El M.Koronon
Zərdüşt irsi
və muğam
Təkcə muğamda qulaqla bir nəsnənəni, - Odu (!) görmək mümkündür. "Bayatı-Şiraz"da
onun necə bərabər qaydada yavaş-yavaş alovlanıb
sürməsini, Heyratıda
və Səmaye-şəmsdə
necə sönüb öləziməsini və
qəfildən alışb
artmasını görmək
olar. Mirzə Hüseyn segahının sonunda isə bu od
tam sönməkdən qabaq
püskürüb şaqraq
çəkir. Motsarta görə,
hətta ən qorxunc notlar da, örnəyin, "Don Covanni" operasında olduğu kimi, adamın qulağını
cırmamalıdır, ruha
ləzzət verməlidir.
Muğamda bu şərt
tam yerinə yetirilir.
Muğamla Bethovenin 14-cü simli kvarteti (opus ¹131) arasında
ortaq nə var? Ən öncə onu
qabardım ki, ikisində də elə unikal musiqi səs ardıcıllığı var
ki, ikisini də dünya mədəniyyətinin incisinə
çevirir. Bəs sonra
ortaq nə var? Bəlkə 7 sayı? Bethovenin kvarteti
7 kəsimə bölünür.
Muğamda da o qədər
tonallıq və ya ladlar var. İlgincdir ki, 7 sayı Zərdüştlüyün
mistik dəyərlərindəndir.
Ancaq mən belə paralellərə speklyativ düşüncənin
"kabbalsitik oyunu"
kimi baxıram, onun üçün də davam etməyəcəm!
Mənim üçün daha önəmlidir başqa qavrayış və başqa paralellər. 14-cü kvartet də, muğam da dünya
musiqi tarixinin iki ana yolunda
ayrıca durub par-par parlayan bir cüt
incilərdir. Bu yollara
Motsartın, Şubertin,
Baxın, Şopenin, Çaykovskinin, elə Bethovenin özünün və bir çox
başqa böyük bəstəçilərin yüzlərlə
parlaq inciləri səpələnib,
ancaq o ikisi bunların hamısından
ayrı duraraq onların üstündən
yüksəlirlər.
Mən nə Bethoveni, nə Motsartı bir-birindən yuxarı qoymuram. Hərçənd, axırıncını bəşəriyyəti
mutlu etmiş, bizim hər birimizin ruhumuzu zənginləşdirmiş çox
azsaylı adamlar arasında misilsiz sayıram. Bethoven, sadəcə, bir
əsərində, - adını
çəkdiyim kvartetdə
təkcə özünü
yox, Motsartı da üstələmişdi.
Ona görə üstələmişdi
ki, 14-cü kvartet təkcə musiqi deyil, musiqidən, hətta yaşamdan da böyük olan nəsnədir. Bax, eləcə də muğam yalnız musiqi deyil, nəsə
musiqidən, yaşamdan
üstün bir nəsnədir. Fərq isə
ondadır ki, muğamda hansısa bəstəçi yox, bütün bəşəri
musiqi özü-özünü
üstələmişdir.
14-cü kvartetdə Bethovenin
ölümü necə
qarşılamağı duydurub
anlatdığını mən
"Nimrod" romanımda açıqlamışam,
ona görə də indi muğamdan
danışacam.
Nədir onun unikallığı? Cavabı ondan
başlayım ki, muğam heç bir musiqi əsərinin,
hətta 14-cü kvartetin
də etmədiyi bir şeyi edir
- o dinləyicilərdən və tamaşaçılardan,
sadəcə, qulaqla dinləmək, gözlə
görməyi istəmir.
O qulaqla görməyi,
gözlə eşitməyi
tələb edir. Yeri gəldi, onu da deyim.
Əslində, biz həmişə indiki çağın yox, keçmişin olaylarını və səslərini görüb
eşidirik. Bizə indi
ən yaxından yalnız toxunuşda verilib, ayağımızın
altındakı torpağa
toxunuşumuz kimi.
Üz-üzə durub
danışdığım adam mənimlə
bir çağın içində bulunsa, da hər dəfə
ondan mənə çatan sözlər bir an öncə deyilənlərdir, yəni
keçmişdən gəlir.
Bu dediklərim görüntülər üçün
də düzdür.
