Baxtıjan Kanapyanov
Bilmədik heç ömrün
əvvəli nədir,
Gedib tükənəcək
və sonu harda.
Bitəcək verilən bu son
kredi
Bu həyat deyilən
zorlu yollarda.
Bəlkə də yol çatıb o son dənizə
O sona dikilib qismətin
gözü.
Ulduzlu kəhkəşan ayrı
möcüzə
Orda kəhanətin
mübarək sözü.
Qaraçı falçılar dada yetdilər
Bəxtimi yozdular yerli-yerində:
Şerimdən arzumu təxmin etdilər
Sirr varmış
hər misra, söz üzərində.
Diskətə yazılan sözdü
elə bil,
Bu ömür deyilən
yaşamaq çağı.
Şairin
gözünə görünən
şəkil:
Şəfəqdən öncəki cənnət sabahı!
***
Önə çıxararam bütün
ruhumu
Xoşbəxtlik ruhumdan sonra dayanar.
Yozumu olmayan bu, bir
yuxumu,
Və sirr pərdəsinin ardında
nə var?
Yenə
də olacaq yol yoxuşları,
Yolların üstündə sərt döngələr də.
Olacaq qədərin siyah quşları,
Quşların dilində qara xəbər də...
Sonra nə olacaq bilməz ki, heç kim
Alın xətlərini silməyin
çətin.
Yenə
əvvəlki tək bəxtimə hakim
Ulduzlu göylərin tale qisməti...
***
Yaxşı yadımdadı o amansız
an
Ətrafa
od saçan
o yay iqlimi.
Gözümün önündə sürünən
ilan
Dikəldi qarşımda bir sual kimi.
Nə ilə yolundan döndərim onu
Əlim uzaq qalıb yol daşlarından.
Nə ilə bitəcək bu işin sonu,
Donmuşam qorxunun təlaşlarından.
Çox
olsa, arada üç-beş metrə
var,
Fısıltı, küləkmi dadıma yetdi?
Xilasmış ilanın verdiyi
qərar
Daşların ardında yox olub getdi...
***
Ulduzlar təklikdə
mənimlə səssiz.
Dalğadan-dalğaya xəlvəti bir iz...
Dalğalar, dalğalar ulduzla
dolu,
Həyatın geriyə dönülməz
yolu...
Dəniz
kənarından uzaqmı,
uzaq
Ölüm üfüqüylə təmasa
bir bax.
Oğlan
Və o
uşaq unudulmuş
yol boyunca qaçdıqca
Su arxında axıb gedən
bir
sarımtıl yarpaq kimi, yarpaq kimi
Ya da elə
gicitkəni çəkib
gedən
yorğun-arğın bir
at kimi
Yanaqlarda
göz yaşları,
dodaqlarda acı bir dad.
Gözyaşları quruyacaq,
yaşıl yarpaq saralacaq,
Amma
o uşaq yenə qalacaq.
Quşlar
itdi, at yox oldu və
bir dənizçi paltarının içindəki
cavan oğlan
Uşaqlığın kənarında məni izlər...
Dinləmək - eşitmək
Barmağını toxundur
Dindir dilləri bir-bir;
Qara, ağ düymələrdə
Ünsiyyətlər səslənir.
Nə oldu, olanları
Musiqi dilləndirir:
Özümü xatırladım:
Küçə,
Şamlar
- göy çətir...
Fənərlərdən küçənin
Gözləri qamaşmada:
Sonra belə olmasın,
səninlə yox, çaşıb da
başqasıyla görüşəm!
O incə barmağını
Ayır,
ayıra bilsən
Piano dillərindən...
Ruhun həssas yerindən!
Musiqi ara verir,
Gecə sükuta dalır.
Küçə fənərləri də
Bütün gur işığıyla
Bizi qoynuna alır...
İşıqlar musiqimi
Ruhumuzdan
ucalır...
Qaş-qabaq nəyə gərək,
Ən yaxşısı dinləmək
Dinləmək - dilə gəlmək!
Küçə - şam ağacları,
Burda bu gecə yarı
Pəncərənin dışında
Sevgi-səs yarışında
Göydən mələklər enər
Qara, ağ düymələrdə
Ünsiyyətlər səslənər...
Ədəbiyyat qəzeti.- 2018.- 23
iyun.- S.27.