Şeir doğulur
Gözümə sığışmır bu qərib gecə,
Yenə şeir yağır yuxularıma.
Duyğulara büküb sənsizliyimi,
Bu axşam basıram
yenə bağrıma.
Gücələr yuxuma tökülən
şeirə,
Söz-söz çəkilirəm, bir adət kimi.
Göy üzü Tanrının təbəssümünə
Əlləmi açıram ibadət kimi.
Gəl tutaq yuxumdan, qalxaq göylərə,
Düşək göy üzünü piyada gəzək.
Qol açaq qayğısız
maviliklərə,
Göylərın əzəli sakinləritək.
Mənəm buludların gözündən
yağan,
Bir təsəlli
yeri qalmayıb məndə.
Getdiyin yolların səmtin itirib,
Azmışam sən dolu xatirələrdə.
Gecələr mürgülü, duyğular
oyaq,
Vüsalın gözümdə bir xəyal olur.
Qərib
axşamların sənsizliyindən
Hər gecə
"Sən" adlı
şeir doğulur.
Səndən sonra
Təzə tər çiçəyin
idim,
Solmuşam səndən sonra.
Buludlar kimi özümə
Dolmuşam səndən sonra.
Ruh sərgərdan, tale dönük,
Ömür yalın, ürək sönük.
İç dünyası bölük-bölük
Olmuşam səndən sonra.
İtib
ürəyin sevinci,
Tükənib taqəti, gücü.
Xatirələrə keşikci
Qalmışam səndən sonra.
Talandım təklik əlində,
Dərd dilləndi zildə, bəmdə.
Sənsizliyi sarı simdə
Çalmışam səndən sonra.
Mən daha köçmüşəm
qəmə,
Dönmərəm əzəlki dəmə.
Meylimi sözə, qələmə
Salmışam səndən sonra.
Bəsimdi
Evimdə,
otağımda
Uzaq bir həsrətin yalnızlığı,
İşimdə bütöv bir
ömrün
boşluğu,
Kimsə
keçsə o boşluqdan,
Qurtulsam
yalnızlıqdan,
Azca sevinsəm,
bəsimdi.
Qapı,
pəncərəmi
gendən yaxından.
gözülə döysə
bir kəs,
Qulağıma dəysə yarpaq
xışıltısına,
Külək pıçıltısına bənzər
Bir səs,
Ya xəlvəti oğurlanmış
Bir udum nəfəs,
Üşüyəndə üstümə
örtüb isinsəm,
Bəsimdi.
İndi
vücüdum üstünü
qar basmış,
buz bağlamış
dərd dağına bənzər,
Dəli
küləklər sovurar,
yonar,
axşam-səhər.
Təsəllim xoş Bir ruzigaradı,
Üzümə gülərmi, bir
də
Bəxtim dinərmi, bir də?
Bir şəfəq süzülə
üstümə,
Bir işıq düşə
üzümə,
Günəşin çıxdığı yerdən.
Ümidimdən sürüşüb "Sən" düşəsən
qəfildən,
Görsəm, bəsimdi.
Ölmək həvəsimi
Paris gözəli,
Sena çayı,
Heç
yanda taıplmaz
oxşarı, tayı.
Düşəm sularına
Çırpınan qağayılar tək,
Dalğaların ayaqlarıma dolaşa.
Yosunlar kimi bərk-bərk.
Qolların boynuma sarıla
Şıltaq bir uşaq kimi,
Sularında itəm,
Budaqdan üzülən sərsəri
yarpaq kimi.
Mən Araz ruhlu, od nəfəsliyəm,
Duymazsan
məni,
Anlamazsan iki əsrlik bütövlük, dərdimi.
Anlamazsan
içimdə
Hönkürən həsrətimi,
Durmuşuq üz-üzə fikirli,
dalğın,
Dəvəsi ölmüş ərəb
kimi
Üzgün, yörğun,
yaxın gəltut
qolumdan, ümidimə
çilən,
Diksindir
dalğınlığımı, qəmginliyimi,
Yorğunluğumu,
Sinənə sıx ümidsizliyimi
Həsəd aparıram sənə,
Bənzəmirsən Araz dərdimə.
Axırsan qayğısız,
Qansız-qadasız,
Nəğmən şirin, kədərsiz.
Oxu, ruhuma qat ilıq
nəfəsini,
Nəğmənlə öldür bir şairin
Torpaqsız, yurdsuz
Ölmək həvəsini.
Bacarmadım
Səni
əynimdən soyunub
Yüngülləşmək,
Özümlə görüşüb,
Bir az da özüm olmaq istədim.
Əllərimdən, gözlərimdən
Başladım unutmağa səni.
Əllərimi xınayla boyadım
ki,
Əllərinin qoxusu çəkilə.
Ağladım ki, baxışların
Gözlərimdən tökülə.
Görüş günlərini sildim
təqvimdən,
Bir ömür başlayam təzədən,
Bacarmadım.
Dualar oxudum əlləri göyə
Bəlkə Tanrıya yetişə
əllərimin duası,
Üzümə açıla göylərin
qapısı,
Boşuna getdi, boşuna hamısı.
Divarlardan
süpürüb tökdüm
Səndən qalan səsi,
Dedim, bəlkə içimdəki
boşluğu doldura
Təzədən yaşamaq həvəsi,
Bacarmadım.
