Nazim
HİKMƏT
İnsan mənzərələri
Pirayə
xanıma
Sən indiyə kimi heç
şeir yazdınmı? Yox, yalnız yazılanları vəcdlə
oxudun.
Əvvəli ötən
sayımızda
Saat
dörd qırx beş.
Sandıqlı
civarı.
Kəndlər,
kəndlər,
kəndlər...
Qara,
burmabığlı
süvari
çinarın
altında,
bədöy atının
yanında
dayanıb.
Çuxurova
ayqırı
quyruğu ilə
qaranlığı döyəcləyir,
diz
qapaqlarında qan,
qantarğasında
köpük...
İkinci
süvari alayından
ikinci
bölüyün
əsgərləri
və
atları havanı iyləyir.
Qılınclar
qınlarındadı.
Arxada
-
bir kənddə
xoruz banladı.
Və
qara,
burmabığlı süvari
əllərinin
içi ilə
üzünü
örtdü.
Qarşı
dağların ardında
gavurların
əlində qalan
bir
kənd,
o kənddə
də
bir
zamanlar bir xoruz var idi -
şanapipik,
süd kimi
bəmbəyaz
bir
Dənizli xoruzu -
hər
halda,
gavurlar
onu
çoxdan
kəsib,
şorba
eləmişlər...
Saat
beşə
on dəqiqə
qalıb.
Qırx dəqiqədən
sonra
dan yeri
ağaracaq -
"Qorxma,
sönməz
bu
şəfəqlərdə üzən
al bayraq!"
Tınaz
təpənin qarşısındakı
Kömürtəpənin cənubunda
on
beşinci
piyada
qoşunundan
iki
ixtiyar zabitdən biri -
Nurəddin Eşfak
Mauzerinin
əhliyyətini
oynada-oynada
dedi:
- Bizim
bu
istiqlal marşımızın
axsayan
bir tərəfi var,
bilmirəm,
necə
izah edim?
Mehmet Akif
dediyi
sözə inanan adamdı.
Amma
mən,
yenə
də,
onun inandıqlarının
hamısına inanmıram.
Şəhid
olmaq vəcddimi,
sanmıram.
Məsələn,
baxın:
"Gələcəkdir
sənə
vəd etdiyi
günlər
Haqqın."
Xeyr.
Gələcək
günlərə aid
göydən
ayət enmədi
bizə.
Bunu
bir
özümüz
vəd
etdik
özümüzə.
Bir
türkü
istəyirəm
zəfərdən
sonraya
dair...
Kim bilir,
bəlkə
sabah...
İkinci
zabit dedi:
- Mehmet
Akif
haqlıdı,
qardaşım,
şeytana
lənət
de,
küfr
danışma...
Saat beşə
beş dəqiqə var.
Dağlar
yavaş-yavaş
aydınlanır.
Orda-burda
ocaq
yanır.
Gün
ağarhaağardı
və
ətri
gəlir
yuxudan
oyanmaqda olan
Anadolu
torpağının...
Yüzbaşı
soruşdu:
- Saat necədi?
- Beş.
- Demək,
yarım saat
sonra...
98956
tüfəng
və
sürücü
Əhmədin maşınından
yeddi
yarımlıq
sinayperlərə,
on
beşlik toplara qədər
vətən uğrunda,
yəni,
torpaq və
hürriyyət
uğrunda
ölə bilmək qabiliyyətlərilə
Birinci
və
İkinci ordu
hücuma
hazırdır.
Alacaqaranlıqda,
bir
çinarın dibində,
bədöy atının
yanında
dayanan
qara,
burmabığlı
süvari
ayağında qısaboy çəkmə
sıçradı
atının belinə...
Nurəddin
Eşfak
baxdı
saatına:
Beş
otuz...
Və
topçu
atəşilə başladı
böyük
taarruz...
