Anarı düşünmək...
Özü ilə söhbətdə Anar həmişə mənim üçün
"Anar müəllim",
haqqında yazanda isə "Anar" olub. Görünür, onun adının
"müəllim"siz yazmamız
60-cı illərdən bəri
bizə gözəgörünməz
mənalar sızdırıb.
Adını etiketsiz yazdığımız yazıçının
"Anar" adı
"məllim" tələffüzündə
və müraciətində
özünün ideolojiləşməsini
və riyasını
göstərən Sovet
ziyalı mühitindən
qıraq olan başqa dünyanı simvolizə edirdi. Bu qıraq dünya
modernitenin, Bitlzların,
Sartrın dünyası
idi. Bu qıraq
dünya həsrətində
olduğumuz Türkiyənin
qoşulduğu dünya
idi.
Sovet ədəbiyyatında
formaca bütün rəngarənglik cəhdlərini
sosialist realizminin ideoloji çərçivələri
hürkək etiraza çevirirdi. Ona görə də bu ədəbiyyatın söyləmlərini, narrativlərini olsa-olsa, kənd dünyası ilə bağlı ləhcəli
nəsr pozurdu. Sosialist realizminin normativ əsərləri fonunda Anarın hekayələri,
sonra isə romanları sanki rusdilli Azərbaycana doğma olan moderniteni simvolizə edirdi. 60-cı illərin biz yeniyetmələri
bu modernitenin Azərbaycan variantını
arzulayırdıq. Ancaq arzumuza
millətçiliyimizdən gələn narazılıq
xal salırdı.
Çünki bu dünyanın
rusdilliləri biz türkdilliləri
Şərqin ətalətini
daşıyan gənclər
aurasında görürdülər.
İki Azərbaycan arasında uçurum o qədər böyük idi ki, bəzən bir-birinə qız verib qız almaq da problem olurdu. Bax, bu durumda birdən-birə Anar bizə ərməğan oldu. O rusdilli olmayıban Avropanı millətçiliklə,
- azərbaycançılıqla sintez edən parlaq intellektual və sənətçi kimi parladı. Anar Əli bəy Hüseynzadənin "Avropalaşma-türkləşmə-islamlaşma"
çağırışının
60-cı illərdə parlaq
təcəssümü oldu.
Mən o
çağlar Əli
bəy Hüseynzadənin
çağırışını bilməsəm də, düşüncələrimlə, dəyərlərimlə Avropa
aurasında görünən
liberal əxlaqlı gənc
olmaq istəyirdim.
"Mən" deyirəm, ancaq bilirəm ki, belə "mən"lər
oçağkı yeni
nəsildə çox
idi. Anar imici bizə
bu yaşama pafosunu konkret görüntüdə, örnəkdə
göstərdiyi üçün
rəmzi oldu. XXI yüzildə Anara
qarşı danışmaqla
diqqəti qazanmaq istəyən bir çoxları bu söylədiklərimi bilməzlər.
Onlar bilməzlər ki, leninizmlə, bolşevizmlə zəhərlənmiş
Sovet loqosferində (yəni söz dünyasında) "Molla
Nəsrəddin - 66"nın
hekayələri həm
məzmunca, həm
modernist adı ilə
bizim üçün
nə idi. Mən çağdaş Azərbaycan
ədəbiyyatında ilk dəfə
ürəkdən gülmüşəm
Anarın "Qaravəlli"sini
oxuyanda. Onun Təhminəsi
emansipe etmiş qadını olsa da, Cəfər Cabbarlının Almazından,
Sevilindən fərqli
olaraq ekzistensialist kədərdə idi.Sovet estetikası ədəbiyyatdan
sarsılmaz nikbinlik tələb etdiyi bir zamanda Təhminə
bizə daha maraqlı Azərbaycan qadınını göstərmişdi.
Məni
Anar yaxşı bir rəylə Rəhman Bədəlova və Vaqif İbrahimoğluna
təqdim edib tanış etmişdi, ona görə də onlarla həməncə curlaşdıq. Mən Moskvadan gələndə
Azərbaycan mətbuatında
hələ öyrəşilməmiş
yöndə yazılar
yazmağa başlamışdım.
Heç
yerdə onları çap etməzdilər.
Məhz Anar "Qobustan"da çap etdi və bu yazılara
görə də Rəhmanın, Vaqifin rəğbətini qazandım.
Azərbaycanda ilk dəfə edənlərin,
ilk dəfə deyənlərin
siyahısını tutsan,
Anar orada ən yuxarı yerlərdən birində olar. Onun haqqında tərbiyəsiz,
sayğısız "tənqid
janrında" danışanlar
bunu bilməzlər.
Birinci dəfə etmək və demək elə də asan deyil, qara
yığnağın qınağı
ilə üz-üzə
qalmaqdır. Anarın yaradıcılığı
haqqında bəndəniz,
artıq özünün
çox bəyəndiyi
məqalələrini yazıb.
Ancaq arzulardım ki, yeni nəslin
intellektualları bilsinlər,
Anara qayıtmaq, Anarı düşünmək
Azərbaycanı maraqlı
yöndən düşünmək
ola bilər.
Niyazi MEHDİ
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.12.