İşıq da
gözümdə adi su kimi
***
İşıq da gözümdə adi su kimi,
Keçsə sərhədini xətərdi,
xətər.
Bəzən gözlərimə
düşən işıqlar
Yarğandan qorxuncdu, uçqundan betər.
Hər gələn
işığa getməz
ürəyim,
Yadıma dolaşıq yalanlar düşər.
Nədənsə yadıma
soyuq işıqlar,
Dərisi bəzəkli ilanlar düşər.
"Bizim günəşimiz şimaldan
doğar",
Gör nəyə aldandı haqdan dönüklər.
İşıq var, cırtdan da "getməyək" deyib,
Gedib, aldanıbdı ona böyüklər.
Günəş Şərqdən
doğar, bəzər
ömrümü,
Nə ruh incidər, nə könül qırar.
Dünyaya nur çilər, hərarət
yayar,
Yaşıl dan yerindən gələn işıqlar.
Artır çığırtılar,
qəribsəyirəm
Yaşıl meşələrin xışıltısını.
Heyif, nadanlığın
acı tüstüsü
Boğur ümidlərin
işıltısını...
Yenə üz-üzədi
işıq, qaranlıq,
Yollara çıxmışıq biz sınaq
üçün.
İşıqlanmalıyıq, özgə
yolmu var,
Gələn işıqları tanımaq
üçün.
***
Dağlara söykənər
bir el birliyi,
Bəs hardan atıldı fələyin oxu?
Qaraca Çobanın
gözü yol çəkər,
Hələ Qazan xanın gözündə yuxu.
Səslənər tütəkdə
"Çoban bayatı"
Qovar gözlərimdən çəni
hardasa.
Enişi-yoxuşu adlayar o
səs,
Səsləyər dağlara məni hardasa.
Dağlara üz tutub... səsi, sədası
Üfüqlərin üstə, qaşların
üstə.
O səsi hiss edən ilan - qorxusuz,
Çıxıb xumarlanar daşların üstə.
Billəm, tariximə
ayrı dad verib
Qaymaq çiçəklərdən gələn bayatı.
Hanı o dağ
ətri, o yaylaq ətri,
Mən susum, sən danış, dillən, bayatı!
Səsə, ünə
dönüb adi qarğı da,
Həyat nəfəsi var düzümün üstə.
Tütək də o
əli qiymətləndirib:
Babamın əli var gözünün
üstə.
Dağlara söykənən o birlik hanı?
Gör hardan atıldı fələyin
oxu...
Qaraca Çobanın
gözü yol çəkər,
Hələ Qazan xanın gözündə yuxu.
BU YOLDA
Ruhumu əzmirsə,
ayaqlamırsa,
Ötənlə-keçənlə barışmağım var.
Duman var, sürünür üzü
yurduma,
Sürünüb dumana qarışmağım
var.
Haqqa, həqiqətə
qul oluram mən,
Bir şeh damlasıtək duruluram mən.
Hərdən arılara
qoşuluram mən,
Hərdən çiçəklərlə danışmağım
var.
Bilirəm, qarışır
durum hardasa,
Çətin yalanları udum hardasa.
Bəlkə də azalıb nurum hardasa,
Yenidən üfüqdə
alışmağım var!
Biçili-biçisiz xəyallar
çoxdu,
Qayğılar qış olsun, ya bahar... çoxdu.
Hələ ki cavabsız suallar çoxdu,
Hələ ki, bir üzdən
çalışmağım var.
Ən saf niyyətlər var, alınmır nəsə...
Sən yaxşı
nələr var, öyrən, mənimsə!
Şərdən, haqsızlıqdan
qorxan mənəmsə,
Bu yolda özümlə vuruşmağım
var!
***
Xəyalım süzüb
gedir
Qoşulub buludlara.
Məni sən aparırsan
Bir de, əzizim, hara?
Bu buludlu, günəşli
Göy üzü bizdən keçir.
Salam verək beləcə
Biz gələcək
çağlara...
Buludların ardından
İşıq süzülüb gələr.
O işıq bizdən keçib
Dönər yaşıllıqlara!...
***
Buludlara çilənən
Bir qürub işığıtək-
Sən niyə
belə qəmli,
Sən niyə belə kövrək?
Ömrün qürub
çağımı,
O, bir zamanmı, dindi...
O buludlar da bizim,
O işıq da bizimdi.
O işıqla bəzənmiş
Buludlarda yox ləkə.
Onlar bizlə yol gedir,
Ya biz onlarla bəlkə?
...Ən gözəl duyğulardan
Göylərə belə
pay var.
Ömrüm, sənə
boylanıb
Nura düşüb buludlar.
GÖR NƏ
ÇƏTİNLİKDƏ
Gör nə çətinlikdə, keşməkeşdəsən,
Bu ömrün bəhrəsi, barı
nədir ki?
Çoxmuş başqatdısı-bu
dünya belə,
Yoxu bir heçliksə, varı nədir ki?
Üz tutum qəlbimdə xal olmuşlara,
Çırpılım daşlara,
lal olmuşlara,
Yadın boğazında
bal olmuşlara
Tapdanan güllükdə arı nədir ki?
İntizar içində
bu bağça, o bağ,
Yandırır gözləri şorlaşan
torpaq.
Var şirincə səsin, avazın, ancaq
Səhraya bir ovuc darı
nədir ki?
Bildin zülmətdəsən, alış,
yan, ömür.
Gəz, axtar hardadı gerçək can, ömür...
Harama, tamaha bağlanan ömür,
Alçaq qul ömrüdü, ayrı nədir ki?
Hanı üfüqlərə
yayılan səslər,
Yurdsevən kimlərə gör ümid bəslər...
Mənən bütöv
deyil axı o kəslər
Yarı biganəsə, yarı nədir ki?
***
Əriyib yox olmaq
Bu genişlikdə...
Əriyib yox olmaq
Bu aydınlıqda...
Göylər ulduz-ulduz,
Ay da sınayıcı baxışlarıyla
Mənə yoldaş
olub
Bu
kənd yolunda.
Səssizlik yaşayır
işıq halında...
İşıq səssizliyə dönüb
elə bil.
Bəlkə də bir ömür
Qazancım olar:
Acı söz demərəm
Bu həyat
haqda.
Əriyib yox olam
Bu genişlikdə...
Əriyib yox olam
Bu aydınlıqda...
ÖMRÜ
QATAM...
Gedəm çıxam
ruhum qalan
O yurdlara, o yurdlara.
Gör nə vaxtdı bağlanmışam
Umulara, ümidlərə...
Ömür - yuxu, mühit gecə,
Kədərim də döndü heçə.
Qəhərimi verim necə
De, ünvansız
buludlara...
Yolumuzda sərt
daşlar var...
Nə çox
susqun yaddaşlar var...
Şoranlıqda qamışlar var,
Öyüd verir palıdlara...
Turan varmı? - var, çıxış var,
Bir güc, bir yol, bir
baxış var!
Qurddan gələn
qurtuluş var,
Yavuqlaşım boz qurdlara.
De, yasdımı,
düyündümü,
Bu şər yerin, göyündümü?..
Ömrü qatam, mümkündümü?-
Metelərə, Qorqudlara!..
Musa ASLANXANLI
Ədəbiyyat qəzeti.-
2018.- 3 mart.- S.29.