Balayar Sadiq “Qizilbas
fəsli “ni təqdim
etdi…
Müstəqil.Az
xəbər verir ki, bu gün Azərbaycan Yazıçilar
Birliyinin “Natəvan” klubunda tanınmış şair Balayar
Sadiqin Sah İsmayil Xətaiyə həsr olunmus “Qizilbas fəsli
” kitabının təqdimatı keçirilib.
Tədbiri
giris sözü ilə açan Xalq sairi Fikrət Qoca müəllifin
yaradıcılıq uğurlarından geniş söhbət
açdı və onu istedadlı şair kimi səciyyələndirib.
Daha
sonra tədbirin aparıcılığını görkəmli
şair Ağacəfər Həsənliyə həvalə
edib. A.Həsənli “Qızılbaş fəsli”nin məziyyətlərindən
bəhs edib.
Kitab haqqında gorkəmli tənqidçi, professor Vaqif Yusifli, tanınmış şair, dosent “Ədəbiyyat qəzeti” nin baş redaktorunun müavini Adil Cəmil, Yazıçılar Birliyinin idarə heyyetinin uzvi, “Azerbaycan” jurnalının poeziya şöbəsinin müdüri, tanınmış şair Qəşəm Nəcəfzadə, kultroloq Aydın Xan, şair Şöhrət Əfşar, polkovnik Hikmət Ağayev, “Qafqazmedia” İB-nin sədri Hacıxanım Azadə Taleh, “Qobustan” jurnalının şöbə müdüri, şair Narıngül, yazıçı Qəni Camal və başqaları çıxış ediblər. Natiqlər bilavasitə istedadlı şairin milli-mənəvi dəyərlərimizin mahiyyətini bədii sözün aynasında ustalıqla canlandırmasını, azərbaycançılıq ideyalarının təbliğində sərgilədiyi yüksək vətəndaşlıq və dəyərli sənətkarlıq məharətini geniş təqdir etmiş və Balayar Sadiqə yaradıcılıq uğurları arzulamışlar. Tədbir həqiqi söz-sənət uğuru kimi dəyərləndirilmişdir.
Ədəbiyyat qəzeti.- 2018.- 17
mart.- S.32.