Qardaşxan ƏZİZXANLI
Qardaşxanın bu günlərdə "Nurlan" nəşriyyatında çapdan çıxmış yeni şeirlər kitabı belə adlanır: "İlkim də sən, indim də sən, sonum sən". Kitabın təqdimatında deyilir: "Şairin 17 yaşında içdiyi bu poetik and ilk məhəbbətinə, vətəninə, sənətinə- könül bağladığı bütün nəsnələrə ünvanlanıb". Poetik toplunun bir orijinallığı da onun məzmunca fərqlənməyən ikinci adla təqdim edilməsindədir: "İlkimdəsən, indimdəsən, sonumsan". Müəllifin "Qaşla göz arasında", "Otuz yeddini keçəndə", "Ürəyin baxdığı yerdən" kitablarından seçmə şeirlərin də əksini tapdığı bu duyğu və düşüncə Divanına onun son üç beşillikdəki yeni poetik örnəkləri toplanıb. "Poliqlot" bölməsində Qardaşxanın ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirlərindən nümunələr yer alıb. Çevirmələr Xaqani Cavadoğlu, Yusif Savalan və mərhum Dmitri Dadaşidzeyə məxsusdur. Bu bölməyə müəllifin orijinaldan etdyi tərcümələr- alman şairləri Y.V.Höte və H.Haynenin şeirləri də salınıb. Yeni kitabdakı şeirlərdən nümunələr təqdim edirik.
Hər səhər beləcə
Dan yeri ağarır, qürub saralır,
Hər səhər beləcə, hər axşam belə.
Gündoğan qızarır, üfüq qaralır,
Hər səhər beləcə, hər axşam belə.
Bir əlində - sevinc, bir əlində - qəm,
Hər ömrü iki rəng toxuyur aləm.
Gözünün qarası, ağıdı bəyəm
hər səhər beləcə, hər axşam belə?
Mən ocaq dünyadan qalxan tüstüyəm,
Anadan olandan səfər üstəyəm.
Nə verdim dünyaya, nə də istəyəm
hər səhər beləcə, hər axşam belə.
İllərin xatirə qubarı- mənim,-
sinəmdə çəkilib-qabarır mənim.
Ağ, qara qoç olub aparır məni
hər səhər beləcə, hər axşam belə...
Bir tale ki,
pəncərədən daş kimi gəlsin
Bir tale ki, pəncərədən
daş kimi gəlsin,
Bir ömür ki, xumar gözdən
yaş kimi gəlsin,
Kim görüb hər "Bəri bax"dan
bir geri baxıb,
Allaha xoş gəlməyənin
xoş günü gəlsin?!
Bir Yazı ki, eşq
nağılı
"Min bir gecə"lik,
Bir şeir
ki, dua kimi
deyib, dincələk.
Uzun sözün qısasını
yazan bir şeir,
Yazan sözün qısasına
yazıb hər şeyi!
Qırx
incəbel qızla bağda
süzən bir şeir,
Sərv
boyu tül yelkəndə üzən
bir şeir,
İki daşın arasından sızan bir şeir,
Çay əli dağ ətəyindən uzun bir şeir.
Bu da sənə uzun sürən qaranlıq gecə,
Sanki qurdla qiyamətə qalan bir qoca,
Arxasınca ayağını sürüyən
küçə,
Günəşli gündüzdən, aylı
gecədən keçə!
Ay mərcanı çaya düşən göy
bəndə düşə,
Ay könüldən çay
adlı bir kəməndə düşə.
Ay sayrışan burulğan su sal daşda
çaşa,
Çay
məcranı dəyişə,
sel-su daşdan
daşa!..
Dağ çilleyi- kamanına mindirib çayı,
Əldən çıxan misra
çəkib sözbəsöz
yayı.
Dağdakı kef düzdə
çayın
burnundan gəlib,
Kim qaytarıb
gözəl Tanrı göndərən payı?!
Ayrılıqlar başladı
Gilana
Ayrılıqlar başladı,
Başlandı ayrılıqlar...
Bu yerdə kara
gəlməz
daha ayrı qılıqlar...
Ah, bir küncə qısnayan
qurdbasan aralıqlar!
"Öldün, qaldın?"
deyən yox,
qalmısan aralıqda.
Yeni era başlayır,-
ayrılıqlar erası,
Gedər
buruq boylular,
qalar boynu buruqlar.
Qalanları qalıqlar,
çoxalar bu qırıqlar
və başlar ayrılıqlar erası,-
Bizim
era...
Dağlar hələ oyanmayıb
Oyansaq da biz səhərdən
Səhərin şaxı sınmayıb.
Gözünü açsa da hərdən,
Dağlar hələ oyanmayıb.
Pal-paltarlı yatıb elə,-
Çən-dumanı soyunmayıb.
Yuxudadı dağlar hələ,
Dağlar hələ oyanmayıb.
Üstünə sis yığıb, yatır,
Üstünə səs yağır,
yatıb...
Bizi yuxudan oyadıb,
Dağlar özü oyanmayıb.
Duyğular
Dağın kefi- yağış
töküb,
Daşda qaval çalmasıdı.
Dağ başına yol dolanıb,-
Xürrəminin çalmasıdı.
Xoş gəlibdi duman dağa,
Qarışıbdı yaşıl ağa.
Xan Eyvazın sola, sağa-
şimşək - qılınc
çalmasıdı.
Bu dağları əyməz
yağı,
Zirvəsinə qürur yağıb.
"Səs qayası" qürub çağı
Səssiz fikrə dalmasıdı.
Kənd
içi güllü təpədi,
Yel əsib
gülü tərpədir.
Kəndə qonağın hörməti
Orda qonaq qalmasıdı.
***
Əvvəl dənə-dənə... gecədən keçmiş,
Sonra narın-narın... səhərə
yaxın,-
Həyadan alışıb-yanan bir qıza
utancaq oğlanın guya bilmədən
toxuna bildiyi bir ehtiyatla,-
Yağışlar başladı,
Payız başladı.
Leysan, gurşad yağış yağdı,
nə yağdı!
Qaçhaqaç, yır-yığış,
gurultu, şimşək...
Qapıya cavabsız toplar vuruldu.
Daha yağışların yarışı
başlar,
Bürüyər dünyanı şır-şır
yağışlar.
Yenə
soyuq düşür,
ayaz başlayır,-
Yağışlar başlayıb,
Payız
başlayıb...
Nəşə Qaraböcək
Bu, Nəşə Qaraböcəkdi!..
Bu nəğməli türk qızını
Nəğməsiz də sevəcəkdim!!
Gözəl ayrılıq
Elə gözəl anladıq
Biz biri-birimizi;
İlk görüşdən ayrıldıq
açmadan sirrimizi.
Nə gözəl ayrılıqdı,
Ayrıldıq yanılmamış;
Sən məni tanımamış,
Mən səni tanımamış...
Ədəbiyyat qəzeti. – 2018.- 23 iyun.-
S.13.