Əhməd Cavadın "Yenə böhran" məqaləsi
Axtarışlar,
tapıntılar
Əhməd
Cavad dövrünün sosial-mədəni, ictimai-siyasi hadisələrinə
daim fəal münasibətilə də diqqəti cəlb edir.
O, Cümhuriyyət dövründə həmin fəallığını daha da artırmışdır; 1919-cu ildə
"Dalğa" adlı ikinci
şeirlər kitabının nəşrindən başqa, dövri mətbuatda Ə.Cavadın xeyli
şeir,
məqalə
və müsahibəsi çap edilmişdir. Belə
məqalələrdən biri son zamanlaradək diqqətdən kənarda
qalan
"Yenə böhran" başlıqlı publisistik yazıdır. Məqalə 1919-cu ilin sentyabrında Azərbaycan Cümhuriyyəti hökumətində
yaşanan siyasi böhrana həsr edilmişdir. Nəsib bəy Yusifbəylinin Baş nazir olduğu kabinetlə
parlamentdə
təmsil edilən bəzi siyasi qrupların təmsil olunduğu fraksiyalar arasında baş
verən etimadsızlıq üzündən Baş
nazir Nəsib bəy Yusifbəylinin qəbul etdiyi istefa qərarı
geniş
ictimaiyyətdə böyük həyəcan doğurmuş, əksəriyyət ləyaqətli dövlət xadimi,
bacarıqlı
təşkilatçı
olan Nəsib bəy kimi zamanın sınağından həmişə üzüağ çıxmış bir
şəxsiyyətin hökumət başçısı - Baş nazir postunu tərk etməsi ilə barışa bilmədiyini bildirmiş, siyasi böhranın tezliklə
aradan qalxmasını arzulamışdır.
Ə.Cavadın həmin hadisə
ilə
bağlı və qeyd olunan milli təəssüb hissindən irəli gələn vətəndaşlıq narahatlığının ifadəsi kimi üzə çıxan
"Yenə böhran" ("Azərbaycan"
qəz., 17 eylul (sentyabr)
1919, N.275) başlıqlı məqaləsinin tam mətnini oxuculara çatdırmağı
faydalı hesab edirəm.
Alxan Bayramoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 9
iyun.- S.9.