Quzey təbriki
Təəssüflər olsun ki, o səksən illik ömür-gün bayramını ədəbi baxışlarımıza görə yollarımızın ayrılması hesabı bir növ quzey səmtindən təbrik etməli oluram (Həmin yol ayrıcı zamanı kiçik bir söz güləşimiz də olmuşdu.
- Anarı birinci dəfədir qəlyan çəkən görürəm.
- Vaqif Nəsib kimi dönüklərin ucbatından).
Sonralar da qurultayda yazıçı
biletimlə və Anarla xudafizləşməli
oldum. Amma böyük ustadım,
qayğıkeşim Rəsul
Rzanın müridi olaraq qaldım. Elçinin qayğısı, müqəddiməsi
ilə işıq üzü görmüş
axırıncı kitabımı
- "Rəngli günlər"i
də rənglərin
simfoniyasını yaratmış
Rəsul Rzaya ithaf etmişəm.
Mən həmişə
ötən illər ərzində Anarın insanlığına rəğbət
bəsləmişəm. Anar kimi
bir dostdan hər cür məclislərdə kənarda
qaldığımdan təəssüflənmişəm.
Bu günlərdə ürək
narahatlığı keçirdiyinə
də ürəkdən
narahat oldum.
Səksən illik ömür bayramınızda başınızdan
yerli-yersiz təriflər
yağır. Onsuz da yüksək
adlar, mükafatlar almısınız. Onların çoxunu
üfürülmüş, şişirdilmiş alabəzək
şarlar hesab eləyib, inanmayın.
Sizə şərxahım deməyimə
də darılmayın. Onsuz da neçə illərdi vəzifəyə
(onunla bağlı tədbirlərdə, iclaslarda
iştiraka) yaradıcılığınızın
müəyyən hissəsini
qurban vermisiz (Mən
şəxsən vəzifənizi
əyninizin dar paltarı hesab edirəm). Ona görə Anarvari
yumorla gülümsəyib
qarşılayın.
Nəsihətlərinə bəlkə də iranlılardan çox bizlərin qulaq asdığı Şeyx Sədi Şirazinin aşağıdakı
məzmunda bir beyti var:
Xudavənd istəsə əgər
Şərxah da xeyrə səbəb
olar.
Mənim yuxarıda söylədiyim
tikanları çox olmuş quzey dəmətini də bir növ şəfalı
dərman otlarına bənzədin. Dərmanın əvvəl acılığı,
sonra şirinliyi bəlli olur.
Səksən yaşınızı quzeyimdən
səslənib bax beləcə alqışlayıram. Bir daha özünüzü Vaqif
Nəsiblərdən deyil,
məddahlardan qorumanızı
arzulayıram.
Vaqif Nəsib Sarıhüseynoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 10
mart.- S.14.