Ona görə də bütün musiqilər,
audio olaylar kimi muğam da, nə qədər paradoksal səslənsə
də, indidən yan keçərək keçmişdən gələcəyə
üz tutur. Ancaq daha paradoksal olanı budur ki, muğam 14-cü kvarteti çıxsan, bütün musiqilərdən
fərqli olaraq dinləyicilərə üz
tutmur - səbəb odur ki, muğam
dinləyicilər üçün
yapılmayıb. Tutuşdurun:
Alim Qasımov bir müsahibəsində söyləmişdi ki, muğamı oxuyanda dinləyiciləri düşünmür,
qoy, onlar inciməsinlər, çünki
özü üçün
oxuyur. Ona görə də
mən söyləyirəm,
muğamın çağ
vektorunda kimə üz tutduğunu bilməyimiz üçün
biz qulağımızla görüb
gözümüzlə eşitməyi
bacarmalıyıq. Modal planda
çox dolaşıq
meta-etnik olay olan muğam yüzillər boyu Odlar yurdu adlanan
və uyqarlığın
yarandığı yerlərdən
biri olan torpaqlarda yaşamış
türlü inanclardan
olan adamların diləklərini, ağrılarını,
duyğularını özünə
toplamışdır. Qara Qarayev azəri muğamının simfonik
təbiətindən danışmışdı.
Başqaları onun boya və cizgilərdə azanla qarşılıqlı
təsirindən, öləri
dünyadan vidalaşmaq
üçün Tanrı
ilə transendentdə
qovuşmaq üçün
ucalmaq istəyində
təsəvvüflə yaxınlığından
danışırlar. Üçüncülər
"muğ"un
"maq"la bağlılığını
gümanlayaraq onun kökünü əski maqların inanışlarını
görürdülər.
Muğam o dərəcədə zəngindir
ki, bu deyilənlərin
hamısını özündə
saxlaya bilər. Bilər və
həm də gərəkərsə itkisiz
"muğ"la bağlı
gördüyümüz spekulyativ
düşüncələri bir qırağa da ata bilər.
Muğamda rəqsin, döyüş marşının
və ağıların ritmini,
həyatdan şikəyətin,
gülüşün, şənliyin
və bir çox başqa halların səsini eşitmək olar. Təkcə muğamda qulaqla bir nəsnənəni, - Odu (!) görmək mümkündür. "Bayatı-Şiraz"da onun
necə bərabər
qaydada yavaş-yavaş
alovlanıb sürməsini,
Heyratıda və Səmaye-şəmsdə necə
sönüb öləziməsini
və qəfildən alışıb artmasını görmək olar. Mirzə Hüseyn segahının
sonunda isə bu od tam sönməkdən
qabaq püskürüb şaqraq çəkir. Motsarta
görə, hətta ən qorxunc notlar da, örnəyin,
"Don Covanni" operasında olduğu kimi, adamın
qulağını cırmamalıdır, ruha ləzzət verməlidir.
Muğamda bu şərt tam yerinə yetirilir.
Bəs gözlə
nəyi eşitmək
olar? Yenə odu eşitmək olar. Bunu Alim
Qasımovun oxusunda aydın görmək olar - onun əlləri
alov dilləri kimi hərəkət edir, bədəni od kimi alışıb-yanır.
Muğamdakı bu oddan itələnərək
əski köklərə getsən, gəlib çıxarsan Zərdüşt
irsindəki Oda. Buradaca da deyim ki, Zərdüşt Oda
tapınmırdı. Nəinki Oda, heç kimə və
heç nəyə tapınmırdı. Öz
qatlarında o, Yaradanı öyürdü və Oda, sadəcə,
Yaradanın maddi dünyada ən yetkin bilintisi kimi
baxırdı. Bu öykünü dərindən
düşünsən, görərsən ki, Zərdüşt
kimi dərin düşüncəli bir adam
heç cürə Odun səslərdə bilinməsindən
yan keçə bilməzdi. O yəqin bilirdi ki, insan ev tikir, yollar çəkir və başqa nə
edirsə, edir özü üçün. Yaradıcıya
təşəkkür üçünsə yalnız onun
şəninə öygü mahnısı söyləyə
bilər ki, bəlkə eşitdi. Ancaq necə
söyləməli ki, birincisi, Onun şəninə uyğun
olsun, ikincisi, Ona çatsın? Cavab birdir: bu mahnı
odlu, alovlu olmalıdır. Güman ki Zərdüşt
Yaradıcıya alqışını elə belə də
oxuyurdu və güman ki, muğam da Zərdüştdən
bunu götürmüşdür. Ona
görə də xanəndələrin səsi bəmdən
başlayaraq zildə şaşırdıcı yüksəklərə
ucalır.
İndi Zərdüştdən muğama
qayıdıb gümanlaya
bilirik kimə ünvanlanır ondakı
səslər.
Muğamda xanəndənin səsi ilə sanki
bütün bəşəriyyət öz
Yaradıcısı üçün oxuyur. Ümid edirəm ki, Alim Qasımov da mənimlə
razılaşar ki, yalnız özü üçün oxumur.
Muğam insanların Yaradıcıya təşəkkürün
bildirən umsuxsuz ərməğanıdır.
Muğamla bəşəriyyət Ona öz təşəkkürünü
söyləyir, öz alqışını bildirir!
London, 12 mart 2018
Ruscadan çevirəni: Niyazi Mehdi
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.4.