pakistan, Gürcüstan)
keçirilən beynəlxalq ədəbiyyatşünaslıq
konfranslarında və simpoziumlarında, beynəlxalq sərgilərdə
iştirakı vurğulanmalıdır. 2017-ci ildə AMEA
Nizami adına Ədəbiyyat İnstitutunda keçirilən
bir sıra beynəlxalq elmi konfranslar -"Məhdimqulu Fəraqi - dostluq və qardaşlıq nəğməkarı",
Özbəkistanın xalq şairi Camal Kamalın anadan
olmasının 80 illiyi münasibətilə "Camal Kamal və
Azərbaycan Ədəbiyyatı", Azərbaycan
şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr
olunan "Ey Nəsimi, cahanı tutdu sözün...", "Əzəli
dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi
əlaqələri" - xüsusi əhəmiyyət kəsb edir.
4. Elmi müəssisələr, birliklər
arasında əlaqələr, müqavilələr, birgə
layihələr
Hazırda
elmi müəssisələr arasında bağlanmış bir
sıra müqavilələr, memorandumlar, protokollar da ədəbi əlaqələrin
inkişafına təkan verir. Belə ki, "Əzəli dostluq
riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi
əlaqələri" adlı konfrans zamanı AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu Əlişir Nəvai
adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı
Universiteti və Azərbaycanın Özbəkistandakı Heydər
Əliyev adına Mədəniyyət Mərkəzi
arasında qarşılıqlı anlaşma haqqında
üçtərəfli memorandum (8 dekabr 2017)
imzalanmışdır. Digər müqavilə isə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu və İLESAM (Türkiyə
Elm və Ədəbi Əsər Sahibləri Birliyi)
arasında əməkdaşlıq müqaviləsidir (27 aprel 2017). Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzi ilə Moldova Yazıçılar Birliyi
arasında da əməkdaşlıq memorandumu
imzalanmışdır. Qeyd olunan sənədlərdə
ədəbi əlaqələrin inkişafına xidmət edən,
bədii ədəbiyyatın tərcüməsi və təbliği
istiqamətində layihələrin
reallaşdırılmasına dair müddəalar da öz əksini
tapmışdır.
5. Yazıçı və şairlərlə,
ədəbiyyatçılarla, səfirlərlə
gorüşlər
Müxtəlif
xarici ölkələrin Azərbaycandakı səfirləri və
səfirlik nümayəndələri, şair və
yazıçılarla görüşlər ədəbi əlaqələrin
inkişafında mühüm rol oynayır. 2017-ci
ildə Ədəbiyyat İnstitutunda Kolumbiya
yazıçısı, professor, Q.Q.Markes
yaradıcılığının tədqiqatçısı
Conrado Zuluaga, iranlı yazıçı Mustafa Məstur və
İran İslam Respublikasının Səfirliyinin Mədəniyyət
Mərkəzinin sədri Əsgər Farsi ilə, ARNK
yanında Tərcümə Mərkəzində Kolumbiya
Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin
müvəqqəti işlər vəkili xanım Marta Galindo və
konsulu xanım Kelly Chaib De Mares, Argentina Respublikasının Azərbaycan
Respublikasındakı səfirliyinin mədəniyyət məsələləri
üzrə müşaviri Eduardo Cavallero, Çex
Respublikasının Azərbaycan Respublikasındakı səfirinin
müavini cənab Petr Vaqner, Fransa Respublikasının Azərbaycan
Respublikasındakı səfirliyinin Əməkdaşlıq və
mədəniyyət müşaviri cənab Yohan Şitterer,
Ukrayna Respublikasının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli
səfiri cənab Oleksandr Mişenko, Kuba
Respublikasının Azərbaycandakı
səfiri cənab Alfredo Nieves Portuondo, Rumıniya
Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli
səfiri cənab Dan İanku və xanımı Mihaela
İanku, Macarıstanın Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri cənab
Viktor Sederkenye, İspaniya Krallığının Azərbaycan
Respublikasındakı müvəqqəti işlər vəkili
cənab İqnasio Sançes Taboada, Almaniyanın Vürtsburq
Universitetinin professor Ziqlinde Hartman ilə görüşlər
keçirilmiş, ölkələrimiz arasında ədəbi
və mədəni əlaqələrdən,
qarşılıqlı dostluq münasibətlərindən bəhs
edilmiş, ədəbiyyatşünaslıq və bədii tərcümə
məsələləri, qeyd olunan ölkələrin ədəbiyyatlarının
Azərbaycan dilinə tərcüməsi
və nəşri, habelə Azərbaycan ədəbiyyatı
nümunələrinin bu ölkələrdə nəşri,
Beynəlxalq kitab sərgilərində təqdimatı,
kitabların xarici ölkələrin aparıcı
kitabxanalarına yerləşdirilməsi kimi məsələlər
müzakirə edilmiş, belə görüşlərin gələcəkdə
ölkələrimiz arasında ədəbi əlaqələrin
daha da genişlənib mökəmlənməsinə təkan verəcəyi
vurğulanmışdır.
2017-ci ildə
Azərbaycan-Qərb ədəbi əlaqələri daha da
inkişaf etmiş, bədii tərcümə vasitəsilə
Qərb ədəbiyyat nümunələri Azərbaycan
oxucusuna, habelə, Azərbaycan ədəbiyyatı nümunələri
xarici ölkələrin oxucularına təqdim edilmiş, elmi
tədqiqat işləri yazılmışdır.
Xanım Zairova
Ədəbiyyat qəzeti.- 2018.- 2
iyun.- S.27.