Sonra,
sonra
düşmənin
istehkamları
çökdü,
onlar
Qarahisarın cənubda
əlli,
şərqdə 20-30 kilometrlikdə
idilər.
Sonra,
sonra
düşmən
ordusunu
mühasirəyə
alıb
tərki-silah etdik
30 avqusta qədər.
Sonra,
30 avqustda
düşmən
qüvvələri
təslim oldu.
Və
31 avqust 1922-ci ildə
əsgərlərimiz
İzmirə doğru
irəliləyərkən,
bir
çovutma güllə ilə
vuruldu Dəli
Ərzurumlu,
yıxıldı
və
kürək
sümükləri arasında
duydu
torpağı,
baxdı
yuxarı,
baxdı
önə,
gözləri heyrətlə parladı,
baxdı
arkadaşlarının
üstündən keçən
atlarının
arxasınca...
Sustu qarson Mustafa.
Soruşdu
Baş aşçı
Mahmud Aşər:
- Bitdimi?
- Bitdi.
-
Doğrudan bitdi?
-
Doğrudan bitdi.
Daha nə
gözləyirdin ki,
yazsın?
- Bilmirəm.
Doğrusu,
bilmirəm,
yavrum.
Hə də,
daha nə
yazacaqdı ki?
Gavuru məğlub
etdik,
girdik
İzmirə.
Sonra,
sonra
Cümhuriyyəti qurduq.
Amma...
Maşinist
dedi:
- Dilinin
altında
bir
şey var,
Mahmud Aşər,
çəkinmə söylə.
- Kimdən
çəkinəcəyəm?
Yəni,
dastan
bitməsinə bitdi,
sonu
çox kədərli oldu, çox...
Niyə
öldü
Dəli Ərzurumlu,
qəfildən gələn
bir
çovutma
güllə
ilə -
belə
fərəh içində,
belə
igid-igid
şahlanarkən?
Bu hal
cidarlanmış
iki
sağlam
ayaq kimi
gəlir insana...
Maşinist
qəribə
tərzdə
gülümsündü,
səsini
çıxarmadı
qarson Mustafa.
Biləcik
vağzalına girdi qatar.
Və
lüks
vaqonda,
üst
qatda
xoruldayırdı Hikmət Alpərsoy.
Bu
şaqraq
qəhqəhəli adamdan
əsər-əlamət
qalmamışdı
yuxuda.
Yuxu qocaltmışdı onu.
Yuxu
bir qara
çarşaf kimi
örtərkən
gözlərinin
rəngini,
soluxdurmuşdu üzünü.
Və
indi
ipək
pijamasının içində
altmış yaşında
bir sərxoşdu
bu
xoruldayan.
Və
eyni
vaqonda
alt
qatda
Burhan
kürəyində pambıq jaketi -
heç
vaxt vaz keçmədi ondan -
oturmuşdu
yatağının
qırağında.
"Sivaslı
Əhməd paşanın
tarix"ini
oxuyurdu.
Beynində
bir layihə:
"Vaqon zavodunu
böyütmək!"
Qatar
Biləcikdə dayananda
baxdı pəncərədən
Burhan -
yerdə
dəmiryol
polisi ilə
nəsə
danışırdı maşinist.
Bu
anda
altmış
kilometr
Biləcikdən
güneydə
çoxdan keçmişdi İnönünü
və
Əskişəhərə yaxınlaşırdı
Heydərpaşa
vağzalından
saat
15:45-də çıxan qatar.
510
nömrəli qatarda
ümumi
vaqon.
Dəhliz.
Dəhlizə
çıxdı
dustaq
Süleyman,
Qartallı Kazımla qarşılaşdı.
İkisindən
başqa
bir kəs
yox idi
dəhlizdə.
Pıçıldadı
Qartallı Kazım:
- Mərhaba,
Süleyman.
- Mərhaba,
kəndlim.
- Vaqnun
qapısına
gəl, Süleyman,
rahatca
danışaq.
