Sərhəddən o tayda kimlər görünür

 

Bozarmış bir xatirənin təzələnməsi

 

Bir neçə il əvvəl Alma Atada olarkən Anarın 50 illik yubileyi ilə bağlı xatirələrim təzələndi yenidən 1988-ci ilin yazına qayıtdım. O vaxt "Ədəbiyyat incəsənət" qəzetində Anarın 50 yaşı ilə bağlı təbrik mətni bir fotosu çap olunmuşdu, mən o şəkli səliqə ilə kəsib çərçivəyə salmış, kitab rəfimin ən görünən yerində qoymuşdum. Anar mənim üçün "Molla  Nəsrəddin - 66"dan başlayırdı. Duzlu atmacalar, yerində olan yumor hissi, dövrə, cəmiyyətə qarşı fərqli bir üslubda etiraf adı çəkilən mətnin əsas qayəsi idi. Yəni, sadə səlis yumorun konkret hədəfə ünvanlanan ironiyasının kefini yaşamamaq mümkün deyildi. Sonrakı sevgilər isə mənim üçün daha ciddi oldu. Bəlkə, vaxtsa kinossenarist olmaq arzusuna düşməyimin səbəbkarı da elə Anar olub. Azərbaycan kino tarixində "Gün keçdi" filmi qədər lirik, ədəbiyyatında "Gürcü familiyası"  hekayəsi qədər romantik bir hekayə xatırlamıram. Bu barədə fikirlərimi bir neçə il əvvəl "525-ci qəzet"də  çap olunan "Anar imzası ekranda: "Gün keçdi"dən "İblis"ə qədər"  adlı  məqaləmdə  paylaşmışam. Bu gün xatirələrimdə qalan başqa bir fakt - Anarın qıpçaq səmimiyyəti ilə sevilməyi - barədə danışmaq istəyirəm.

Qazax tanışlarımdan biri məndən ədəbiyyatda ideal olaraq kimi seçdiyimi soruşmuşdu mən düşünmədən Anar demişdim. Əslində, bir anın içində yüzlərlə imzanı simanı xatırladım. Gerçəkdə sevdiyim dəyər verdiyim yazarlar  çox idi eqoistcəsinə bu vaxta qədər onlardan kimisə ideal seçmək barədə düşünməmişdim. üçünsə 88-ci ili xatırladım... üçünsə Anarın qəzetdən kəsilərək çərçivəyə salınmış şəkli düşdü yadıma ağlıma gələn cavabı qətiləşdirdim. "Yəqin ideal o kəsdir ki, şəklini illər uzunu gözünün qarşısından asırsan. Mən iyirmi ildən çoxdur ki, Anarın şəklini qəzetdən kəsib kitab rəfimin görünən yerində saxlayıram. Sevdiyim yazarlar çoxdur, amma çox güman ki, mənim üçün dəyişməz qalan imza - Anardır". Qazax dostum bu sözə bənd imiş kimi, Anar haqqında xeyli xoş sözlər danışdı onun mənim tanıdığım sevdiyim Anar haqqında bu cür xoş sözlərini eşitmək xoş bir duyğu, bu cavan oğlanın Azərbaycan ədəbiyyatına olan sevgisini bu sevgiyə stimul verən imzanın məhz Anar olduğunu dinləmək gözəl idi. Hiss olunurdu ki, adam Anarı diqqətlə, sətir-sətir oxuyub.

 

"Mən, sən, o telefon"

 

Dostum məndən "Hekayə hansı sözlə başlayır?" soruşdu cavab verməyə çətinlik çəkdim. Susduğumu görəndə gözlərini üzümə dikib qazax dilində nəsə dedi, xırdalığına qədər başa düşməsəm , söylədiklərinin ölümlə bağlı olduğunu anladım. Sonra da rus dilində "dünən sənin telefonun öldü" dedi. Xatırladım... "Ölən ancaq adamlar olmur ki... Telefon nömrələri ölür..."

Sonra bu hekayə haqqında uzun-uzadı söhbət etdik, hekayənin motivləri əsasında "Mosfilm"in çəkdiyi filmi xatırladıq.

 

"Dantenin yubileyi"

 

Kəbirlinskini unutmaq olarmı? Köhnə xatirələrin, pafos teatrının, səmimiyyətin saflığın bir parçası. saçlarını həmişə səliqə ilə yana darayan, yaxası nişastalı köynəyini, uzun paltosunu, buxara papağını illərdən bəri qoruyub saxlayan, sərtləşən, azğınlaşan, güzəştsiz dünyada darıxan, özünə yer tapa bilməyən Kəbirlinski. Rəhmətlik Həsənağa Turabov o obrazı elə gözəl yaratmışdı ki... Bəs o xarakterin rəsmini çəkən Anar necə?

Dostumun gözlərindən onun Kəbirlinskiyə olan sevgisini oxumaq çətin deyildi. Əgər mənə diqqətlə baxan olsaydı, yəqin mənim gözlərimdən Kəbirlinskiyə olan açıq-aydın həsədi duymaq olardı.

 

 Nöqtəli vergül...

 

"Siz dünən  Anarın şəklini qəzetdən kəsib çərçivəyə saldığınızı deyəndə sözün düzü, çaşıb qaldım. Mənim ofisimdə Anarın şəkli var. Ağ-qara bir şəkli. Mən çərçivəyə salmışam onu hər dəfə o şəklə baxanda nədənsə Kəbirlinskini xatırlayıram..."

Bu sözləri qazax dostum deyirdi. Sözlərindən başa düşdüm ki, Anara, onu yaradıcılığına olan sevgi maraq təkcə onun özü ilə məhdudlaşmır. Ailədə Anara olan sevgi atadan başlayaraq bütün ailəyə ötürülüb. Bunun şahidi olmaq bu fikirlərə inanmaq çox da çətin deyildi. Dostumun Qazaxıstan parlamentinin məsul işçisi olan böyük bacısı Astanaya yola düşməzdən  əvvəl  həyat yoldaşının təyyarəyə gecikə bilərik çağırışlarına məhəl qoymadan Anarın yaradıcılığına münasibət bildirməyi, iri metallurgiya zavodunun sahiblərindən biri olan digər bacısının özündən başqa qızına da Anarın yaradıcılığını sevdirə bildiyini söyləməsi məndə xoş ovqat yaratmaqla bərabər, həm bir qürur hissi oyadırdı.

Ayrılarkən, demək olar ki, bütün ailə üzvləri "Anar müəllimə bizim salamlarımızı çatdırmağı unutmayın", - sözləri sadəcə, protokol xətrinə deyildi.

 

sonda...

 

Qazaxıstanda qıpçaq səmimiyyəti ilə Anara olan bol-bol sevginin şahidi oldum... Mən bu sevgini zaman-zaman təkcə Qazaxıstanda yox, Polşada, Ukraynada, Türkiyədə, Almaniyada da gördüm duydum.

Həm Kəbirlinskiyə həsəd aparan insanlara qoşulub həsəd aparmaqdan böyük zövq aldım...

İndi zövqlə deyirəm: "Anar çağdaş ədəbiyyatımızın canlı klassikidir. Onun adı M.F.Axundov, Mircə Cəlil, C.Cabbarlı, Ə.Haqverdiyev kimi imzalarla yanaşı durur."

 

P.S. Hörmətli Anar müəllim, 80 yaşınızı ürəkdən təbrik edirəm.

 

Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.21.