Avrasiyada ilk sivilizasiyaların genezisində
qədim
türklərin və Azərbaycanın
rolu
Bu
gün məqaləsini "Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim etmək istədiyim filoloji elmlər
doktoru, professor Yuri Mosenkis, Ukrayna Ali Təhsil
Akademiyasının Beynəlxalq əlaqələr üzrə
vitse-prezidenti, elmi məqsədi
Ukrayna, Türkiyə, Qafqaz və Balkan dili mədəniyyətlərinin
öyrənilməsi olan Ukrayna Elm və Mədəniyyət
Tarixi (Pontus İnstitutu) İnstitutunun qurucusu, beynəlxalq aləmdə
də yaxşı tanınan, əsas
mövzularından biri türkolojinin öyrənilməsi
və təbliği olan "Dil
və tarix" jurnalının təsisçisi və baş
redaktorudur. Yeri gəlmişkən onu da deyək ki, nəşrə
başladığından bu günə qədər "Dil və
tarix" jurnalının səhifələrində Azərbaycanla
bağlı bir sıra məqalələr dərc olunmuşdur.
Avrasiyanın
qədim sivilizasiyalarının yaranmasında türklərin
rolunu araşdıran tədqiqatçılardan biri olan Mosenkis, qədim müəlliflərin
əsərlərində yer alan
əski zamanlarda Qara dəniz sahilində türklərin
varlığı haqqında (Herodotla başlayan) və proto-slavyan
dillərində türk təsiri ilə bağlı yeni
faktlar aşkara çıxarmış, türk-şumer dili əlaqələrinin
hipotezini inkişaf etdirmiş, Qafqaz türk dillərində,
türk-skif problemi ilə bağlı yeni fikirlər irəli
sürmüşdür.
Hələ neolit çağlarından Avropada, Şərqi
və Cənub-Şərqi Asiya, Amerika və hətta
Avstraliyada makro-türk dil ailəsinin təsirləri, türklərin
və qədim Aralıq dənizi folklorundakı yeri və dil
məsələlləri və s. Mosenkisin tədqiqat sahələridir.
Oxuculara təqdim
olunan bu məqalədəki elmi fikirlər, müəllifin
1989-2018-ci illər arasında otuz illik elmi tədqiqatlarının
qısa şərhi də sayıla bilər: Aradan keçən
bu illər ərzində türkolojinin əsas problemlərinə
yeni bir çözüm təklif olunmuş, gələcək
elmi araşdırmalar üçün geniş perspektivlər
müəyyən edilmiş, lullubeylər adının
etimoloji təfsiri Qədim Azərbaycanda şumerlərin
mövcudluğunu sübut etməyə imkan vermiş,
Şimali Qara dəniz türkləri haqqında (skiflər ilə
mümkün əlaqələr) qədim müəlliflərin verdiyi məlumatlarla
da təsdiqini tapan türkizmin varlığı ilk dəfə
elmi dəlillərlə isbatlanmışdır.
Məmməd
İSMAYIL
1. Modern türkolojinin
makro mədəniyyət problemləri
Müasir
türkoloji tədqiqatının ən mühüm və
perspektivli sahəsinə fikrimizcə,
aşağıdakılar daxil edilməlidir:
- dilin aqlutinativ sisteminin xüsusi dayanıqlığı
ilə əlaqədar türk dillərinin struktur sabitliyi
problemi;
-
Avrasiyanın qədim tarixində prototürk və qədim
yazılı türk dillərinin yeri, xüsusilə, qədim
Şərq dövlət quruluşu və mədəniyyətinin
formalaşmasında prototürklərin iştirakı (Hələ XIX əsrdən
bəlli olan) şumer və türk dili münasibəti,
türk və şümer dillərinin harmoniyası, eyni
zamanda şümer dilində görülən şümerdən
əvvəlki dil qatı ilə türk dil əlaqələrinin
ümumi xüsusiyyətləri;
- Sibirdə
var olan qədim nivix, ayn, çukot-kamçatka, eskimos-aleyut
dilləri ilə türk dillərinin qohumluq əlaqələri;
Altay dillərinin
Amerikanın yerli hindu dilləri və Sibir protoaltayların paleo-hindu dillərinin identifikasiyası və
eyni zamanda Altay dillərinə yaxın olan Avstraliya və
Amerika yerli dilləri paralellərinin mövcudluq səbəbləri;
- Skif və slavyan
dillərində türkizmin izləri,
qədim tarixçilərin ifadə şahidliyi ilə Antik
Şimali Qara dəniz sahilində (günümüz Ukrayna)
türklərin varlığı;
- neolit Avropasında
türk-monqol komponenti və
progerman dilinin türk-monqol
alt qatları ilə əlaqəsi;
- ən əhəmiyyətli
qədim türk mifoloji surət və şəkillərin
genezisi, xüsusiylə
bütün Avrasiyada yayığın olan Göy Tenqri kutu və ona yaxın olan şəkil
və adlar: (Şümer Dingiri (Tanrısı)"ulduz",
"Tanrı", qədim Çin Tiyanın
"göy", Polinezyanın Tangaroa "göy-tengri");
- qədim türklərin müqəddəs
dövlətçilik ənənələri
və Qərbi Avropadan Yaponiyaya ən yaxın paralellər.
