Məndən də can diləyən…
İndi
nə cürdür halin,
ahu-fəğan eyləyənim?
Gördüyü hər çiçəyə:
"Gülü-reyhan" - söyləyənim.
"Tövqü-zəncir" - dediyin
mənim də düşmüş payıma.
Nə həyat yandı mənə,
Nə divanə
eyləyənim.
"Pəmbeyi-daği cünun"
son libas olmuşdu sənə.
Parçalanmış Vətənin
xəritəsidir kəfənim!
Mənimlə, ey Füzulim,
Vahid Əziz
dərdə şərik.
Mənim
də can diləyən
Yar - Vətənimdir, Vətənim…
26.02.2018
Tanıdım…
Köks
ötürdü saçımdakı
qarlara,
demədiyi sözlərindən
tanıdım.
Nəzər saldım üzündəki
xallara,
xumarlanan gözlərindən
tanıdım.
Oturmuşduq bir vaqonda üzbəüz,
əzəlkitək mənə
doğma, çox əziz,
yenə həmin qəmli baxış, nurlu üz;
Çanta örtən dizlərindən
tanıdım.
Düşüb getdi ilıq əsən meh kimi,
baxışlarım izləyirdi
ley kimi,
addımları çilənirdi
şeh kimi,
ömrümdəki izlərindən
tanıdım.
Cəhd
etmədim arxasınca
yeriyəm,
o, özgənin, mən də onun sirriyəm,
ulduz oldu qaranlıqda əriyən
fərqləndirib yüzlərindən
tanıdım.
Köks
ötürdü saçımdakı
qarlara,
Xumarlanan
gözlərindən tanıdım,
nəzər saldım
üzündəki xallara,
qəlbimdəki gözlərindən
tanıdım…
21.02.2017
Yaraşmadı…
Qorxuram həyatın xətrinə
dəyə:
"Gözümə çağlayan sel yaraşmadı".
Vaxtından xeyli tez ağardı
niyə?
alovlu başıma tel yaraşmadı.
Dünya doğru yolla gedəmmir niyə?
min fikir bir borcu
ödəmir niyə?
Çör-çöpün külündən
fərqlənmir deyə,
palıda-saldığı kül yaraşmadı:
nur gərək torpağa düşən
dənlərə,
eşq olsun bu Yurdu sevən
ərlərə!
Şivəsin əlüstü dəyişənlərə,
olmaya bu gözəl dil yaraşmadı?
Ellərə gəlmişdi bu bəla hardan?
sənə tapınmışdıq
ulu Yaradan;
çeşməydim süzülən
Ağrı dağından,
dəhnəmə-yığılan lil yaraşmadı.
Çiçəklər yeriyib qalxar zirvəyə,
çiskinlər əriyib
axar dərəyə,
həlbət, Vahid Əziz, qocaldın deyə -
Sinənə taxdığın gül
yaraşmadı…
19.02.2018
Unudaq…
Gör, nə qədər itirmişik? -
o Qərbimiz, bu, Qarabağ.
Danışmayaq düşük-düşük,
torpaq satmağı unudaq.
Sındırmaqda düşmən bizi,
yetər boğduq
səbrimizi,
qırıb "Tamah
dişimizi".
rüşvət almağı
unudaq.
Tanrı
nuru qəlbimizdə
dəyər verək
sevgimizə,
içimizdə bir-birimizə
düşmən olmağı
unudaq.
Bu torpaqlar çox ağlayıb,
sinəsində minlərlə
dağ,
qanları yadda saxlayıb -
unutqanlığı unudaq!
25.02.2018
Məndə…
Dağların yönü məndə,
dumanı, çəni
məndə.
yar bir qaranquş ola,
Axtara dəni
məndə.
Dağların çəni məndə,
gizlədər səni
məndə,
yarım, dəlilik
etmə -
olaram dəli mən də.
Payızın yeli məndə,
yağmuru, seli məndə,
nankor olan bağbanım
yaxdı xəzəli
məndə.
Örtüb üzünü getdi,
Silib gözünü getdi,
Atıb
özünü getdi
Dünya
gözəli məndə…
27.02.2018
Həyatda heç nəyə
şübhə etmirəm…
Görən hardan keçir
indi o qatar?
Gözüm su içmədi bərk yerişindən.
Bilsəydim bu qədər ağrıdan olar -
imtina edərdim bu son görüşdən.
Qalsa da yerində vaxtın ahəngi,
hər anım olacaq ağır il kimi,
son görüş o qədər
çətin keçdi
ki,
dünya mənə
gəlir "son mənzil"
kimi.
Yazdığım-həsrətin dediyi imla;
ayrı cür yazılma qaydası varmış,
soyuq göz yaşında sonuncu damla
qara köynəyə
də ləkə salarmış.
Həsrətlə göyərər hər
yeni yarpaq,
kül olmaq çağımdı, köhnə
ağacam,
sənli gecələrdən
fərqli olaraq
bütün işıqları
yandıracağam.
Qoy heç kəs deməsin: "Gülü
gedəndən,
Gözləri tutuldu, çırağı
söndü",
həyatda heç
nəyə şübhə
etmirəm -
qatardı, bəlkə
də geriyə döndü…
27.02.2018
Yaralı…
Qartal uçub, göyün hökmü sardadı,
gedənlərin kölgələri
qaralı.
