Yenə böhran

 

Son şayiələrə baxılırsa, Nəsib bəy kabinəsi istefa etmək üzrədir. Böyləliklə yeni bir böhran ilə üz-üzə gəliriz demək. Bu istefanın bu istefayı mövcəb (burada, yaradan - A.B.) böhranın səbəblərini rusca "Azərbaycan" qəzetinin doğru göstərməsi buna səbəb olaraq məmləkətdəki siyasi firqələrin siyasi simasının büsbütün bəlli olmadığını göstərmişdi ki, rəfiqimiz bunda pək haqlı.

Heç şübhə yoxdur ki, bu böhranı doğuran bəzi siyasi firqələrimizin məmləkət mənafeyini unudub, firqə mənafeyi üçün çalışmalarıdır. Böylə əhəmiyyətli bir dəqiqələrdə hər bir siyasi firqənin fərdin şüarı yalnız:

" olursa, olsun, görməli!" Olmalı ikən bu şüarın rəngi dəyişmiş " olursa, olsun, başına keçməli!" olmuşdur. Bu, təəssüf ediləcək bir haldır. Buna bizimlə bərabər bütün Azərbaycan xalqı da təəssüf ediyor. Böylə firqəçilik məmləkətə zərərdən başqa bir şey verməz hər halda.

Üç firqənin iştirakilə hökuməti-müştərəkə təşkil etmiş olan Nəsib bəy əfəndi nəhayət anladı ki, ayağını çürük taxtaya basmış. İntixab etdiyi doğru yolda yürümək üçün kəndi müsəlamət fikriyyəsi zehni mətanətindən başqa ona bir yardımçı qalmadığını gördü böyləliklə bacarıqlı əlləri altında bulunan hökumətin ustadı yalnız parlamandakı təsadüfi əksəriyyət oluyor. Ona görə pək haqlı olaraq dövlət gəmisini təsadüfün dönük rüzgarına tapşırmaq məsuliyyətini ağır görüb işdən çəkiliyor. Əlbəttə məsələ bu şəklə girdikdən sonra əhval bu yolda ikən biz heç bir vəqt Nəsib bəyi "Bitməz işə buyurub, adını yarıtmaz: qoya bilmərik".

Nəsib bəyin yürütdüyü siyasət olduqca doğru bir siyasət idi. Ona ən birinci dəlil budur; onun rəis olduğu zamanlar parlamanın hökumətə etimad edəcəyi hər bir məsələdə hər zaman əksəriyyət qazanmışdır. çox vəqt bu əksəriyyəti təşkil edən çoxluq hökumətin istinadgahı olan siyasi firqələr deyil, büsbütün mürizi olan (opponenti olan qarşı çıxan - A.B.) firqələr olmuşdur. Müarizlərin bu siyasəti bəyənməsi bunun sağlam olduğuna dəlil deyil nədir?!

Heyəti-vükəla rəisi bu istefalar ilə bir daha isbat etdilər ki, onların məqsədi başçılıq deyil, başsız qalmaqdır. Bu da onların həqiqi vətənpərvərliyinə bir dəlil daha.

Bu işdən çəkilməkdə hökumət rəisini haqlı görməklə bərabər buna bütün varlığımızla təəssüf etməmək əlimizdən gəlməz.

Bu təəssüf iki cəhətdəndir; birisi budur ki, Azərbaycan xalqının nümayəndələri bir neçə ay bundan əvvəl qayət mum nazik bir zamanda hökuməti Yusifbəyli cənablarına tapşırdığı vəqt heç yanılmamış, əsl əslini bulmuşdu. Heç kəs inkar edə bilməz ki, Nəsib bəyin başına keçdiyi rəqt öz içimizdə imansızlar günü-gündən çoxalıb, tərəddüd şayiələr artmaqda idi.

Üfüqümüz qara buludlar nəhrinə çevrildiyi üçün göz-gözü görməyirdi. Hər kəsdə həyəcan iztirab

İştə böylə incə bir zamanda işdən çəkildiyini ürək ağrısı ilə eşitdiyimiz Nəsib bəy önümüzə keçdi. Sağlam yanılmaz əzmlə millətin əfkar-ümumiyyəsini vətən istiqlaliyyət qibləsinə çevirdi.

İkincisi:

Bu günlərdə tarixi-siyasiyyəmizin canlı dəqiqələrini yaşayırız. İndiki hökumət təşkil edildiyi vəqt bəyannaməsində həllini vəd etdigi ən mühümləri həman yenə Qarabağı, Lənkəranı həll edən hökumət əlini Azərbaycan xəritəsinin Naxçıvan, Şərur sair nöqtələri üzərinə qoyduğu bir zamanda işdən çəkiliyor böyləcə xeyirli başlanmış uğurlu bir işi bitməmiş qalıyor ki, hökuməti böylə yarı yolda qoyan siyasi firqələrə deyəlim artıq!..

Xülasə, istefa mühəqqəqdir. Parlaman görəcəgi böhranı uzatmamaq, millətin vəzifəsi möhtərəm Nəsib bəyin iyiliklərini unutmamaqdır. ümidvarıq ki, Azərbaycan istiqlalının müəssisələrindən olan möhtərəm Yusifbəyli cənabları işdən büsbütün boyun qaçırmaz. Bunu xalqın arzu etdiyi bir zamanda Nəsib bəyin kəndi qəlbi kəndilərinə böylə söyləyir.

Bizim yeganə təsəllimiz , budur.

 

Əhməd Cavad

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.9.