O və
o biri
Aeroport binası.
O, sakitcə bir nöqtəyə baxır.
Dostun səsi: - "Gedək mənimlə!"
O, gülümsəyir.
Dostun səsi: - "Tək-tənha
neynəyəcəksən burda?"
O çiyinlərini çəkir
Dostun səsi: - "Yenə telefonla danışarıq.
İndi bu problem deyil ki. Dünya kiçilib daha!"
O, razılıq anlamında başını tərpədir.
Dostun səsi: - "Son dəfə
üz-üzə nə
vaxt görüşdüyümüz
yadımda deyil. Bir il olar yəqin,
bəlkə bir az da çox!"
O, dostuna su şüşəsini
uzadır.
Dostun səsi: - "Sağ ol!"
O, ürəyi yana-yana su içir.
Elan:
-" Bakıdan Frankfurta
uçan təyyarəyə
yeddinci qapıdan minik başlanır."
O, həyəcanlanır.
İki
dost qucaqlaşırlar. Dost uçağa doğru gedir. O, bir az qanıqara
görünür.
İNT. O nun evi. Fransız
dili dərsi
Müəllimə: Balzakı-zadı hələ
bir qırağa qoy. Frankofon olmaq ən əvvəl sənin üçün sərfəlidir.
Bu dil vasitəsilə
qitələrin hamısında
asanca danışa biləcəksən.
O: Mən bütün dillərdə susmaq istəyirəm! Danışmaq
yox!
Müəllimə: Yaxşı, sən
deyən olsun. Nə qədər istəyirsən
sus. Amma bir şərtlə. Xahiş edirəm, mənim dərsimdə fransızca
sus!
O: Balzak kimi?
Müəllimə: O qədər roman yazmış
Balzak sənin fikrincə susmuşdu?
O: Əlbəttə susmuşdu.
Mən fransız dilini ona görə
öyrənirəm ki,
onun sükutunu dilimizə çevirim!
Müəllimə: İki ildir buna görə evdən eşiyə çıxmırsan?
O: Siz olmasaydınız öz dilimi də unudacaqdım. Vallah, düz deyirəm. Nə mən indikiləri anlayıram. Nə onlar məni.
Müəllimə: Yaxşı. Uzatma! Bu gün
sənə fransız
moralistlərindən danışacam!
İNT. Aeroport.
O dostuna əl yelləyir. Dost çevrilib
baxır. O da əli ilə telefon işarəsi göstərir. O başını
yelləyir. Gözləri dolub.
EXT. İçərişəhər.
O dar küçələrdən
keçir. Sanki labirintin içində hərəkət edir.
İNT. Redaksiya. Baş redaktorun otağı.
O ayaqüstə dayanıb kresloya yayxanmış redaktorun telefon söhbətinin bitməsini
gözləyir. Redaktor telefonu
söndürür.
O: Çağırmışdınız?
Baş redaktor: Hə. Yazdıqlarını daha heç kəs oxumur. Reklam tapa
bilmirsən. Redaksiyaya bir qəpik
pul gətirmirsən.
Gündəmdə deyilsən e. Yuxulusan elə bil. A kişi daha heç kəs
ağıllı yazı
istəmir. Oxumur da. Düşünmək dəbdə deyil. Oxucunu əyləndirmək lazımdır.
Ona maraqlı yazılar təklif etmək lazımdır.
Məsələn, qızını zorlayan atadan yaz. Özünü damdan atan sevgilidən yaz.
O:
Balzakdan yaza bilərəm?
Baş redaktor: Balzak neynəyib?
O: Yüzlərlə roman yazıb!
Baş redaktor siqaretini sakitcə söndürüb ayağa
qalxır.
Baş redaktor: Biz biri-birimizi başa düşmürük
deyəsən!
Kişi yazı masasının gözlərindən əşyalarını
toplayıb işdən
gedir.
İNT. O nun evi.
O, skaypla ABŞ-da
yaşayan ailəsi ilə
danışır. Kürəyinə dama-dama adyal örtüb.
Leyla: Arıqlamısan. Nə yeyirsən,
nə içirsən?
Xəstələnməmisən?
O: Yox, hər şey
normaldır. Sən elə bil balaca uşaqla danışırsan. Mən sadəcə
sizsiz darıxıram!"
Leyla: Darıxırsansa niyə qaldın? Biz də sənin üçün darıxırıq!
O: Mən qürbətdə yaşaya bilmərəm. Mən burda yaşamalıyam, öz evimdə. Şəhərimdə.
O-nun qızı kadra
girir.
Qızı: Salam ata. Necəsən? Darıxmışam sənin üçün.
Nə vaxt gəlirsən?
O çiyinlərini çəkir,
bilmir nə desin.
Leyla: (qızına) Get paltarını
dəyiş. Yemək masanın
üstündədir.
Kadra O nun 6 yaşlı
oğlu gəlir.
Emin: Hi
daddy. How are you?
O: Sağ ol, gözəl
oğlum. Necəsən? Dərslər necə gedir?
Emin:
Thanks. I am fine.
O: (Leylaya) Leyla, bu niyə mənlə
ingiliscə danışır?
Leyla: Öz dilimizdə danışmaq istəmir.
O: Sən onu başa
sal ki, Azərbaycan
dili onun doğma dilidir. Bu dil onun atasının, babasının
dilidir. Dilini unudan vətənini
də unudar. Necə yəni danışmaq istəmir?
O əlini uzadıb kompüterin qapağını
qapadır. Ayağa qalxıb otaqda
əsəbi var-gəl
edir.