2. Türk tarixinin az
bilinən səhifələri
Qədim türk sivilizasiyasının görkəmli tədqiqatçısı
L.N.Qumilyovun vurğuladığı kimi insanlıq tarixində
qədim türklərin dəyəri böyük idi, lakin bu
xalqın tarixi hələ də yetərincə
yazılmamışdır.
Akademik
N.Y.Marr (1864-1934), 1933-cü ildə Türkiyədə
keçirilən ilk dil qurultayında etdiyi "Aralıq dənizində
türklər, onların tarixi və Avropa mədəniyyətinə
verdikləri töhfələr" adlı məruzəsində
türklərin qədim dövrlərdən Aralıq dənizi
çevrəsində olmaları və onların Avropa mədəniyyətində qədim
dünyanın maddi və mənəvi mədəniyyəti təməllərinin
atılmasında
iştirakını danılmaz dəlillərlə
sübut etmişdir.
1933-cü
ildə İzmirdə etdiyi məruzəsində, Marr
vurğulamışdır ki, daha sonrakı tədqiqatlar nəticəsində
Aralıq dənizi tarixinin - Avropa
sivilizasiyasının beşiyi
olduğu sübuta yetirilmişdir: "Biz, şübhəsiz
ki, bu sivilizasiyanın yaradıcıları arasında
türkləri, türk dilinin şanlı rolunu və türklərin
tarixinin işıqlandığını görəcəyik".
Türkiyə səfərində Marra görkəmli
türkoloq, akademik A.N. Samoyloviç yoldaşlıq
etmişdir.
Marr uşaqlığından türk dilini bilmiş və
ona ilk gəncliyindən maraq göstərmişdir. O,
vurğulamışdır ki, tarixi sənədləşdirilmədə
Aralıq dənizini türksüz, türkü Aralıq dənizsiz
təsəvvür etmək mümkün deyil.
Fikrimizcə,
müasir təkrar düşünmədə, həmçinin
Azərbaycan Elmlər Akademiyası fəxri üzvü, elamit
dili və qədim Midiya dönəminin tədqiqatçısı
İ.İ.Meşaninovun və Qədim Azərbaycan tarixinin tədqiqatçısı
və Şimali Qara dəniz
türklərinin var oluşunu araşdıran Yampolski
(1911-1981) elmi miraslarını da nəzərdən
qaçırmamaq gərəkməkdədir.
3. Türklər, Şümer və
Elam
Böyük
paleoetnoloq qədim yazıların şifrəsini çözən
və tərcüməçi (Hittitologiyanı ilk dəfə
dünyaya tanıdan) B. Qroznıya görə şumerlər
Miladdan əvvəl VI minillikdə Türkistan və
Qazağıstanın cənub bölgələrində
yaşamışlar... Şumer dilində bir tərəfdən
Altay və türk-tatar dil xüsusiyyətləri, digər tərəfdən
- bəzi Hind-Avropa xüsusiyyətləri mövcud
olmuşdur. Şumer dilində yalnız
türkdili deyil, həm də türk dilinə yaxın olan
monqol dilinə uyğunluqları ayrıd etmək
mümkündür.