- Bura daha
yaxşıdı,
bir-birini
tanımayan,
pəncərədən
yan-yana baxan
iki
yolçu kimi...
Elə də elədilər.
Süleyman
soruşdu:
- Sən
belə
hara gedirsən,
kəndlim?
- Ankaraya.
Sonra Xəlilin
getdiyi yerə.
O -
yerin həbsxanasına,
mən
- otelinə.
- Eləmi
dedilər?
- Heç kim
bir
söz demədi,
yəni,
mən
belə zənn etdim...
Nə
olar,
nə
olmaz -
həbsxananın divarını
bir də
bayırdan ölçərik.
Necə fikirdi?
Ok
Ok
- Gözəldi.
- Bizim
şairdən
nə xəbər
var, Süleyman?
- Onu
bizdən
beş
ay əvvəl ayırdılar.
- Bilirəm.
D....yə apardılar.
Yəni,
məktubu
gəlirmi?
- Gəlir.
Kəndlim,
onu da
mı
yola
saldın?
- Əlbəttə,
getdiyi
yerə qədər.
Bərbad
bir yerdi
D...nin
həbsxanası.
Divarları
dəhşətli
dərəcədə yüksək.
Amma
bu
dünyada
açılmayan
divar varmı?
Süleyman
güldü:
-
Yaxşı,
sən
belə təkbaşına,
sirr
deyilsə, soruşum:
öncə hansını qaçıracaqsan?
- Cəlalı!.. Cəlalı!..
- Demək,
onu daha çox sevirsən.
- Sevgi məsələsi
deyil,
adam şairdi.
Qartallı
Kazım
cavab vermədən
öncə
düşündü:
-
Doğrudur,
o da ilk
qurtarılanlardan
olacaq,
amma
əvvəlcə
Cəlal.
Dedim də,
şeir
yazır.
Şeir
yazır,
boru
düzəltmir.
Sən
indiyə
kimi
heç
şeir yazdınmı?
Yox,
yalnız
yazılanları
vəcdlə
oxudun.
Mən
gördüm
bu işin
necə
başa gəldiyini,
bağbanlıqdan betər bir şey,
Turfan
dağında
göyərti
yetişdirməkdən
belə
zor...
Şeir
yazar
heç
diqqət etdinmi
Cəlala?
Hər dəfəsində
sanki on
beş yaşında qız kimi
qıvrıla-qıvrıla,
sümükləri
gizildəyə-gizildəyə
uşaq
gətirir dünyaya...
Süleyman
hirsləndi bir az:
- Belə
getsə,
Cəlalı bütə
çevirəcəksən,
kəndlim.
Zatən,
bizdə
xalqın
inanılmaz
bir
heyranlığı var
şairə,
Namik Kamaldan bəri.
Fəqət
sənin
bu məhəbbətində
bir
şey sezdim:
adını,
dastana
salmasını
istəyirsən,
amma
salmadı.
-
Salmasın,
demək,
məndən daha yaxşısını,
daha
dürüstünü bulmuşdur.
Yoxsa,
dastanı
bitirib?
- Bitirib.
- Gözəl
alınıbmı?
- Əlbəttə,
içəridə
- bizdə
üç
surəti var,
birini sənə
verərəm.
Yalnız
sən hələ
əl
çəkməmisən
kəndli
kimi,
anarxist
kimi düşünməkdən.
- Necə?
- Məsləhətləşmədən,
özbaşına
işlər görməyə
qalxırsan.
Əgər,
tutduğun
iş
lazım
olarsa,
sən,
mən
yox,
bu işə
məsul olanlar
qərar
verərlər -
məsələn,
deyərlər
həbsxanadan
birinci
kim çıxacaq -
Cəlalmı,
Xəlilmi?..
Kefsizlədi
Qartallı Kazım:
-
Yaxşı,
anladım,
Xəlillə ora qədər
getməyim
də xatadımı?