İNT. Dükan
O dükanda sıraların arasıyla dolaşır. Ərzaq mallarının qiymətini
gözünə yaxın
gətirib diqqətlə
oxumaq istəyir.
Sonra cibindən gözlüyünü
çıxarıb baxır,
yerinə qoyur. Qiymətləri müqayisə edir.
O, kassaların yanında dayanıb qiyməti ucuzlaşdırılmış malları da nəzərdən keçirir.
Sonda bir çörək və qatıq alıb dükandan çıxır.
EXT. Aeroport.
O, aeroportdan çıxır.
Güclü külək əsir.
Bankomata yaxınlaşıb cibindən
bank kartını çıxarır.
Şifrəni yığır. Bankomatın ekranında pulun olmadığı göstərilir.
Və bankomat pul kartını
geri qaytarır.
O, kartı çıxarır.
Sonra yenə təkrarən bankomata salır.
Yenə də ekranda pulun olmadığı göstərilir.
İNT. Aeraport. Avtobus
O aeroportdan geri qayıtmaq üçün avtobusa
minir. Salonda Bakıya gəlmiş
turistlər yerli adamlardan çoxdur. Onların içində ərəb turistləri geyimləri və ucadan danışmaları
ilə xüsusi seçilirlər. Onlar avtobusun
içində yemək
yeyir, ucadan gülüb-danışırlar. Turist şirkəti tərəfindən onları
qarşılayan bələdçinin
əlində kiçik
çaxçaxlı dəf
var. O, əlində tutduğu dəfi çala-çala ərəb
dilində Bakı tarixi haqqında nəsə danışır.
Ərəblərin heç biri
ona qulaq asmır.
Bayaqdan bəri bu mənzərəni
izləyən kişi ayağa qalxıb oturacağın üstünə çıxır.
Əlini ağzına
qoyub ucadan üç dəfə: -
"Allahü əkbər!"
- qışqırır.
Bu qəribə hərəkətdən sonra
avtobusdakıların hamısı
susub onun nə edəcəyini gözləyirlər.
O: Siz dünyanın ən gözəl ölkəsinə gəlmisiz.
Burda yaşayan insanların ruhu dünyanı nizamda saxlayır. Bizim qədər xeyir, bizim qədər saf, bizim qədər
nurlu insanlar dünyanın heç harasında yoxdur. Bir baxın! Bir ovcumun içinə baxın. Görün
ovcumun içində nə boyda işıq
var!
O sirk illüzianisti kimi ovcunu açıb
içinə baxır. Və hamı birdən-birə
onun ovcunun boş olduğunu görür. Bu qəribə
təzad, bu qəfil hərəkət birdən-birə hamını güldürür.
İlk baxışdan çox
ciddi görkəmi olan kişinin birdən-birə bu cür hoqqabazlıq etməsi ərəblərə
xüsusi zövq verir. Onlardan biri
ayağa qalxıb kişinin ovcunun içinə baxır və onun sağ
əlini yuxarı qaldırır.
Ərəb: Where is light? Where?
Avtobusdakılar da ayağa qalxıb
gülə-gülə kişiyə
əl çalırlar.
Kişi bir dəfə də ovcunun içinə baxıb oturacağın üstündən
aşağı hoppanır.
Ərəb turistlər onun ovcunun içinə bir dəfə baxmasına belə ucadan gülürlər.
Bir azdan turistlər yenə öz işləri ilə məşğul olur.
O avtobusun iri şüşəsindən baxır. İçində boşluq var.
Turist bələdçisi
oturacaqların arasıyla
keçib O-na yaxınlaşır. Bələdçinin əlindəki dəfin
içi dollarlarla doludur. O bələdçinin
üzünə baxır.
Bələdçi şit-şit irişir.
Bələdçi: Qazancımızdı. Yarı bölərik. Çox yaxşı
düşünmüsən. Əməlli pul tuta
bilərik! Şərik olsaq səni bütün marşrutlara çıxararam. Nə deyirsən?
O boylanıb ərəblərə
tərəf baxır.
Onların üzündəki gülüş hələ
də silinməyib.
O dəfi dartıb bələdçinin əlindən
alır. O dəfin içindəki pulları
bir-bir ərəblərə
qaytarır.
Ərəblər yenə ucadan gülə-gülə ona
əl çalırlar.
Ərəblərdən biri onun çiyninə
toxunub gülür.
Ərəb: Allahu Əkbər!
O ərəbin ona nə dediyinə fikir vermədən sürücüyə yaxınlaşır.
O: Burda saxla, qardaş!
EXT. Yol. Axşamüstü
O avtobusdan aşağı enir. Yol ayrıcındakı dəmir arakəsməyə
söykənir. Sağdan-sola, soldan-sağa şütüyən
maşınlara baxır.
O, hərəkətsiz dayanmaqdadır.
Sanki donub. Yenə də üzündə heç bir ifadə yoxdur.
Artıq gecə düşüb. Zil qaranlıqdır.
O elə bil yuxudan ayılır.
O, yavaş-yavaş şəhərə
tərəf yol alır.
Və birdən-birə
gözümüzün önündə
möcüzə baş
verir. O-nun ovcunun
içi işıqlanmağa
başlayır.
EXT. İçərişəhər.
Gecə
O İçərişəhərin qaranlıq, labirint küçələri ilə
gedir. Dar küçələrin
birində yuxarıdan
asılmış fənərin
işığı göz
vurur. O lampanın
altında dayanıb göz vuran lampaya diqqətlə baxır. Sonra sağ əlini yavaşca lampaya tərəf uzadır. Lampanın gözvurması
dayanır və işığı artır...
Orxan FİKRƏTOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 31
mart.- S.7.