Türk-şumer
münasibətlərinin müasir tədqiqatçıları,
o cümlədən, O.Süleymenov da neçə il
əvvəl aşkar edilmiş yolu davam etdirirlər.
Fikrimizcə,
Y.B.Yusifovun tədqiqatlarının əhəmiyyət kəsb edən
əsas özəlliyi şumer mətnlərində
xatırlanan Aratta ölkəsinin Altayla eyniləşdirməsi
və Assuri mənbələrində də vurğulandığı
kimi turukkilərin miladdan öncə II minilliyin əvvəlində
Urmiya gölünün çevrəsində
yaşamış türklər olduğunu
vurğulamasıdır. Tədqiqatçıya görə
Altay sözü olan aratta "dağ" və alateye
"dağlıq ölkə" kəlmələri ehtimal
ki, Altay dilində danışan və Azərbaycanda yaşayan
turukki və digər qəbilələrin dilləri əsasında ortaya
çıxmışdır. Onlar artıq
miladdan öncə III minillikdə Mesopotamiyanın əhalisi
ilə əlaqə saxlamışlar. Nəhayət,
türklərin əfsanəvi ata-baba evi Mesopotamiyanı
şumerlərdən və xürritlərdən əvvəl burada yaşamış olanları
Subar adlanbdırdıqları bilinməkdədir.
4.Lullubeylər - qədim Azərbaycanda şumer etnosumu?
Azərbaycan Elmlər Akademiyasının akademiki İ.Əliyev
qədim lullubey xalqının Cənubi Azərbaycan
torpaqları tarixində xüsusiylə mühüm rol oynadığını
vurğulayır. Lullubeylər şumerlərlə yaxın
əlaqədə olmuşdular. Bu etnosun adı fikrimizcə,
çoxluğu-cəmi təmsil edir, (bu çoxluq bi şəkilçisi
sadəcə gürcü və meqrel dilində deyil, eyni
zamanda elam dilində də mövcutdur), ikiqat kök olan lu-lu-
şumer dilində
"insan" deməkdir. Bu, qədim Azərbaycan ərazisində
şumer etnik elementinin mövcudluğuna
daha bir sübutdur.
Elam dilində "göy" kuk, kikdir. Bilindiyi kimi kök sözü qədim türk dilində
əbədi mavi göyü ifadə edir. Elam dilində
hal sözü "ərazi", "ölkə", "dövlət"
mənasını verdiyi kimi də qədim türk dilində
"xalq", "dövlət" anlamını ifadə
edirdi.
5. Türklər, xurritlər və
kassitlər
Xurrit-Urartu
dilləri ilə (Miladdan öncə III-I minilliklərdə Suriya, Mesopotamiya və Ermənistanda
yayğın olan) Türk dili paralelləri əvvəllər
də qeyd olunmuşdur. Biz bundan
əvvəl
Avrasiya dil xəritəsində arxeologiya və
arxeogenezislə əlaqədar Xurrit -Urartu dillərindəki
problemləri daha əhatəli
bir şəkildə araşdırmışdıq. Leksikonun
daha mühüm elementləri olan "baş",
"ayaq", "qan", "su" və digər sözlər
aşkarlanmış və onların Xurrit-Urartu və Türk
dillərində ortaq olduğu aşkar edilmişdir.
Kassitlərin
(Bu qəbilə Miladdan öncə II minillikdə 600 il
Mesopotamiyanı idarə etmişdir) dilində "göy" da-gigi(-
yuxarıda baxın. Elamit dili və türkdillərində
olduğu kimi)
adlanır. Qəbilənin adı
Kissioi - türk ki? "adam"
sözünə çox yaxındır . Türk dillərinə
paralel olaraq Kassit sözləri "baş", "ulduz"
və s. göstərə bilirik.
6. Türklər və qədim
Kiçik Asiya (Anadolu)
Məşhur
tatar alim və siyasətçisi M.Z.Zakiev tərəfindən
qeyd edildiyi kimi, qədim türk toplumunun Yaxın Şərq və
Kiçik Asiya coğrafiyasında olmadığı və ilk
türklərin bu yerlərə yalnız Miladdan sonra XI əsrdə
gəldikləri haqqında rəsmi
tarixi elmi fikirlər həqiqəti əks etdirmir və
kökündən yanlışdır.
