Bir də o balaca damlar var e
***
Bir də o balaca damlar var e
O damlarda içi xəfif…
Zərrə-zərrə, xəyal-xəyal
adamlar
yaşayır.
Evləri
də, küçələri
də balacadı...
O damlarda ilin-günün bu vaxtı
pəncərədə damlalar da
lal-dinməzdi- danışmır.
Tavana ha
yağış yağsa
da
bir soba yandırırsan,
alışmır
Canın
yanıb, kül olsa da...
...Bir də zərrə-zərrə,
xəyal-xəyal adamlar
var e
Baxırsan, sübh şəfəqidi...
Əlləri bulud-bulud uçan,
gözlərində göy üzü açan
dalğın dalğalar
kimidi...
Bir də günəşi görməyəndə
ruhunda günəş
dəmləyər onlar.
Sevdiyi rəngə günəş
deyər uşaqlar...
Yəni
kimisinin günəşi
mavi,
dənizi sarı...
Şşş... Susun! Əksini
söyləməyin!
Belə
xoşbəxt olurlar o
damın adamları...
Açın pəncərələri yaşıl yarpağa sarı...
Görün!
Bir-birində can bulan o ürkək budaqları,
bir-birini sükutla
sevən qar dənələri...
Daha heç nə demirəm,
bağlayın pərdələri!
Nə gözəl dərd
çəkirəm...
Mən indi qara gecələrin
divanə Leylalarından...
Mən indi həsrəti atam kimi,
anam kimi bağrıma basıram.
Sağ olsun, heç getmir qapımdan,
Sağ olsun, çəkilmir dumanlar başımdan.
Bilmirlər əynimə
don biçmişəm göz
yaşımdan...
Mən indi anamın buludlanan gözlərində
ağrı çəkirəm,
xəbəri yoxdu.
İndi
anamdan, atamdan çox
xatirələrə bənzəyirəm...
İndi
əllərim bulud,
saçlarım hüzn...
Nə gözəl dərd çəkirəm,
nə gözəl sevir məni göy üzü...
Qışlar çöküb təqvimimə...
Təki
qırışlar çökməsin
sevdiyim ana üzünə,
sevgili göy üzünə...
İndi
hamı məktub yazar göz yaşına...
Sonra göndərər
gözlərimin göylərinə.
Gözlərim də heç qocalmayan,
üzü qırış
götürməyən o
"Ana damlaların" dolanar başına...
Və...
Ana damlalar bir gün anamla
köçərlər ürəyimə.
Öpərəm əllərindən...
Anama müjdə verərəm:
- Bax, göz yaşım ana oldu, ana!
Yolçu...
Küləklər... anam küləklər,
külümdə yanan küləklər...
Gözlərimdə çiçəklənən,
saçımda solan küləklər...
Nədi? Nə haray
salmısız?
Yad qapıda qocalmısız...
Nə olsun ki, qayıtmısız
Virandı o dam, küləklər.
...atam öldü... torpaq, üşü!
...gülün soldu... yarpaq, üşü!
...ahım oldu Allah... üşü!
Fərmanım edam, küləklər.
Eyy, uçurum! Bu nə qədər?...
...çölü yalın,
içi kədər.
Qərib
yolçum, bir nəfəs dər!
Əridi
son "şam küləklər..."
Bax, evimin ömrü qərib...
Hamı ondan üz döndərib.
Tanrı
göyə günəş
sərib...
Sübh
nədən axşam,
küləklər?..
...ağac adam,
toxun mənə
Budağınam... oxun mənə.
Burax gəlsin qoxun mənə...
Çəkil yolundan, küləklər!
Ömür-səhra, ölümsə
- qum...
Göyə üfür, gözünü
yum.
Ocaq-ocaq
külünü soyun...
Yuxuydu... oyan,
küləklər.
Aydan AY
Ədəbiyyat qəzeti.- 2018.-
3 mart.- S.32.