İnsan mənzərələri
Pirayə xanıma
Əvvəli ötən sayımızda
Burhan
Özedar
1925-dən
1934-ə
kimi
800
kilometr uzunluğunda
dəmiryol xətti
inşa
etdirdi.
1935-də
film
çəkmək
keçdi
ağlından,
sivaslı
Əhməd paşaya dair.
1936-da
dəmir
soba
fabrikası
qurdu.
Elə
həmin
ildə
sivaslı
Əhməd paşanın
həyatından bəhs edən kitabın
ilk
nüsxələrini nəşr etdirdi.
1937-də
mədən
açdı
Ərzurum
dağlarında,
1938-də
vaqon zavodu...
1939-da
oğlu
Berlindən qayıtdı,
mühəndis
kimi.
1940-da
arvadını,
qızını
Sivasa -
gözdən-könüldən uzaq,
eyni
zamanda,
təhlükəsiz
yerə göndərdi.
Burhan
Özedar içki içməzdi,
amma
haram
şeylərə meyilli idi -
əyləncə yerlərinə,
məsələn,
bala gedərdi,
arvad-uşağı getməsə belə...
Qızı
amerikan
kollecində oxuyurdu,
başına
beretdən
başqa
bir
şey qoymurdu.
Burhan
Özedar da
qızı kimi,
amerikan
mallarına
həvəsli idi -
məsələn,
yalnız
dollar yığırdı...
Və
bu il
yazdığı
vəsiyyətnamədə
sərvətinin
yarısını
ailəsinə,
yarısını xeyriyyə işlərinə
ayırmışdı.
Halbuki
1951-ci ildə
yazdığı vəsiyyətnamədə
sərvətinin
dörddə
birini ailəsinə,
dörddə üçünü isə
xeyriyyə
işləri üçün
nəzərdə
tutmuşdu...
Bəzən
onun
ən
yaxınlarını belə
təəccübləndirəcək
qədər
yalan demədiyi
anlar olurdu.
Belə
anlarda
sol
gözünü
daha
tez-tez qırpırdı,
ağlamağını
gizlətməyə çalışan
adamlar
kimi...
Bir səhər
Baş
mühəndisinin
otağına
girib,
başladı söhbətə:
- Mən
vəsiyyətnaməmi
dəyişdirdim.
kiməsə
hesab
verməyə
borclu
deyiləm.
Bu mənim şəxsi işimdir.
Bu işdə
heç
kim
məndən
hesab
sora bilməz,
cənabi-haqdan savayı.
Amma
insanlar qəribədir,
ya da
mən qəribəyəm,
bir
şey tıxandı boğazıma,
deməsəm,
boğacaq
məni:
böyük pulu
alnının
təri ilə
qazana
bilməzsən.
Başqalarını
bilmirəm,
amma,
mənim
pulumun özülündə
alın
təri
deyilən
şey yoxdu.
İlk
vaxtdan
bu, ayan-bəyan,
məlum
idi mənə,
sonra
unutmağa başladım,
elə
bil, yavaş-yavaş,
daha
doğrusu,
sərf
elədi unutmaq -
dünya
budur:
insan
ayaqları üstə qalxır,
yeriyir,
çıxır yoxuşu,
sonra elə
olur ki,
çıxdığı qına
bir daha
dönüb baxmır.
Bizi
qanadlarına
alıb,
yeddi
qat yerin
dərinliyindən
çıxaran,
budumuzdan kəsdiyimiz
əti
belə yeməyən,
saxlayıb,
axırda
özümüzə qaytaran
Zümrüd
quşunu
Qaf
dağına
yetişər-yetişməz
unuduruq,
sanki
elə
bu cür də olmalı imiş...
Belə-belə
işlər, bəyim...
Zülmətdən
işıqlığa
çıxdıqmı...
Hə,
nə
deyəcəkdim,
dünən
iki usta
qəlibçi
gəlmişdi,
yanına
göndərdim,
bir
yaxşı-yaxşı
imtahan
elə,
yarasalar,
işə
al.
Hə,
bir də
atelyedə
iş saatını
hər
gün
beş dəqiqə
uzat.
Haydı,
hələlik,
xoşca
qal...
Və
o gün
axşama qədər
sol
gözü
açılıb-yumuldu
Burhan
Özedarın,
islaq-islaq
və
ara vermədən...
Anadolu
sürət
qatarına mindilər:
yola
salınan böyük adam,
minbaşı,
millət
vəkili
və həkim
Təhsin,
bir də
Burhan
Özedar.
Böyük
adamı
yola salanlar
başlarını bir az da əydilər.