Ən əhəmiyyətli elmi problem, qədim Şərq
sivilizasiyalarının inkişafı zamanı Kiçik Asiya
(müasir Türkiyə) ərazisində qədim türklərin
olmasıdır. Miladdan öncə II minillikdə Anadolunun
dominant dili burada güclü imperiya yaratmış - hititlərin
dili idi. Hitit dilindəki Hind-Avropa dillərində
olmayan bir sıra qədim sözlərin, Turk-monqol dillərində
paralellərini tapmaq mümkündür. Amma bildiyimiz
kimi, elmi çevrələrdə Kiçik Asiyada Hitit və Hind-Avropa
dillərindən əvvəl daha qədim dil olaraq -xatt dili qəbul
edilmişdir. Hutt dilində kutu "ruh" elam
dilindəki kiten sözü "Tanrının fövqəlbəşər
gücü" ilə eyni mənanı daşıyır.
Altaik paralelliklərə malik olan bu söz, türk dilində ruhu, bəxtiyarlığı,
Koreya dilində şaman ayinlərini ifadə edər. Forma və məna baxımından Türk dillərinə
yaxın olan Hutt dilindəki li- şəkilçisi ilə
qrammatik paralelliklər də diqqətədəyərdir.
Diqqəti
çəkən başqa bir cəhət isə Kiçik
Asiyanın qədim dilləri ilə türk adlarının
qarşılıqlı əlaqəsidir.Qədim türk runik
yazılarında türk etnonimi
"güclü, güvvətli" mənasına gəlir. Mahmud Qaşqarlının "Divani
luğat-it-türk" əsərində də eyni anlamda
işlədilmişdir. Bu söz Kiçik Asiyadakı
Hind-Avropa sakinlərinin (Hitit-Luvian) ən böyük ilahilərindən
birinin "güclü, qüdrətli" mənasını
verən Tərhinin adına da uyğun gəlir.
Folklor yazışmaları da ciddi maraq doğurur. Homerın "Odisseya"sı və
"Şərq" (Kiçik Asiya) qaynağının epik
"Alpamış" dastanı paralellikləri bu əsərlərin
son dərəcə yaxın olduğunu göstərməkdədir...
7. Altay dil qrupunda türk dilləri
Türk,
monqol və tunnus dilləri ilə Koreya və Yaponiya dillərinin
qədim və dərin əlaqəsi var. İndi
adlarını çəkdiyimiz bu beş dil Altay dil ailəsini
təşkil edir. Bu əlaqələrin
sıxı bir davamlılığı mövcuddur: Məsələn,
yapon rəng adları sir- "ağ", ak-
"qırmızı", kur "qara" türk adları
saryuq "sarı" ak "bəyaz", (ümumi mənası
"qırımızı" və "bəyaz",
"parlaq" olan sözlər
Maya hindularının dilində ak "parlak" mənasına
gəldiyini təsdiq edir.) Kara dağ söz birləşməsi
türk dilində "kara dağ", yapon dilində kuro-dake
olur. Bundan başqa, bəzi türk-yapon
dili paralelləri Austronesian (Malayo-Polineziya) dilləri ilə də
geniş uyğunluq göstərir. Misal
üçün: Türkcə tay "dağ" - qədim
yapon dilində dake "dağ" - İndoneziya dilində isə
dake "dağa qalxır." kimidir.
Avrasiyanın antik tarixində (bir bütün olaraq Altay
dil ailəsi) Türk dil qrupunun rolunu anlamaq üçün,
Hind-Avropa dilləri ilə müqayisədə Altay dillərinin
daha erkən ayrışmış olduğunu vurgulamaq gərəkir. Xüsusi bir
fonetik sabitliyi, qrammatik dil bilgisi səbəbiylə türk və
diğər Altay dilləri minillərdir bənzərsiz
istiqrar və güvənlik sərgiləyir.
Türk (geniş mənada-Altay) dilində (hətta Ural,
Cənubi Hindistanın dravid dili və Qafqaz kartveli dil daxil
olmaqla) Hind-Avropa dillərindən arxaik sözlər daha
çox qalmışdır. Elə buna görə də məsələn,
türk dilləri ilə Amerika hindularının dillərində
paralellər tapmaq daha perspektivlidir(Bu barədə
aşağıda fikir bildiriləcək).
