Bu eşqlə
Gənc yazıçı Günel
xanımın atası
xalq yazıçısı
Anarın, anası akademik, musiqişünas Zemfira
xanımın
55 illik həyat hekayəsinə həsr
etdiyi filmə baxdım
Hər
qızın hünəri deyil
Atasına,
anasına,
İki
könül dünyasına,
Beşiyinə,
laylasına
Layla desin
öz dilində,
Bakirə
bir qız dilində.
Bu Zemfira,
o da Nigar,
Biri Rəsul,
biri Anar.
Sən
onlardan yadigarsan,
Onlar da səndən
yadigar, -
Bu əsərin
adı deyil,
Həyatdı,
"həyati" deyil.
Gül
açsın Göyçayın narı,
Sevindir
atan Anarı.
Onun gəncəli
tərəfi, -
Onun o bəy
babaları
Gedəndə
millət yolunda,
Şax
durdular qətl yolunda.
Gör
kimlərin nəvəsisən,
Gör
kimlərin əvəzisən.
Sən bu
eşqdən doğulmusan,
Sən də
bu eşq töhfəsisən.
Bu
eşqlə yaşayın, Anar!
Səksəndən
başlayın, Anar!
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.4.