Əskişəhərdə
qatardan
enib,
geri
dönməyim də
xatadımı?
- Yox,
kəndlim,
hətta mənim
həbsxanamı,
Fuadın
həbsxanasını da bir yoxla...
Bəxtiyar-bəxtiyar
güldü
çocuq
üzlü Qartallı Kazım,
bağırdı adəta:
- Ey,
bulqur aşı Süleyman,
Ey, bulqur aşı Süleyman!
Süleymanın
qaşları dartıldı:
-
Bağırma, kəndlim.
Sonra səssizcə güldü.
Bütün
arkadaşlar
bilirdi
bulqur
aşı hekayəsini -
səkkiz
il öncəki
bir əhvalatdı:
Süleymana
tapşırılmışdı
işi
danışıb anlaşmaq
Qartallı
Kazımla.
Buludsuz bir yaz günüydü.
Yorulmuşdu
və
dəhşətli
açmışdı Süleyman.
Qartallı
Kazımın bağçasında,
günəşin
altında
yaxşı göy-göyərti,
bir də
çoxlu
yaşıl lobya vardı
və
torpağın
üstündə,
arxların
qırağında
qıpqırmızı pomidorlar.
Kazım
çardağın
altına
keçdi.
Uzaqda -
qarğıdalıların
arasında
bəyaz
örpəkli
bir
qadın əyilib qalxırdı.
Masmavi
bir
tüstü qalxırdı
Çardağın
arxasından.
Havada
bol
zeytunyağlı,
sirkəli
yaşıl
lobya
salatı
və
qızardılmış
ət qoxusu vardı.
Qartallı
Kazım gəldi
və
çardağın
altında
bir saata qədər
danışdılar:
Süleyman
yaşlı
və hiyləgər,
Qartallı
Kazım
zarafatcıl
və cəsur,
Bol
zeytunyağlı,
sirkəli
yaşıl
lobya
salatı
və
qızardlımış
ət qoxusu
Süleymanın
aclığını
daha da
gücləndirdi.
Nəhayət,
mavigözlü,
yalınayaq
bir
qız
çocuğu
bir
qazança gətirdi,
iki taxta
qaşıq
və
iki
baş quru soğan:
- Buyurun,
- dedi,
açdı
Qartallı Kazım
qazançanın
qapağını -
elə
yavan
bir
bulğur aşı idi ki,
üzünü
turşutdu Süleyman
və
darıxırmış
kimi pıçıldadı:
- Təşəkkür
edirəm,
Qartallı Kazım əfəndi,
toxam.
Güldü
sarı
qurd gözləri
Qartallı
Kazımın,
hər
halda,
bir
çox dəfə
bu
cür gülmüşdür
Molla Nəsrəddinin
də gözləri.
Qartallı
Kazım
aş
qazanını
geri
qaytardı.
Qızardılmış
ət,
lobya
salatı,
bir də
səməni
halvası gətirdilər
və
iki
şüşə qırx doqquzluq.
Süleyman
əlini süfrəyə
uzadarkən,
Qartallı
Kazım astadan dedi:
- Bizim kəndlilərin
çoxu
yavan
bulğur yeyər,
biləsiniz,
siz də
kasıb
kəndlilər üçün
əlləşib-vuruşduğumuzdan.....
Süleyman
Qartallı Kazımın
sözünü
kəsdi:
-
Haqlısan,
Qartallı Kazım əfəndi,
- dedi -
amma
mən də
haqlıyam,
qızardılmış ət
yavan
bulğurdan
yaxşıdır.
Fəqət,
istəsən,
indi
bulqur
aşını da gətir,
səməni halvasının
altından
yeyək...
Və
o
gündən Süleyman
bulqur
aşı Süleyman
oldu
arkadaşlarının dilində...
Ardı
var...
Hazırladı:
Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.- 23
iyun.- S.16-17.