Musa Yaqub
Səs və ya
kiçik müdriklər
Hörmətli Azər Turan. Salam. Sənə
yarı yuxu, yarı həqiqət olan bir yazı göndərirəm.
Mən bunu ağrılar içində yazıram. Daha
doğrusu, mən deyirəm, oğlum yazır. Belə tipli
yazılarda sən həm ustasan, həm də onu ərsəyə
gətirən. Bu yazı oxucu üçün çox çətin
olacaq, amma siz aydın fikirlə aydınlaşdıra bilərsiniz.
Göndərirəm. Özün bax.
Mən
elə bilirəm ki, dediyim binanın ətrafı
açılsa, yan-yörəsi təmizlənsə, onun
bütün gözəllikləri üzə çıxar.
Köhnə naxışları görünər, oxunar, bilinər.
Bilirsinizmi, hansı binanı deyirəm? 1934-cü ildən bəri
Azərbaycan Yazıçılar İttifaqının
binasını deyirəm. Bəlkə də bütün
ziyalılar, şair və yazıçılar, bir sözlə,
burdan keçib-gediblər. Milli klassik ədəbiyyatımızın
həm bünövrə daşı, indisi, gələcəyi
burda formalaşıb, arı pətəyi kimi
qaynayıb-daşıb. Yenə deyirəm, dünəni,
bugünü, gələcəyi olub və olacaq.
O
vaxtlar yazdığım belə bir sətirlərim var:
Şaxta
vurub, yanaqları allanıb,
Burda
gəlib sallanandan, sallanıb.
Harda
isə tapışanlar tapışıb
Gecikənlər
quyruğundan yapışıb
Yaman uzun quyruğu var dünyanın.
Belə
olur ki, bütün gecikənlər
dünyanın quyruğunda
yer tuta bilir, bütün yolların, cığırların,
sellərin üzərindən
keçə bilir, yəni ki, şah
sarayının kandarından
keçib, elçi daşından çıxa
bilir. Amma di gəl ki,
illərin həngaməsini
geridə qoyub vaxtın, zamanın üstündən keçən
şairin gözünə
gələn ağ su vətən oldu.
Qürbətdə deyirdin Müniri
vətənim var,
Ensin gözünə qara su, Ağsu vətən
oldu.
Gör dünyanın harasıdır
ki, şairin lotuyanə dediyi bu iki misra
dünyanın uzun quyruğunda yer tapıb yaşayır...
Bu diyarı, bu Qafqazı Allah bizə bəxş edib. O vaxtlar "Qafqaz" şeirimdə demişəm:
Qafqaz özü bir Allahdır, enib bu yer üzünə,
Biz bəndələr bacarmırıq
hələ onu sevməyə.
Yuxudumu,
nədi bu birdən məni səslədi: Bu özbək
şairi Rəmz Babacan sırf Azərbaycan dilində
"ayə, Musa Yaqub,
sənin də burda müdrik sözlərin var, sən də indinin müdrikisən. Mirzə müəllimin də sözü var burda. O da
bir müdrikdir, - dedi.
İllər uzunu dövrünün
çətinliyini, o illərin
ruhunu özündə
ehtiva edə bilibsə, nə üçün müdrik
sayılmasın? Bu misraları
əvvəl də, indi də oxuyanda
ağızda mət kimi dadlı olan poetik hikmət
müdrikliyi ifadə edib və dünyanın
uzun quyruğunda özünə yer tapıb.
Məsələn, qızıləhmədidən hazırlanan insal, öz məhsullarımızdan
hazırlanan digər şərbətlər Qafqaza
aid olduğu üçün
bizə doğma və yaxındır.
Vay, dünyanın uzun quyruğu, hərə özü üçün
özünə yer tapıb, yaşayır. Aləmin aurasını özündə cəmləşdirə
bilib. Nə isə... Xəqaninin:
Başdan-başa xəstə və
yorğun hünərim
yox,
Yonqar kimi yonmış məni dövran, xəbərim yox.
və ya:
Şeirdən ucalıq umma dünyada,
Çünki Nizami ilə qurtardı o da.
Bu hikmətli sözlər
də Qafqazda yaşayan müdriklərin
kəlamlarıdır.
Əsrlər boyu sözü müdriklər yaradıb,
müdrikləri də
söz yaşadıb.
11 iyun 2018-ci il
Buynuz
Ədəbiyyat qəzeti.- 2018.-
23 iyun.- S.4.