Adını qoymağı unutduğum
yazı
Düz
dörd yüz on il öncə
öldürdülər Cordano Brunonu.
Romada,
Güllər meydanında
yandırdılar onu.
Alimi dirəyə
yaş kəndir ilə
sarımışdılar.
Xirtdəyindən
keçirdi
kəndirin bir ucu.
Tonqal
alovlandıqca
örkən quruyurdu.
Bəziləri
deyirdi ki,
ölənin əzablarını
artırmaq üçündür bu.
Bir
çoxlarısa bunun
Kopernikin,
Nikola Kuzanskinin
sarsılmaz davamçısının
əzablarını azaltmaq üçün
edildiyini
düşünürdü.
Axı məlum
işdi ki,
cəza
verənlər cəzanı çox vaxt
hiddətlərindən, qəzəbdən deyil,
korporatik
həmrəylikdən verirlər.
İş
onda deyildi ki,
Cordanonun
özünə verdiyi suallar
müqəddəs atalarçın yaddı
və
yaxud onlar
cavabını bilmirdi o sualların.
Bəziləri,
həqiqətən, dayaz olsalar da,
bir
çoxu özlüyündə
bu qəliz
suallara cavab axtarır,
hətta
azdan-çoxdan baş da çıxarırdı.
Di gəl,
dini ehkamlar
insanlarda
hər cür tərəddüdlərin cavabını
gözlərini ulu göylərə dikib
"Bu
sirri-xudadır", ya da
"Allah bilən məsləhətdir"
deməkdə
görürdü.
Get sakit
hücrə toranlığında
nə
istəyirsən düşün özünçün...
Yoxsa ki,
Bruno...
Gəl
indi bunun günahından keç!
Dəlibaş
üləma inanırdı ki,
əsl
cavabı tapıb.
Qızıldan
qiymətli bu bilgiləri
Bəşərdən gizlətmək olardımı
heç?!
Sussunmu, yumsunmu birdəfəlik ağzını?
Hər
yoldan ötən özünün
(və
həm də Kopernikin!)
düzlüyünə inandırmasın?
Bunun qorxunc nəticələri üşəndirmirdi onu.
"Kilsə"
korporasiyasının maraqları
düşündürmürdü onu.
Kilsəninsə...
Bronu kəşflərindən
dayaqları laxlayır, başı-gö...
bağışlayın.
ayağı demək istəyirik düz gəlmir,
bankrot
olurdu indiki sözlə.
Düz
yeddi il çəkdi Cordano Brunonun işi.
Heç
də hamısı qanmaz, dayaz olmayan
inkvizitorlar əqidəsindən
döndərməkçün
onu
dilə
tuturdu Brunonu.
Alimin
günahkar etirafı
sərf
edirdi kilsəyə.
Hətta
onlardan ən ağıllıları
Brunodan da
da uzağı görür,
onunla bəhs
edir,
ağıl
qoymaq istəyirdi başına.
Yəni,
ay qoca,
oslun ki,
bəzi şeylərdə
sən
lap doğrusan, amma
milyonların inancını qırmağa nə hacət?!
Onların
ümidlərini, təsəllisini
əldən almaqla nə qazanırsan?!
Vaz
keçmək olarmı, söylə görüm heç
bəşərin ruhuna hökmranlıqdan?!
Kimə təhvil
verək bunu, a nadan,
de niyə,
nə üçün, nəyin xətrinə?!
Niyə
üz döndərsin bizdən yaradan...
Cordano
Bruno heç yola gəlmir,
baş
qoşmurdu, amma,
işin
tərsliyindən o hərtərəfli
yaxşı hazırlıqlı olsa da, ancaq
deyildi
dövründə
ən dərin
bilikli alim-üləma.
Sonralar,
Hegelin "Sonsuzluq divanəsi"
ad
verdiyi binəva cadu-pitiylə,
mistikayla
maraqlanırdı.
Ən
çox təhlükəlisi isə onun elə
kainatın hüdudsuzluğu ilə
bağlı görüşlərinin məhdudluğuydu... -
belə
bir qəribə dialektika mövcuddu.
Fanatiklərləsə
dil tapmaq
tarixin
bütün dövrlərində
çox
müşkül məsələ olub...