Və
Əhməd onbaşı hələ
də
farağat
vəziyyətində -
dimdik
dayanmışdı.
Fəqət
belə
düşünmürdü artıq:
"Hə,
dayan, həmşərim,
axırına
çıxdıq..."
Vağzal
saatında
on səkkizə
iki
dəqiqə qalır.
Bir az aralıda
bir
qadın dayanıb -
nə
elə gözəl,
nə elə
çirkin,
amma
gözəlləşməyə meyilli,
nə
elə gənc,
nə elə
qoca,
amma
gəncləşməyə meyilli,
gözləri dalğın,
fəqət
bu
dalğınlıqda
qəlbin
müqəddəs
istəyi var.
Aralandı
sımsıx
sıxılmış
dodaqları,
müdhiş
bir
şeyə
qərar
vermişə
bənzəyir.
Dünəndən
bəri
furqona
şey-şüy yükləyən,
ara-sıra dayanıb
tərini
silən
gənc
hambala baxmaqdadır.
Dəliqanlının
beldən
yuxarısı çılpaq,
bir az əvvəl
çıxarıb
atmışdı köynəyini,
qolları əsmər,
əzələli,
yoğun,
geniş
köşkü tük içində,
dodaqları ətli,
qartalburun,
ağır kisələri
qucaqlarkən,
qaldırarkən havaya,
bədəni
yay kimi gərilirdi...
Bu hamballa
bir kərə
yatmaq
və
bağıra-bağıra,
bir, on,
yüz,
min
çocuq
doğmaq ondan:
əsmər,
qumral,
qızıl,
sarı...
Vağzal
saatı
on doqquzu
göstərirdi.
Tərpəndi
Anadolu sürət qatarı...
Ərzincanda
bir quş var,
Qanadında gümüş var.
Yarım
getdi, gəlmədi,
Görən
bunda nə iş var?
Axşam
oldu, uca dağlar,
Uzaqlar
seçilmir,
Könüldür, keçilmir.
Axşam
oldu,
yandıra
bilmədim şamımı.
Göy dağlar qaraldı, gəl.
Axşam düşdü, gün batdı.
Axşam
düşdü
yenə
qərib olana.
Axşam oldu, neyləyim?
Axşam
oldu,
basdı
məni qaramat,
Axşam
oldu,
sevinməyin vaxtı keçdi.
Anadolu
sürət qatarı
şütüyüb
keçdi...
Ay
doğar, aşmaq istər,
Qurd
qızı yaşmaq istər,
Bu mənim
qərib könlüm
Yara qovuşmaq istər.
Ay
doğar ayan-ayan,
Ay
doğar çini-mini.
Ay
doğar, ayazlanar,
Ortalıq bəyazlanar.
Bəyazlandı
ortalıq .
Şütüyür
Ayın altında
Anadolu sürət
qatarı,
işıqların önünə
pərdələr
çəkilib.
çöldən baxanda
mavi
bir
şüşə kimi
görünür
qaranlıq.
Halbuki
bir
turunç şərbəti
rəngindədir içərisi
restoran-vaqonun.
Birinci masada
böyük
adam əyləşib,
yanında minbaşı,
üzbəüzündə
Təhsinlə Burhan
Özedar.
Burhan
Özedar dedi:
- Kəndlilərə
də,
fəhlələr
kimi,
bir
cür paltar
geyindirmək
lazımdır,
ucuz,
saya,
möhkəm qumaşdan -
həm
seçilsinlər,
həm
də,
lütdülər
həriflər...
Mən
bir layihə
hazırladım,
sizin,
yəni,
dövlətin
qumaş
fabrikalarına.
Müşavirlərinizin
ağlına
batmaya bilər,
siz bir
ihalə açın,
xərcini boynuma götürərəm,
amma
qanun istəyirəm,
sərt
qanun,
yoxsa,
bizim
danqanaq lütlər
o
paltarları geyinməyəcəklər -
qanun istəyirəm,
sərt
qanun,
boyunduruq
kimi,
tabe etsin
danqanaqları...
Millət
vəkili,
həkim
Təhsin
içki
şüşəsinə uzatdı əlini.
Uzun,
incə
qabda Qovaqlıdərə
şərabı.
Ankarada
bir macar
istehsal edir
bunu.
Reyn şərablarına
bənzəyir,
rəngi
açıq
sarı,
yəni,
altun sarısı -
ərimiş almaz kimi bir şey,
təsiri
yungül,
incə,
seklə
dömi sek arası...
Millət
vəkili,
həkim Təhsin
büllur
bakala süzdü şərabı
və
açıq
havada
şəfəqin
doğuşunu
seyr
edirmiş kimi
seyr
etdi bakalı.