8. Şərqi Asiyadan hərəkət
edən
Paleo hindularının prototipləri
Türk
dilləri ilə paralellərin önəmli bir qismini türk
dilləri ilə Amerika hindu dilləri
arasında körpü olan
çukçi-kamçatkalıların dilləri təşkil
edir.Xüsusilə adları çəkilən Şərqi
Sibir dillərində "göy", "dağ",
"gün", "oğul" və s. türk sözləri var.
Asiya və
Amerika arasındakı dil körpüsü yönündə
başqa bir Şərqi Asiya xalqı olan, nivixlərin dili ilə
türk dili bağlantıları da göz önünə alınmalıdır. Şərqi Sibir
və Yaponiyanın başqa bir yerli xalqının- ainulərin
dili də türk diliylə əlaqəlidir. Misal
üçün, Ainu dilində tapka i etok "zirvə",
unti "od, alov", ekurok "siyah, qara", ukuran
"axşam", kap "qabıq" və s. hər
hansı bir türk dilinin daşıyıcısı olan bu
sözlər ana dilinə çox yaxın olan kəlmələrin
asanlıqla hiss olunacaq göstəricisidir.
Avropa,
Asiya və Amerika Buzlu okean ətrafının dil və mədəniyyət
dünyasını təmsil edən
kökləri daş dövrünə və
hinduların Asiyadan Amerika qitəsinə köçlərinə
qədər uzanan
Eskimo-Aleutların dillərinin Altay dilinə
yaxınlığı ilə bağlı araşdırmalar
müasir tədqiqatlarda xüsusi əhəmiyyət
daşıyır.
Mayaların
(Mərkəzi Amerika) dilində, yalnızca ayrı-ayrı kəlmələr
deyil, söz birləşmələri də türk dilini
xatırladır, məsələn, ias kin "gənc günəş"
örnəyində olduğu kimi.Türk və Amerika
hindularının dillərindəki məlum bənzərliklərə
yeni örnəklər də əlavə etmək mümkündür.Məsələn,
atsteklərin dilində (Meksikada
qədim hindu sivilizasiyası yaradıcıları) var
olan təpə "dağ",
soci "çiçi
"çiçək" sözcüklərinin
türkçəyə uyğunluğu danılmazdır.
Amerika
hindularının qədim bir sıra söz formaları, məsələn:
*k'ara "qara", *ila "torpaq", *Oti "od" *hini
"günəş", *iyala "ilan" *kuti
"vücudun arxası" örnəklərində danılmaz türk
paralelləri var.
Bundan əlavə,
türk dili paralellərini hətta 50 min il
bundan əvvəl Avstraliya qitəsinə yerləşmiş
aboriginelərin dillərində də tapmaq mümkündür.
Gəlin, 300-dən çox dili təmsil edən
və qitənin böyük bir coğrafiyasına yayılan
Pama-Nyunyan dil ailəsinin materiallarına müraciət edək.
Misal üçün: Burada waki "ak" (Türkçə
ak "ağ"dır) kiki "ulduz" (Türkcə gok
"göy"dür), kuljany "ilan" və jalany
"dil" (Türkcə jilan "ilan"dır), kungulu
"qan" (Türkcə kan "qan"dır).
Beləcə deyə bilərik ki, türk dillərinin
çox arxaik kökləri
mövcuddur. Bu köklər Avrasiya əhalisinin Amerikaya
köçlərindən on beş min il,
Avstraliyada isə əlli min əvvələ gedib
çıxır.
9. Qədim Qərbi Avropada türk
dilləri
Məşhur
Ukrayna dilçi akademik A.V.Malovicko bu sahədə ilk fikir
bildirənlərin biri kimi mənşəyi məlum
olmayan alman sözləri arasında Türk-monqol elementləri
olduğuna diqqət çəkdi. Sonra bu
işləri biz davam etdirdik. Daha qədim dildən borc
alınmış almanca kəlmələrdəki türk dili
elementləri; "yan", "sümük", "bədən", "qan"
kimi sözcüklər yeni dildə
daha qədim nüfuzun dil qalıntısıdır.
