Əbdürrəhim bəy və pasport
Əbdürrəhimbəylə pasport arasında
gizli, sirli və anlaşılmaz bir
münasibət yaranmışdı. "Paşpurtu"nu
həmişə qoltuq cibində gəzdirirdi. Hara gedirdisə,
özü ilə götürərdi. Əbdürrəhimbəy
hər səfər öncəsi pasportunu yoxlayırdı.
Evdə onu etibarlı yerdə saxlayırdı.
Qoyduğu yerdə tapmayanda bərk narahat olurdu.
Ya xanımından, ya da Yevgeniya Osipovnadan yerini
soruşurdu. Pasport obrazı (Yunq arxetipi
kimi götürsək) onun təhtəlşüurunda həmişə
zühur edir. İndi kim sübut edə
bilər ki, Mozalanbəyin səyahəti zamanı pasportla
bağlı başına gələnlər Əbdürrəhimbəyin
təxəyyülünün məhsuludur?
Rüstəm KAMAL
Əbdürrəhim bəy Haqverdiyevin böyük,
sirli şəxsiyyəti, zəngin
yaradıcılığı insanın "xəyalat"ında
bəzən elə obrazlar və məqamlar yaradır ki, onları
esse kimi yazanda sən də fantastik realistə çevrilirsən...
Müəllifdən
***
1906-cı ildən Ağa Məhəmməd şah
Qacarın demonik varlığı Əbdürrəhimbəy
Haqverdiyevə rahatlıq vermirdi. Material toplamaq
üçün mütləq İrana getməlidir.
Dünya isə qarışıb bir-birinə. Bu vurhavurda kim ona
"zaqraniçni paşpurt" verər? İmperator
Nikolay Pavloviç başını itirib. Dövlət
Duması buraxılıb. Onun
"zaqranoçni paşpurt" xahişi hər iki tərəfi
(Rusiyanı və İranı) şübhələndirə
bilərdi.
Həm də çarın vaxtı
hardadır ki, bir müsəlmanın, bir tatarın məktubunu
oxusun. Məktubun Peterburqa gedib-gəlməsi ən
azından bir ay çəkəcək.
Bəlkə əlahəzrət imperatora
müraciət etsin?
Hətta çara yazacağı məktubun ilk cümlələri
də başında artıq hazır idi: "Ə
osmelivaösğ prositğ Vaşe İmperatorskoe Veliçestvo
o vısoçayşem povelenii Vaşem vıdatğ mne paşport na
pol qoda, osobennıy i
çrezvıçaynıy, v kotorom bı
velikim imenem Vaşim sklonəlisğ vse vlasti i naçalstva
Vostoka k okazaniö mne pokrovitelğstva vo vsex tex mestax, qde budu proxoditğ ə".
Məktub
Peterburqa çatan kimi, çar və onun nazirləri onun şəxsiyyəti
ilə mütləq
maraqlanacaqlar. Yəqin ki, deyəcəklər
ki, Allahın müsəlmanı, tatarı (azərbaycanlısı)
pyes yazmaq istəyir. Özü də kimdən?
- Şah Qacardan.
Bəlkə Peterburqdakı köhnə
əlaqələri işə salsın? Peterburqda
oxuduğu zaman Orta Asiyaya səyahətlər etmiş Vəli
xanın oğlu Sultanla möhkəm
dostlaşmışdı. Bu mehriban, qonaqpərvər
ailəni yaxşı tanıyırdı. Peterburq mədəni
elitasının bir çox nümayəndələri ilə
bu evdə tanış olmaq fürsəti
qazanmışdı.
"Paşpurt" almağı
onlar kömək edə
bilərdilər. Amma Əbdürrəhimbəy bu fikirdən tez də vaz
keçdi…
Əbdürrəhimbəylə pasport arasında gizli, sirli və anlaşılmaz bir münasibət
yaranmışdı. "Paşpurtu"nu həmişə
qoltuq cibində gəzdirirdi. Hara gedirdisə,
özü ilə götürərdi. Əbdürrəhimbəy
hər səfər öncəsi pasportunu yoxlayırdı.
Evdə onu etibarlı yerdə saxlayırdı.
Qoyduğu yerdə tapmayanda bərk narahat olurdu.
Ya xanımından, ya da Yevgeniya Osipovnadan yerini
soruşurdu.
Pasport obrazı
(Yunq arxetipi kimi
götürsək) onun təhtəlşüurunda həmişə
zühur edir.
İndi
kim sübut
edə bilər ki, Mozalanbəyin səyahəti
zamanı pasportla bağlı başına gələnlər Əbdürrəhimbəyin
təxəyyülünün məhsuludur?