Və
yumşaq
səsində
istehzalı
bir əda:
- Burhan bəyim,
- dedi,
bu geyim
işinə
çoxdan
başlandı məncə -
Sümərbank,
yəni
bizim,
yəni
dövlətimizin
bir bankı tərəfindən.
- Sümərbankınkılar
bir qəpiyə
dəyməz.
Kəndli alıb geyinmir.
Amma mənim
dediyim...
-
Anlayıram,
Burhan bəyim,
uniforma
kimi
bir
şey istəyirsiniz.
- Bəli.
Uniforma
kimi möhkəm
və
məcburi
geyiləcək bir şey.
Minbaşı
-
altmış yaşlarında,
qısaboylu
və
incəcik
səsini
qalınlaşdırmaq
istəyən
bir insandı -
qarışdı sözə:
- Bir
şeyə
hökmən
diqqət edilməlidir,
əfəndilər,
xadimə
ilə
zabiti
bir
tutmaq olmaz...
Hər ikisi uniformada?
Gülməlidir...
Millət
vəkili,
həkim
Təhsin
büllur
bakaldakı şərabdan
bir qurtum
içdi:
- Bizim
sahibkarlar
bu keyfiyyətdə
şərab
istehsal edə
bilmirlər,
amma edəcəklər.
Hətta
Şato İkəmdən
daha ləzzətlisini
istehsal
edəcəklər.
Burhan
Özedara sarı döndü:
- Sümərbankın
əlbisələri
bəlkə
mükəmməl deyil hələ,
amma
olacaq.
Fəqət
bütün
kəndlilərə
zorla
bir cür
paltar geyindirmək
olmaz.
Burhan
Özedar
sol
gözünü
qırpmadan
soruşdu:
- Niyə?
Bizə
şapkanı
zorla geyindirmədilərmi?
- Orda
zorla - inqilabdır,
burda
zorla - irticadır.
Və
nədənsə,
iş
adamlarımızda
bir
inamsızlıq var
dövlətə,
Halbuki
dövlət
onlara dəstək olur.
- Biz də
ona dəstək oluruq -
millət
vəkili,
həkim
Təhsin
cavab
vermək istəyərkən,
böyük adam
yavaşdan
dedi:
- Bir məsələ
qalmadı demək...
Amma,
elə
bil,
nədənsə
incimiş kimi
söylədi
bunu.
Ürəyini
bir məhzunluq
bürüdü
Təhsinin:
bir
başqa
insan gəldi
ağlına -
ölmüş,
bir
başqa
süfrə
gəldi ağlına -
dağılmış...
Düşündü
Təhsin:
"Müzəffər
bir
insandı ölən,
nəfsindən başqa
bir kimsəyə
güvənməzdi.
Müəzzəm bir qumarbazdı.
Hökmlü,
dalaşqan
və
hiyləgər idi,
insanlara
yuxarıdan
aşağı
baxardı.
Bu yerə
onun əli
ilə -
əli
pəncəli və ağır idi -
gəlməyimə rəğmən,
neçə
kərə ölməsini istədim.
Düşündüm:
süfrəsi
dağılınca,
üstümdəki
zandan da
dağılacaq...
Öldü.
Dağıldı süfrəsi.
Müsafirlərini
də
yanında
dəfn etdilər,
dəfn
etdilər
qəlblərində
qürur
hesab etdikləri
nə
vardısa,
onunla bərabər...
Mən
nə qədər
qoca olduğumu
onun
öldüyü gün anladım."
Boşqabına
göbələkli
balıq qoydu Təhsin
və
qızarmış
çörəyin
üstündəki
əti kəsərkən
böyük adama baxıb düşündü:
"Bu niyə onun kimi deyil?
Yaxın
dost idilər.
İşə
bir vaxtda
başlamışdılar.
İndi
necə
iztirab çəkir,
bilirəm.
Hamımızdan,
bütün
dünyadan küsüb.
Artıq
bir kimsəyə
nə
yaxşılığının,
nə
pisliyinin
dəyməsini istəmir.
Nə qorxunc şeymiş etinasızlıq.
Qapqara
bir qurd
qımıldanır
bu pəmbə,
bəyaz,
gombul
bədənin içində.
Və
bunun
ağrı-acısının
yalnız
ona dəxli var.
Bizə nə?
Amma,
yenə
də,
niyə
müzəffər olmadı
bu adam?
Nəyi çatışmır?
Ağlı?
Cəsarəti?
Var-dövləti?
Bəlkə
lazım
olduğu qədər
bişərəf
deyil?"
Ardı
var...
Nazim HİKMƏT
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.- 17
mart.- S.16-17.