10. Qədim Şimali Qara dəniz
bölgəsindəki
türklər və Proto-slavyan dillərində türkizm
Günümüzdə İssık kurqanında (Miladdan
öncə birinci minilliyin ortaları) tapılan türk
yazısı, türk dillərinin yazılı qeydlərini qədim
dünyanın tarixi ilə sinxronlaşdırır.
Herodot, Pliny və Pomponius Melanın qədim Şimali
Qara dəniz şəhərlərində türklərin
varlığı ilə bağlı yazdıqları
böyük tarixi əhəmiyyətə malikdir.
Söhbət Miladdan öncə V əsrdə yaşamış yunanların
Turkaı əvəzinə yanlışlıkla lurkaı
adlandırdıqları atlı
qəbilələrdən gedir. Bu qəbilə
Miladdan sonra birinci əsrdə Turkaı
adlandırılırdı.
Heredot skiflərlə bağlantılı olan "qara
paltar" geyən melankenlər haqqında yazdıqdan sonra
türklərlə eyniləşdirdiyi iyrukilə əlaqədar
fikirlər söyləyir. Melanken adı "qara paltar"
anlamına gəlir.Bu ad Özbəkistandakı Karakalpak
("qara papax"), Azərbaycanda və qonşu ölkələrdə
qarapapax ("qara papax"), Kiyev Rusda (XII-XIII) "qara
qalpax" və Karakalpak
türk etnosu ilə eynilik
təşkil edir.
Qədim
türk-slavyan əlaqəsi problemləri (Proto-slavyan
dövründə, yəni Miladdan sonra V əsrdən gec
olmayaraq) fənlərarası elm kimi müasir türk araşdırmaları
işığında təftişini tələb
edir. Belə ki, ən əhəmiyyətli mədəniyyət
termini olan kuinig "kitab" sözünü qədim
slavyanlar türklərdən almışlar. (Qədim türk sözü olan küiniv
sözü başqa formada macar dilinə də
keçmişdir).
Proto-slavyan dillərindəki gəmi adları da türk
dillərindən alınmışdır.
Fikrimizcə,
proto-slavyan türkizminin izlərini hər şeydən əvvəl
prototürklərin skiflərin, sarmatların, sonralar isə
hunların tərkibində
olması ilə şərh edilməlidir.
Nəticələr
Beləcə deyə bilərik ki, türk dilləri
daş dövründən dədələrinin Hindu
Amerikasına köç etdiyi zamanlardan başlayaraq
Avrasiyanın geniş ənginliklərini (Avropa daxil olmaqla)
tutan daha böyük linqvistik orqanizmin əsas hissəsidir. Şərqi
Asiyanın müxtəlif dillərinin türk
yazışmaları paleo-hinduların inkişaf yoluna
danılmaz bir sübutdur.
Qərbi
Avropada turk-mongol dil qalıqları (progerman substratı şəklində)
yalnızca skiflərin tərkibində türklərin
iştirakını deyil (progerman dilinin parçalanması ilə
sinxronlaşdırılır), həm də daha qədim dövrlərdə
proto-türk dil daşıyıcılarının Qərbi
Avropada var oluşunu əks
etdirir. Sonuncu ehtimal prototürk-monqol genetik kodunun Qərbi və Mərkəzi
Avropa mədəniyyətlərinin daş və neolit dövrlərində
var oluşunun başqa bir sübutdur.
Baxmayaraq
ki, şumer, elam, kassit, xurrito-urartu dillərinin genetik kimliyi mübahisəli
olmaqda davam edir. Amma
bu mübahisələr adlarını çəkdiyimiz
dillərdə türkcəyə bənzər bir sıra
mühüm sözcükləri də ortaya qoyur.
Kiçik
Asiyadakı (Anadolu) türk elementinin qədim linqvistik
varlığı məsələsinin həlli
üçün, yalnız hititlərin deyil, türk dilli ilə
hutt dilinin paraleli, eləcə də türk etnosunun mümkün hitit əlaqələri
paralelini araşdırmaq böyük əhəmiyyət kəsb
edir.
Yuri Mosenkis
professor
Ədəbiyyat qəzeti.- 2018.- 17 mart.- S.8-9.