Bismillah
Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, Bismillah!
Ey döyünən ürək, dumanlı şəhər,
Bilirmisən bu zır gurultu
nədir?
Aç sisli qoynunu ordumuz
gəlir.
Nişanlın qoynuna girər,
Bismillah!
Ey hərbin taleyi bizə yol ver,
yol!
Sən ey gözəl dəniz, gəl türkə ram ol!
Sən ey sağa, sola qılıc vuran qol
Qollanna qüvvet gələr, Bismillah!
Ey Bakı, sən qorxma, geldik, gələli
Sənin
üçün biz atıldıq
iləri,
Sağ olan annelərə olur təselli
Şəhidlərin ruhu gülər, Bismillah!
Ey düşmən, alnının
yazısı qara,
Öldürməz bizlərə vurduğun
yara,
Yolladığım qurşun ərmağan sənə
O kirli alnını öpər, Bismillah!
Sən mərd olub dursan qarşımda əgər,
Qudurğan saçmalı növbətin
keçər.
Sağlandığm torpaq qanmı içər,
Yurdum olmaz sənə sipər, Bismillah!
Yurdumuzda
bizə meydan oxuyan,
Murdar cəmdəkləri murdar qoxuyan,
Təkbir
səslərini uzaqdan
duyan
Düşmanımız aman istər, Bismillah!
Əhməd CAVAD
Ədəbiyyat qəzeti.- 2018.-
23 iyun.- S.2.