İkincilərə
Bax, Ameli, yenə dovşan çıxacaq
Bu uzunbığ sehrbazın
əlindən.
Bax, verməsən o qırmızı
dəsmalı
Heç nə gəlməz yaramazın əlindən.
Yenə
sabah o filləri
döyəcək
Qamçı onun, yarıtmaz zor onundu.
Xortumların dik tutar səni görcək
Mən bilirəm,
fillər sənin dostundu.
Salınarsan tənin boyda çənbərə
Tən ortadan...
bu şəlalə qamətin.
Sağ tərəfdə ayaqların
tərpənər
Sol tərəfdə gülümsəyər
sifətin.
İzlərimi tapdayan ayaqlarım
Qopsun, getsin, gəzsin ayaqlarınla.
Qoy uzanım bu qabırğa çənbərə
Alma yeyim gülümsəyən
yarınla.
Hamı
səni ikincitək alqışlar
Bilməzlər ki, yeganə canbaz sənsən.
Heç
kim belə
gözəl yarı bölünməz
Bax, Ameli, əsl sehrbaz sənsən.
Mən əbruyam...
Mən əbruyam su üstündə...
sərin meh çəkib rəsmimi.
Bir yarpaq əsir üstümdə
əsir, hey əsir tərs kimi.
Alacaq bu yarpaq məni
götürəcək tərs
üzünə.
Yenə
bir meh əssə,
əsdi...
Mən əbruyam su üstündə
sərin meh çəkib rəsmimi
Orda üzən nilufərin...
Günəş də qüruba
enir
Yenə bir meh gəlir,
sərin.
Mən boyda bir yarpağı
var
orda üzən nilufərin.
1.84
Cəlil
Cavanşirə
Bu yumru kainatın gözəl, yumru adamı,
Zəlil olmuş bu günəş
çox yorurmu adamı?
Bilirəm, zəhlən gedir
gündüzlərin adından
Bir qara corab qalır ay parçası qadından.
Yəqin
ki, Ay çıxanda həyat rənginə gəlir
Gündüz qalxan ahların, mələk halında enir.
Azca da tez ensələr,
çəkər dara
insanlar
Batarlar mələklərə
bu minarə insanlar.
Ürək boyda qardaşım,
mənim qısa qardaşım
Çarmıx boya da baxmır, mənim İsa qardaşım,
Öldürmək istəsələr xəbər
ver qardaşına
1.84 boyum var!
Gəlim yanında durum, oxşayım
başdaşına.
Mövludun şeiri
Özümdən qoruyuram ruhumu bu aralar
Dua edən
əllərim canımın
müqəvvası.
Gözlərim qoşa yara. Bu yaralı
üzümdə
görünməz Nəsiminin
O "eşq-təcəllası".
Köynəyimin yaxası qabarıb
yelkən kimi
burnumu dik tutmuşam sisli dor ağacıtək.
Batıram gözlərimin maviliyində
"Qollarım göylərdə
kor ağacıtək".
Sənsə, ey torpaq,
bir bulud çək üstünə,
istin canında qalsın.
Sənə gələcəm.
Budur, ustadın tələbəsinə
öyrətmədiyi son fənd;
Onu göstərəcəm: öləcəm.
Tanımadığım gözəl qadınlara...
Adın
şərəflidir, adın
Həm anamsan, həm arvadım.
Mənim
quyumsan, ey qadın,
Danışaram, ah olarsan.
Doğulmağımdadır suçum,
Çatmayacaq Ona gücüm.
Səndən yarandığım üçün
Baxarsan, günah
olarsan.
Üzünü görsəm, gözəlim,
Gözündə doğar gözlərim.
Ölərəm, parlar gözlərin,
yeni bir sabah olarsan.
Çıxaram yoldan duraram
Susaram, səni
yoraram.
Elə bir xəyal quraram
Ucalıb ..... olarsan
Bütün baharlara
Yenə də sökülür qışın dan yeri.
Başlayır ötməyə qaratoyuqlar.
Hədə gəlir qışa
bahar yelləri
Barmaqtək yellənir pöhrə çubuqlar.
Təbiət yenə də yaşılı seçir,
Dəbə uyğun geyir Aşağı Ləgər.
Yenə
bir şairə şeir yazdırır
Gözü bənövşəyi bu bənövşələr.
Bir gözündə bahar, o birində qış,
Mən çoxdan
uymuşam bu tərəziyə.
Hörümçək toruna bir arı düşür
Vururam özümü
görməməzliyə.
Mən çoxdan
uymuşam bu tərəziyə.
Qulağıma birdən tanış səs dəyir,
Oyadır onillik xatirələri.
Sinif yoldaşımın balaca qızı
Anasıtək söyür "tərəkələri".
Günəş addım-addım geri
çəkilir,
Dünyanın şəklini çəkirmiş
kimi.
Ay aman... qüruba enəcək indi
Baharın gəlişi az imiş kimi.
Sərdar Amin
Ədəbiyyat qəzeti.- 2018.-
9 iyun.- S.26.