O, pasportunu götürüb
Tiflisə tez-tez gəlməyi,
Tiflisdə mehmanxanalarında ("Oriyant", "Tehran",
"İnsafiyyə"…) nömrə \götürməyi
sevirdi. Mehmanxana qapısından girən kimi,
pasportunu kanturçuya təqdim edirsən. "Mənzilə qayıdantək mehmanxana nökəri
daxil olub paşpurt istədi. O saat təzə
aldığım həmişəlik bəy paşpurtunu cibimdən
çıxardıb verdim" ("Mozalanbəyin səhayətnaməsi").
Lakeylər, nökərlər isə cəld
çamadanını nömrəyə qaldırır...
Pasport onun səyyar - sərgərdan ruhunun əşyavi
təsdiqi - sənədi idi. O günləri şirin xatirə
kimi xatırladı: "Bəli,
getdim "İnsafiyyə" mehmanxanasına. Oturub
mehmanxana sahibi ilə söhbət edirdik. Bu
halda beş-altı nəfər iranlı daxil oldular, nömrə
istədilər.
Bunların altısına bir nömrə verib, hamısından başburt
istədilər. Müsafirlər başburtlarını
bir-bir çıxartdılar, verdilər. Bir nəfər
də başburtu kantorçuya uzadıb dedi: "Sən Allah,
yaxşı yerə qoy itməsin, özgənindir". İranlılar getdilər mənzillərinə.
Mən kantorçudan xəbər aldım ki, məğər
özgə başburtu ilə də gəzmək olar?
Dedi: "İranda olar. bu kişinin işi
yəqin təcilə düşüb, yoldaşının
başburtunu götürüb, gəlib. Yoldaşı
da bir yerə getmək istəsə gedib bir neçə manat
verib, bir ayrı başburt alıb, onunla hara lazımdır,
yola düşəcək. Nə dəftərə
baxmaq var, nə haralı olduğunun təhqiqi var; pul ki verdin,
yazıb verirlər" ("Həmşəri pasportu").
Arada pasport üçün İranın
"Tiflisdə müqim olan səfərətxanasının
sekretarına" müraciət etməyi də
ağlından keçirdi.
Son ümidi Əziz
Şərif idi. Qərara gəldi ki, elə
bu saat Tiflisə, Əziz Şərifə məktub yazsın:
"Əziz qardaşım Əziz!
Bəd ər ərzi - salamdan
sonra bu gün sənin təfsil məktubunu aldım… "Ağa Məhəmməd Şah Qacar"
xüsusunda səninlə söhbət eləmişdim. Düma dağıldıqdan sonra dörd ay Peterburqda
qalıb, Dövlət kitabxanasında "Ağa Məhəmməd
şah Qacar" üçün material cəm etdim. Və Qafqaza gələndən sonra onu yazıb tamam
etdim. Amma bunlar kifayət eləmir. Ümmid ki, İrana, Mazandarana səyahət edəm.
Gərək zaqraniçni paşpurt çıxardım, bu da
bir-iki həftə möhlət istəyir…"
Tiflis İran həmşəriləri
ilə dolu idi.
Əbdürrəhim bəy yaxşı bilirdi ki,
Tiflis uşaqlarına Əziz Şərifin bircə işarəsi kifayətdir
ki, Şeytanbazarda xırda alverlə, kustar sənətlə məşğul
olan, Tiflis mehmanxanalarına
dolmuş həmşərilərdən istədiyi pasportu
alsın. Hansı həmşəriyə yaxınlaşsa,
"cibindən bir İran paşpurtu
çıxarıb deyəcək:
- Buyur, zaqraniçni paşpurtun biri iyirmi manata
düzəlir, amma bunu mən dörd manata kirayəsinə
götürmüşəm. Dörd manat verib
özünüz ilə apararsınız, ancaq qayıdanda gətirib
mənə verərsiniz. Mən də
sahibinə verrəm".
Əlqərəz, Mazandarana səyahəti baş tutur. "Ağa Məhəmməd
şah Qacar" üçün xeyli material toplayıb pyesi
tamamladı.
Amma Əbdürrəhimbəyin "paşpurtu" kimin adına alması bir sirr olaraq qalır. Şeyx
Şəbanın, Mirzə Səfərin, Mazandaran vilayətində,
Qarğadolanmaz kəndinin sakini Səftər Qulu oğlunun adına almışdı, yoxsa Mirzə Fətəli
Məhəmmədtağı oğlunun?
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2018.- 23
iyun.- S.25.