...Nə
elə təhlükəli
bir
şey bilirdi Bruno? -
Əlbəttə,
Kopernikin
Yerin
kainatın mərkəzi olmaması fikrini
dəstəkləmək, özlüyündə
artıq
böyük günahdı.
Ancaq Bruno
daha da uzağa gedirdi, -
yaranışı dərkin cəlbedici,
dibsiz
dərinliyinə,
intuitiv
və hətta poetik dərkə...
Olsun ki,
bu türkülü bir gecədə,
bəlkə lə, sazaqlı bir danüzü baş verdi -
qəfil
ona sanki vəh gəldi! - o,
kainatın sonsuzluğunu apaydın gördü!
Bu elə
sadə, elə asan, elə gözəldiki...
Öz
mükəmməlliyi ilə gözəl dünyalar, -
əzablarda doğulub, mütiliklə sönənlər
heç
harda başlamır,
heç
yanda tükənmirdilər.
Vaxt isə...
Aldadıcı zamansa!..
Deyirlər
vaxt bitib!
Yox əşşi! Zaman tükənib.
Vaxt gələr...
Zamanı yetər...
Hamısı
boş şeydir!
Doğuluruq,
ölürük...
vaxt
isə heç yana getmir.
Bizə nə
var e! Qum dənəsi kimi bir şeyik!
Bütün
o saysız-hesabsız
planetlər, günəşlər də elə!
Vaxt isə həmişə olub, həmişə də
olacaq.
Bizə qədər
də, bizdən sonra da
olub
olacaq, olub-olacaq...
-
Heç belə də şey olar?
- Bunu
Brunodan
mizə
dirsəklənib
üzünü ovuclarına dirəmiş
qonşu
qadın soruşurdu. - Axı
materiya
dediyin, bu vaxt dediyin
həmişə olubsa... onda...
Yox,
dinsizlikdir bu!
Axı hər
şeyi bir O yaradıb!
Sən onun varlığını inkar edirsən?!
- Əstəğfürullah!
- gülürdü Bruno, -
Sadəcə,
Yaradan
sən
təsəvvür etdiyindən
fərqlidir bir az.
Nə
ağsaqqal qocadır,
nə də
daşyonan, nə xarrat, nə dülgər,
nə də
genetik...
Heç nanotexnoloq da deyil.
Əlbəttə,
O var. Onsuz materiya
ölü olardı. Vaxt da olmazdı.
- Beləsinə
dəli dediyin azdır!
Heç görün sözdü sən Allah?
Yəni
ki, nə dünən,
nə də
ki, sabah olmazdı?
- Bunu mən
özüm də
təsəvvür edə bilmirəm.
Sadəcə,
Kainatı
Hüdüdsuz
təsəvvür etsək,
vaxtısa əbədi qəbul eləsək,
onda
Allahı da görmək mümkündür.
O... əsas
təkanverici,
buraxılış mexanizmitək
bir
şeydir yəni...
- Mexanizm???
- Sən
də hər sözə ilişmə görək...
əbədi
starter.
Özü
də bunnan yanaşı,
- necə deyim e sənə?.. heç
zaman
işə salmayıb, xoddamayıb bəşəri.
O, sadəcə,
hər zaman olub.
Var və
zaman da
dünya
mövcudluğunun
başlıca şərti olaraq qalacaq.
- Mən
girən kol deyil, hər nə isə bu. -
Mənciyəz,
Cordano, Müqəddəs Məryəm
olan
dünyanı sevirəm. İsa Məsihə
inanc gətirən
dünya qəbulumdur.
Bu, isti,
çox
işıq, ulu dünyadır...
Sən isə...
Sən imanı
batil, günahkarsan!
Bruno:
- Kimsə
də dinsə də,
barı
bir sən sus! - bağırdı.
Donunu
geyinə-geyinə donna:
-
Düzdü, mən də
müqəddəs deyiləm - dedi.
- Ancaq ki,
mənim
heç
olmasa bir tövbəm,
bağışlanan yerim var, - dedi. - Sənin
nəyin
var, a yazıq?!
Maşın
starterinə bənzər Allahın
sənə nə verəcək, desənə bilək?!
