Nə var bu ömrün sonunda,
Gül kimi sevgi yanında,
Mən ulu eşqin önündə,
Yalnız diz çökə bilirəm.
Başım hər zaman dik olub,
Qəmli
günlər tək-tük
olub,
Bu ömür də, bir yük olub,
Öyrəşdim yükə, bilirəm.
Gözlərimnən getməyəsən,
Qayğını az etməyəsən,
Niyə
də naz etməyəsən,
Bir şey ki, çəkə
bilirəm...
***
Ətirli
bağçasan, bağsan,
Nolar, bir üzümə baxsan,
Nə zaman uzadacaqsan,
O əllər məni gözləyir.
Gözü dolu görəsiyəm,
Rahat ömür sürəsiyəm,
Dərib
sənə verəsiyəm,
O güllər məni gözləyir.
Bu işvədən yorul gedək,
Ürəyimə sorul gedək,
Gəl boynuma sarıl gedək,
O ellər məni gözləyir.
Atan yaxşı, anan yaxşı,
Sən fikirləş - yaxşı-
yaxşı,
Məcnunnan nə qalar yaxşı,
O çöllər məni
gözləyir...
Gül bilim dərim səni,
Könlümə sərim səni,
Arabir görüm səni,
Gözüm yadırğamasın.
Bir az qərib
eyləyim,
Sözü zərif eyləyim,
Səni
tərif eyləyim,
Sözüm yadırğamasın.
Sözünü üzülmə de,
Mənə bax, özümə
de,
Nəyin
var üzümə
de,
Üzüm yadırğamasın.
Əynimdə sarı köynək,
Ürəyim göynək-göynək,
Toy yoxdu, yoxdu neynək,
Dözüm yadırğamasın...
***
Bilmirəm necə oldusa,
Ürəyim yaman sıxıldı.
Qəfil
boşaldı dizlərim,
Mən birdən-birə
yıxıldım.
Bircə
anın içindəcə
Bədənim titrədi, əsdi.
Cismim torpağa güvəndi,
Ruhum göylərə
tələsdi.
Başım yaman dumanlandı,
Mən uzun bir səfər gördüm.
Yıxıldım, adam çox idi,
Qalxanda bir nəfər gördüm.
Nə bircə anlıq kövrəldim,
Nə gözlərimnən
yaş axdı.
Sən demə torpaq çəkirmiş
Üzümnən öpdü, buraxdı...
***
Elə bil nəfəsin gəlir,
Sevdalı həvəsin gəlir,
Qulağıma səsin gəlir,
Quzum, hardasan,
hardasan?
Mən səni nahaq itirdim,
Zalım
həsrətə ötürdüm,
Bir zaman dil-dil ötürdüm,
Sözüm, hardasan-hardasan?
Neçə ki, mən varam deyən,
Halına
qıymaram deyən,
Səni
tək qoymaram deyən,
Dözüm, hardasan-hardasan?
Könlümüzü ovutmağa,
Bəxtimizi ayıltmağa,
Təzdən sənə qayıtmağa,
Üzüm, hardasan-hardasan?..
Təzədən yaşamaq sorğusuna
Təzədən yaşasam, nə
dəyişəcək
Həminki gündüzüm, həminki
gecəm...
Yenə
də, ürəyim qandallanacaq
Yenə ayrılığa əsir
düşəcəm.
Könlünü qırdığım o dağlar qızı
Yenə də, hardansa səs elər mənə.
Bir ömür nədi ki, lap beş
ömür də
O ağrı-acılar bəs
elər mənə.
Yenə
bostanıma daş atacaqlar,
Çevrilib kimisə daşlayacağam.
Yenə
də, günahlar təzələnəcək
Yenə də, tövbəyə başlayacağam.
Həyatın ən acı üzünü görən
Haram tikələrdən vaz keçən ömrüm,
Bir tərəfdə nadan, bir yanda zalım
Aqillər içində az keçən ömrüm...
İndi
azdan-çoxdan odum, ocağım,
Bir az da savabım, - daha nələrim...
Üstümə örtmüşəm ötən illəri,
Başımın altında xatirələrim...
Yüz ilin, min ilin həsrətidi bu,
Vallah, mənə
heç nə təzə görünmür.
Səni
durnalardan xəbər
alırdım,
Daha durnalar da gözə görünmür.
Səndə ayrılığa dözüm
nə gəzir,
Solğun üzündəki o halı
gördüm.
Hərdən xəyalların eyvanına
çıx,
Bəlkə üzündəki o xalı
gördüm.
Bax, səni o isti göz yaşlarından
Məndən başqa heç
kim qoruyan
deyil.
Şeh kimi damlalar gül
yanağında
Dodağım dəyməsə quruyan deyil.
Nə badə, üstümə durub gələsən
Hirslə, tüfənglə, topla, gözəlim.
Ağlını başından alıblar
sənin,
Ağlını başına topla, gözəlim.
Nə qədər küssən də, incisən də sən
Ayrılıq canıma düşməyib
hələ.
Qollarım açılıb səni
qucmağa,
Qollarım yanıma düşməyib
hələ...
Xaliq RƏHİMLİ
Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.-
S.19.