Şiravan bir yağışda
yuyundum ki,
Nəfəsin saçlarımdan sürüşə,
Adını ürəyimdən
Söküb atdım,
xatirələrinyaddaşımdan düşə,
Yeni-yeni
sevgilər uydurdum özümə,
Öpüşlərin çiçək-çiçək
Bəlkə sarala-sola,
Qisqana, dodaqlarımın
Gözləri dola,
Bacarmadım.
Özümlə görüşmək istədim,
Özülə görüş bir
dəfə
Nəsib
olur insana,
Dedim, bəlkə fürsət düşə
Gələ görüşə,
Ürəyimdə Sən vardın,
Bacarmadım.
Yovşandan öyrəndim
şeir yazmağı
Yovşandan öyrəndim
şeir yazmağı,
Min illər boyunca
Qoxusu itməz,
Çöllərə sevdalıdı
yeri dəyişməz,
yuxusu bitməz.
Astarı,
üzü bir,
İlqarı-sözü bir,
Heç nəyə bənzəməz.
Qoxusundan
milyon illərdən
Öncənin səsi gələr
Ölmüş duyğular,
Unudulmuş sevgilər dirilər.
Dağların əzəmətindən.
Əzəlliyindən öyrəndim
Şeir
yazmağı,
Yağıya yol verməzlər,
Yada baş əyməzlər.
Birdə
meşələrin sərinliyindən,
Bir də dənizlərın,
göllərin
dərinliyindən,
bir də çiçəklərin, güllərin
gözəlliyindən,
Göy üzünün sevgisindən
Öyrəndim şeir yazmağı.
Nə onların sevgisi tükəndi,
Nə mənim sözüm bitdi,
Nə ümidim
itdi.
Aydan, Günəşdən
Öyrəndim şeir yazmağı,
Topağa,
Dənizə
Ağaca,
yarpağa
İnsana,insanlığa səxavətlə
Verər
atəşini,
əsla əsirgəməz,
nə də bölməz
sevgisini, mənim kimi
Arazdan öyrəndim şeir yazmağı,
İki sahil ağrısını
çəkə-çəkə,
Xəzərə həsrət yağışlarıtökə-tökə.
Daşı, daş
Quşu,
quş,
Böcəyi, böcək,
Şəlaləni qayalardan sallanan
Hörümçək kimi
Heca-heca,
söz-söz,
misra-misra,
Şeirlərimə süzdüm,
Nənəmin nağıllarından,
Laylalarından öyrəndim
Şeir yazmağı.
Canıma,
qanıma hopub əzəldən-sona,
Bir ömür
borcum var ona.
Qoca palıddan,
Xan çinardan,
Salxım
söyüddən öyrəndim
Şeir yazmağı.
Ayaqları torpaqda,
əlləri haqda,
Ögeylik-doğmalıq bilməzlər,
Yol üstə bitərlər,
Gələnə-gedənə yol göstərər
dözümlərindən, dözüm
verərlər.
Daha nələrdən, nələrdən
öyrəndim şeir
yazmağı.
Quş necə uçursa,
Budaq necə tumurcuqlayırsa,
Yarpaq necə açırsa,
Bulud necə dolursa,
Yeddi rəng-"Qarı nənənin ciçimi",
Aləmi
necə işıqlandırırsa,
Arılar
necə bal çəkirsə
Çiçəklərin göbəyindən,
İrmaq
necə damırsa
Daşların bəbəyindən,
Mən də eləcə damdım
şeirlərimə.
Payız fəslinə
Bu gecə nə yaman uzun gecədi,
Yuxum da gözümdə çəkilib
dara.
Bu gecə elə bil ozan gecədi,
Dərdimi oxuyur qaranlıqlara.
Sükutu
könlümü üşüdür
necə,
Sanki xəzan döyüb
- xəzan könlümü.
Vaxt da talançıtək sökür gizlicə,
Bəxtə ayrılıqlar yazan könlümü.
Yecələr intizar uzun olurmuş,
Gözlərim yol çəkir, qübar bağlayır.
İçimin xatirə məzarlığında,
Hıçqırıb bir qərib həsrət ağlayır.
İndi
mən yaralı torpaq kimiyəm,
Ömür, sən də ümid bağlama mənə.
Budaqda sonuncu yarpaq kimiyəm,
Taleyim yazılıb
payız fəslinə.
Bu gecə nə yaman uzun gecədi,
Yuxum da gözümdən çəkilib
dara.
Bu gecə elə bil ozan gecədi,
Dərdimi oxuyur qaranlıqlara.
Qayıtmağım gəlir
Yer ömrün geyə bilmədim,
Dərdlərin əyə bilmədim.
Göy üzü əzəl məskənim,
Geri qayıtmağım gəlir.
Bir sevda solub gözümdə,
Bir həsrət
qonub üzümdə.
Gözlərinin dənizində
Dincəlib yatmağım gəlir.
Bir layla dinir ahəstə,
Nə "Segah"dı,
nə "Şikəstə".
Dərdimi yığıb üst-üstə
Ta ocaq çatmağım gəlir.
Kimsən,
qara paltar qadın,
Səngimir bayatın, ağın?
Mənim
anama oxşadın,
Səni ovutmağım gəlir.
Dözümüm, qatma başımı,
Korşaltdın qan yaddaşımı.
Gedib vida göz yaşımı
Araza qatmağım
gəlir.
Tanrım,
mən asi
deyiləm,
Yetməzmi, sınam, əyiləm,
Bəndənəm, özgə deyiləm,
Yaxandan tutmağım
gəlir.
Şövkət Zərin Horovlu
Ədəbiyyat qəzeti.- 2018.-
30 iyun.- S.24.