Mübariz

 

Milli Qəhrəman Mübariz İbrahimova

 

Bilirsinizmi

Kimdi qəhrəman?

Döyüşdə verməz

Düşmənə aman.

 

Özünü atar

Odun içinə.

Qırar düşməni

Tək öz gücünə.

 

Tariximizdə

O şanli bir iz.

Adı Mübariz!

Özü Mübariz!

 

 

Qumru

 

Ağappaq qar içində

Atılıb-düşdü Qumru.

Qartopular düzəltdi

Balaca yumru-yumru.

 

Sonra qardaşı ilə

Qardan adam düzəltdi.

Buz kimi əllərini

Anasından gizlətdi.

 

 

Ulduzlar

 

Ulduzlar naxış-naxış

Səpələnib səmaya.

günəşə bənzəyir

Onlar ki, aya.

 

Ulduzlar parıldayır

İşıldaböcək kimi.

Ulduzlar gülümsəyir

Şeh düşən çiçək kimi.

 

 

Mötərizə

 

Mötərizə yazmağı

Öyrənib bizim Ayna.

Mötərizə içində

Qaldı armud alma.

 

Anasının üzünü

Alıb kiçik ovcuna.

Mötərizəyə aldım,

Deyir, səni, ay ana!

 

 

Ay da gəlir dalımca

 

Mavi yorğan içində

Baş qoyubdur balınca.

Mən getdikcə görürəm

Ay da gəlir dalımca.

 

Düşünürdüm, Ay nədən

Arıq olur çöp kimi.

Bir gördüm kökəlib

Dönüb olub top kimi.

 

Mina RƏŞİD

 

Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.12.