Şair Sabir Sarvan Soltanoğlunun vəfatından bir il ötdü. Ruhuna rəhmət
diləyərək arxivində qalan şeirlərdən bir neçəsini təqdim edirik.
ŞÜKRANLIQ
Sözə
bənd elədi, şükür Tanrıya
Şükür, nəzərini məndən
kəsməyib.
Mən sözün üstündə
elə əsmişəm,
Heç anam üstümdə elə əsməyib.
Qəlbin
sevincini, qəmini tapdım,
Sözün gül üzündə,
bal dodarında.
Ömür dedikləri quruca
sözmüş,
Asılı qalıbdı lal dodağında.
Nə itir, nə batır,
söz əbədidir,
Uzağı kül altda közə çevrilir.
Dünən deyə-gülə söhbət
etdiyin,
Bu gün xatirədi,
sözə çevrilir.
Söz
deyil, deyirlər sözdü bu dünya,
Düşüb nə xoş güzar, nə xoş iş mənə.
Məni
nəfəs-nəfəs sözə
bağlayan,
Verəndə dünyanı veribmiş mənə.
Sözə bənd elədi,
Tanrıya şükür,
Ömrüm söz ömrüdü, uzun olacaq.
Bu dünya yarandı bir kəlmə sözdən,
Elə sonunda da sözün olacaq.
***
Könlümdə
qalmışdı nəsə, necə ki...
Qar qalar dağların uca yerində.
Bir qönçə gözələ
meylimi saldım
Gördüm, məni görür xoca yerində.
Adımdan
nişanə qalmadı məndə,
Dedim qoy dil açım
ölüncə gündə.
Nəfəsim təngidi, külək
əsəndə
Tüstü belə olur baca yerində.
Biləndə
nə imiş dərdim - təlaşım,
Buladı başını, qaldırdı
qaşın.
Gözləri soruşdu: - "neçədir
yaşın",
Qocasan, qaxıl öl, qoca yerində!
İTKİ
İtkilər
içində keçirdim ömrü,
Neçə doğmam getdi, əzizim itdi.
Dəhnədən gələrdi,başdan
gələrdi
Çaylarım qurudu, dənizim itdi.
Yarandım
elə bil sürgünə düşdüm,
Qor kimi çoxunun kürkünə düşdüm,
Adamlar içində bir günə düşdüm
Allahın yanında gör üzüm itdi.
Üzlərdə fərəhdən daşqı
görmürəm
"Göylərin mehrabı eşqdi"-görmürəm
Yaxşı ki, dünyanı
yaxşı görmürəm
Sol gözüm tor görür,
sağ gözüm itdi.
Bağladım
ümidi boş sabahlara
İnandım ürəyi daş
sabahlara
Sizi tapşırıram xoş
sabahlara
Mənim Günüm batdı, gündüzüm itdi.
***
Hardan
alım bir zaman
Bala dönən ömrümü
Göydə şimşək, Yerdəsə
Selə dönən ömrümü.
Qara yellər apardı,
Şirin
dillər apardı,
Oğru
illər apardı,
Lələ dönən ömrümü.
Kitab idi
bağlanıb,
Öndə qəbir dayanıb,
Tökün başıma yanıb,
Külə dönən ömrümü.
***
Nə
şirindir gecələr
Şeirin oduna yanmaq.
Bir sətrin üstündə
Dönüb-dönüb dayanmaq.
Ağappaq
bir kağızı
Edəsən gecə kimi.
Ürəyinin vurğusu
Bölünə heca kimi.
Hər sözün öz ağrısı,
Öz rəngi,
qiyafəsi.
Dilin ucunda ola
Gəlməyə qafiyəsi.
Bayırda ulduzlu göy
Aynada siluetin.
Çörəyin olmasa da
Bol ola siqaretin.
Səhər bütün yazdığın
Tamam gözündən
düşə.
Axşam
düşüncə yenə
Atılasan "döyüşə."
Ah, nə
şirin duyğudur
Sözün oduna yanmaq.
Bitirib bir nəğməni
Qalib kimi dayanmaq.
İLQARLI DOSTUM
Məmməd
İlqara
Mənim
təcnis dostum,
gəraylı
dostum.
Yaddaşı ilqarsız
ilqarlı
dostum.
Yenə
səhərəcən
səni
düşündüm,
Yenə ürəyimdən
qara
qan axdı.
Sənin yaddaşının
itdiyi gündən
Mənim bütün dostlar
yadımdan
çıxdı.
BARIŞ ADAMI
Əlvida,
Əmrahoğlu
Dosta yaraşıq kişi.
Çöhrəsu nur məskəni,
Ürəyi işıq kişi.
Yoxsan,
düşünürəm ki,
İnsan quru sədamı?
Fikrimdə ad qoymuşdum
Sənə: "Barış adamı".
Dərin
çaylar kimiydin,
Sakit - sakit axardın.
Ən köntöy adama da
Bir bəraət
tapardın.
Ancaq ucalıq gəldi,
İnsan
adına səndən.
Yanıma
qalxın dedin,
Enmədin mərtəbəndən.
Köçün-kəcavən
getdi
Mələklər qanadında.
Qaranlıqda bir çıraq,
Belə qaldın yadımda.
Sabir Sarvan Soltanoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 17
mart.- S.27.