-
Heç nə anlamadın, a canım-gözüm.
Mən dinsiz deyiləm, bax, başın haqqı.
Ancaq mən
alim ola-ola, de görüm,
suyun
şəraba dönməyinə necə inanım?!
Axı,
Hermes, nədi o Tristmeqist
Əsas
maddələr haqda
dəyərli bilgilər qoyub -
torpaq,
od, hava, su...
- ...bir də
məhəbbət!
- Sən
deyən kinodur.
Ancaq
beşinci var -
Mən
bilirəm, - efirdi bu!
O Hermes
dediyim
bir tərkibin
başqasına
çevrilmə yolunu deyib,
ancaq bu
bilim, elm yoludu,
möcüzə deyil...
İsa Məsihsə
ağıllı adamdı,
Sehrkar, möcüzəbaz.
- Bəri
bax ey, yavaşıt görək!
- Ancaq, o
kəs ki, mənimtək,
yaranışın həqiqi sirrin anlayıb,
o şərabdı,
çörəkdi, nə bilim, nədi...
nağıllarına inanan deyil.
Xalq
üçün tiryək-fason
bir
şeydi bunlar...
Sözünü
yarımçıq kəsərək qadın,
- Bilmirəm,
- qayıtdı, - sənin o
Tristmeqistin
nə edib,
amma ki,
Məsih
hamının yerinə çarxa çəkilib.
Sən
indi bir tikə zəhrimar yeyib
özünü məktəbə təpəcəksən,
o tupoy tələbə
başdanxarablar
ikicə
kəlmə də anlamayacaq
sənin
o sarsaq fikirlərindən...
Rahib,
kirimiş, -
Nahaq
düşünürsən öz inancımdan
mən
belə asanca
dönə bilərəm! - dedi.
Bax, belə
Cordanodan
qorxurdu
arvad -
Gözləri
iki yanar od!
- Hər
kəsin ön inancı var, yəni, ey qadın.
Allah sizin
o büt kimi tapındığınız
Məsihdən dəfələrlə uca və
pakdır, bilin.
Sizin o
yazıq binəva
çarmıxda son anına kimi
Atadan onu xilas edəcəyini umurdu.
-
İnsan, hətta öz zəifliyi ilə də
Sənin
o hüdudsuzluğundan ucadır!
Bruno,
barış tonuyla,
- Mən
bir söz demirəm, - dedi.
Həyat
özü ən yaxşı hakimdir,
nolar, həyat
göstərər.
- Eh,
görüm həyatın
başına dəysin elə hakimliyi də...
...Bəlkə
də, o yazıq qoca rahibin,
Brunonun
heç elə bir
Qonşusu
da olmayıb, kim bilir.
Alimin barəsində,
xüsusən ömrünün qürub çağından
sən
deyən, elə bir
məlumat yoxdur,
olanı
da lap çox mifləşdiriblər...
...Bu
gün üz-gözümüz
İncilin,
Əhdi-cədidin
elmlə
çox rahat yollaşmağına
öyrəşib artıq.
Daha
heç kim demir
o
İsa Məsih,
bəs,
suyu şəraba necə çöndərib.
Demir ki, gəl
bunun
kimyəvi düsturunu yaz.
Elə bu
metaforanın özünün
(Müqəddəs
Məryəmin ilahi ruhdan
boylu
qalmasıyla birgə)
ali
ümumiləşdirici rolu var.
Bəlkə də, bu dahi öncəgörmədir.
Ana
hüceyrələr,
nanatexnologiya,
nə
bilim, cürbəcür mayalanmalar...
Bəs
onda o Güllər meydançasında
qoyulmuş o heykəl kimindir elə?
Yenilməz,
öz əqidəsindən
heç
zaman dönməyən
cəsur
alimə,
həm
də ki,
bu əlahəzrət
Həyatın
sonradan
göstərdiyi tək
öz həyatını
mənəvi biliklə
elmi
biliyin
barışı uğrunda
qurban eləmiş
böyük şəhidə,
yoxsa
tənha
hücrə qaranlığında
bəsirət gözü
kor
olmuş qoca zahidə?!.
Fevral, 2010
Çingiz Əlioğlu
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.5.