Yolçu olan özü bilər hardadı,
qalanların ürəkləri
yaralı.
Ürək yanar eşqin sarı simində,
nakamlıq var sevənlərin qəmində,
kərəntilər əl gəzdirən çəməndə
ilk baharlar çiçəkləri
yaralı.
Qara torpaq sino gedər-mərd
düşə,
vay o günə el-obaya dərd düşə!
Heç
görmədim cır
meyvəyə qurd düşə -
Əsil-köklü, göyçəkləri
yaralı,
Həsrət qoydu damaqları
dağ balı,
evlər yıxdı
Qarabağın baqqalı,
xına tutmaz babaların saqqalı,
nənələrin birçəkləri
yaralı.
Çarəm nəydi? - barışmışam
olaynan,
naxırlarım lehimlənər
qalaynan,
tikan bitib aramızda o taynan -
xəbərlərin gerçəkləri
yaralı.
Dəli
başlar barışmadı
buxovla,
dövran qaçar
əldən çıxmış
cilovla,
Vahid Əziz oynamaqdan alovla
Əlindəki əlcəkləri yaralı…
05.01.2017
Zaman qocaltmaya - cavan qalasan…
Zaman qocaltmaya, cavan qalasan -
ən azı yüz belə il gəlib keçə.
Duyub yerişini, ətrin alasan,
ömründən ən gözəl gül gəlib keçə.
Ahıllar sevilən körpəyə
dönə,
Həyat
təravətli ipəyə
dönə,
Kölgən çaylar üstə
körpüyə dönə,
Altından çağlayan sel gəlib keçə.
Sevdiyin yormaya elçi daşında,
ümidlər qırmaya
həddin aşanda,
öləndə-öləsən cavan yaşında,
qəbrinin başından
el gəlib keçə.
Getməz
damaqlardan gəncliyin dadı,
hər kəsin əbədi yaşamaz adı,
lənət o günə
ki, yandığın
odu
doğmalar soyumuş
kül bilib keçə.
Köçəri quşlara yaşamaq
asan,
qanadlı olsan da - qartal olasan,
dünyanın sonunda məskən salasan -
qarşından sabaha yol gəlib keçə…
30.01.2017
Dünyadı…
Dayanmadan
qonaq-qara hey gələr;
yola salan, qarşılayan dünyadı.
zəkalıdır; söz
analyıb, dərd bilər;
adam olsan - adam sayan dünyadı.
Dəhrəsi var; sınmalını
sındıran,
öz dərsi var; qanmayanı qandıran,
bir əliylə qamçılayıb-yandıran,
bir əliylə sığallayan dünyadı.
Yeri geniş; hər kəsinin dövranı,
yağı, balı,
dələməsi, ayranı…
qədir bilən,
adam olan insanı
əcəliylə yola salan dünyadı.
Dağlar
qurar, gücünə
bax qolunda!
köçünə bax cığırında, yolunda,
bir eybi var - çəmən kimi onun da
çiçəkləri erkən
solan dünyadı.
Səfərbər ol - vaxt qapını döyürsə,
qürrələnmə - məddah
səni öyürsə,
"İndiyədək bakirəyəm"
- deyirsə -
demək, eşqi
nakam qalan dünyadı.
Dərdlər azmı qan axıtdı gözlərə,
əyri azmı divan tutdu düzlərə?
Torpağında yer verirsə bizlərə -
günahları bağışlayan
dünyadı.
Bəxtlər "Qara çuxalarda"
düyülən,
Buğdası da, dəmiri də döyülən,
Vahid Əziz, o "Axirət"
deyilən,
bəlkə elə
biz yaşayan dünyadı…
09.02.2018
Bilinər…
Köç edərik nisgil dolu qəlbimiz,
neçə-neçə gözün
yaşı silinər.
Həyatdaykən bilinməyən qədrimiz,
o dünyaya köç edərkən bilinər.
Düşünməyin-deyəcəyim gileydir,
dindirdiyim nə kamandır, nə neydir.
Dəyişməyə zorum çatmır - taleydir,
özü hökmün
dəyişərkən bilinər.
Anlamazı başa salmaq ayrı dərd,
dözmək üçün
ya can gərək, ya həmdərd,
inandığın vəfalıdır,
ya namərd?
haqq yolunda döyüşərkən bilinər.
İtsək belə tapılacaq
izimiz,
nələrəsə tutulacaq
üzümüz,
kürsülərdə nə cür imiş yerimiz,
altımızdan sürüşərkən
bilinər.
Hər ağacın olmaz yaxşı gözlüyü,
hayıf-yoxdur ədəb,
ərkan sözlüyü,
ilanların əyriliklə-düzlüyü
yuvasına sürünərkən
bilinər.
Can dərmanı çəmənlərin
yemliyi,
yormur məni qismətimin kəmliyi,
el içində insanların
kimliyi
o dünyaya bürünərkən
bilinər.
Dərd
olanda hisslərimi qaynadan,
Özgə gözlər mənə
baxar aynadan,
İşgəncəymiş nakam getmək dünyadan;
Can boğaza dirənərkən
bilinər…
03.12.2017
Vahid ƏZİZ
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.4.