Dəli bir istək var canımda indi,
Baş alıb
harasa getməyim gəlir.
Mən gec öyrəşənəm,
çətin tərk
edən,
Bəs nədir
bu istək içimi dəlir?
Beləcə buraxıb
bulanıqlığı
Hansı nisgilimi ovudub gedim?
Qəlbimdə boğulan diləklərimi
Necə yola verib, təsəlli
edim?
Alıb
ürəyimi, alıb
başımı,
Bu yüklə özümə
yer tapım harda?
Varmı
elə bir yer, elə bir
aləm
Məni çəkə bilsin, əriyim orda?!
***
Yaşadıq, nə yaşadıqsa,
yada salmağa lüzum yox.
Bənd
olmağa
bəndə gəzsəm
çoxdur sənin
kimisi, çox.
bu divanə, dəli könül
dəli duyğulara çapar.
Ovut çığıran istəyi,
götür özün
ilə apar.
Ümid
etmə, bir gün dönəm,
yollarıma çıxma
daha.
Nə sevgim, nə nifrətim var,
get, əmanət ol Allaha.
Gözünün yaşı
ovcunda olan adamın
ovcu, əli açıq olar, ürəyi tərtəmiz.
uşaq məsumluğu gəzdirər içində,
Nə xılt qalar ürəyində,
nə yığıntı,
yuyub axıdar gözündən
ən qorxusuz,
ən güvənli adamdır
gözüsulu adam,
könlü,
kəpənək,
üzü gerçək,
üzüsulu adamdır,
gözüsulu adam.
Sevə biləcəyin bir
kimsə ola
sevgin
şübhədən, xəyanətdən
uzaq
qışda uşaqların
tapdağından uzaq qalan
qartək
tərtəmiz,
əsəsən üstündə
pöhrələnə
soyuğu, qışı
adlayıb
baharda pöhrələnən
şiv kimi.
Sığıb-sığışdıra bilməyəsən
bu sevgini,
bu sevinci heç yerə
məst olub
sərxoş səma
kimi
çətir olasan bu sevgiyə.
***
ağrıları anma, gəl,
doğruları danma, gəl.
Hisslərini gizlədib
öz içində yanma, gəl.
sər səcdəyə
selləri,
çək yedəklə
yelləri,
andığın yerdə
ara
al ovcuna illəri.
asıl öz həvəsindən,
nərdivan qur səsindən.
yığ gözümü
yollardan
çıx bəlkə
qəfəsindən.
ovuq, ovçu həyata
xətayıq, başdan
xəta.
divan tut
olmazlara
nə yaşa bax, nə vaxta.
***
istəklər ümmanında
çırpınardım, yanardım,
mən dünyanı nə boyda,
necə geniş sanardım.
ümidlərim elə çox,
inamım lap çox
idi.
yel apardı dünyamı,
yoxsa divlərmi yedi.
heç bir ilğım, heç bir rəng
qamaşdırmır gözümü,
bu adam yığınına
yad görürəm
özümü.
bir nəfəsəm
bəlirgin
tükənmişəm, sönmüşəm,
məkanım göylər
idi
artıq yerə
enmişəm.
***
Udacaq,
bu duman udacaq məni,
udacaq,
üstünə qonanları
udan
ingilis şehçiçəyitək,
itəcəm, batacam bu dumanda mən.
Ağrı, xiffət kimi gəldi
fikrimdə, halımda
az imiş kimi,
aşımın üstünü də aldı
düşdüm bu dumanın ovcuna.
Bu dumanda təklik, tənhalıq xofu
sarıb sarmaladı
hər yeri yenə.
Bu duman
dünyanın gözünə
enən yuxu.
Eyni açılmayan insan kimidir
bu dilsiz-ağızsız
təbiət bu gün,
çəkir duman yükün.
Həvəsi azdırıb, sozaldır
burda
belə süst, mürgülü, belə
boz duman,
yönsüz, yöntəmsiz
tutqun, toz duman.
Udacaq,
bu duman udacaq məni
itəcəm, batacam bu dumanda mən.
***
vaxtsız yağmış qar
altda,
qar altında
qalan şiv,
haqladı səni
bu qar,
yarpağını tökməmiş.
o fəsili qarşıla,
bu fəsili yola sal
qarşında hələ
çox qış,
hələ çoxlu
qarlar var.
əyilmə,
əyildinsə
əyilərsən, sınarsan.
alış, bərki,
sirinsi,
bas bağrına bu qarı,
oxşa sevdiyin kimi,
əzizlə,
dərdlərini
əzizləyən adam tək
onda
asan olar.
Nəvəm Aylinin
"darıxmışdım"
sözünə
Nazım,
qızım, axı sən nə bilirsən,
sən hardan bilirsən darıxmaq nədir.
hər təzə oyuncaq,
hər təzə oyun
təzə sevincindir,
təzə həvəsin,
hələ dupdurudur
gözünün içi,
gözündə dünya
da hələ dupduru,
hələ aldatmayıb
özünü zənnin,
bir namərd önündə
bir damla yaşı
içində saxlaya bilmədiyində
özün-öz gözündən
düşüb o yaşla
ərimək varkən,
karına gələndə
elə ağlayıb
səsini, özünü
gözə soxursan
hələ,
hələ tanımırsan
bu adamları,
böyüyə-böyüyə tanıyacaqsan,
tanıya-tanıya böyüyəcəksən,
gözlərin özündən
tez böyüyəcək
gözləmədiyini görəndə,
göz yummağa öyrəşənəcən
əldən düşəcək
ruhun,
çox,
çox darıxacaqsan,
nazım, qızım
çox...
***
Bu gecə namərdmiş, gör necə namərd,
Bu gecə ruhumuz görüşər dedim.
Gündüzlər günəşdən pay alammadım,
Bu gecə bəxtimə gün düşər dedim.
Yükləndi ruhuma, yüklənib
durdu,
Bu gecə bir ömür ağırlığında.
Zülməti əyninə biçib
geyindi,
İtdim bu gecənin sağırlığında.
Gəzərsən, göylərdə gözlə,
gəz məni,
Qalsam yerim yoxdur bu
Yerdə daha.
Qalda, qovğadadır ruhumla cismim,
Mənimki, mənimki qalıb Allaha.
Xatirə FƏRƏCLİ
Ədəbiyyat qəzeti.- 2018.-
30 iyun.- S.11.