Mübarəksən
Səksən il bundan əvvəl, martın 14-də Rəsul
Rzanın və Nigar xanım Rəfibəylinin ailəsində
bir oğlan uşağı dünyaya
gəldi, adını
da Anar qoydular.
O günə qədər
Azərbaycanın tarixində
Anar adlı adam olmayıb
- bu, bir ilk idi. Anar böyüdükcə,
məşhurlaşdıqca, sevildikcə onun adı da tirajlandı;
indi ölkədə nə qədər desən Anar adında adam
tapmaq olar və bunların hamısı bizim Anardan kiçikdirlər -
adları Anardan törəmə adlardı.
Bu, Azərbaycanın son səksən ildə adqoyma ilə əlaqədar hamımızın
muşahidə etdiyimiz
real mənzərəsidir.
İndi
isə başqa bir reallıq haqqında...
İllər keçdikcə Anar böyüdü, həddi-buluğa
çatdı, təhsil
aldı, bədii yaradıcılıqla məşğul
olmağa başladı. Və yenə
də illərin yaxından köməyi ilə Anar yazıçı
oldu - ilk addımlarından
tanındı, tanına-tanına
sevildi, sevilə-sevilə
məşhurlaşdı.
Anar adından törəmə
adlar meydana gəldiyi kimi, yazıçı Anarın
da özündən yeni keyfiyyətdə Anarlar törəməyə
başladı: Ata Anar,
dramaturq Anar, publisist, kinossenarist, rejissor Anar, baba Anar... və
bu yaxınlarda dünyaya gələn Muradın birbaşa və yaxından köməyi ilə ulu baba Anar...
Mən bu Anarların hamısını
yaxşı tanıdığımdan
deyə bilərəm
ki, onlar bir-birindən maraqlı, səviyyəli, istedadlı,
biri digərini təkrar etməyən Anarlardı.
Və bir-birindən
maraqlı, səviyyəli,
istedadlı, biri digərini təkrar etməyən Anarlar yığışıb, indiki
dillə desək, bizim sevdiyimiz Anarı təsisi elədilər - yaratdılar.
Bu, mən baxan tərəfdən görünən
Anardı.
Əzizim
Anar! Səksən il bundan
qabaq bu dünyaya xoş gəlmisən! Mübarəksən!
Seyran SƏXAVƏT
Ədəbiyyat qəzeti.- 2018.-
10 mart.- S.15.